Türkiyəli professor sevgidən danışdı: "Üç mərhələsi var, əksər münasibətlər ikinci mərhələdə bitir…

Türkiyəli professor sevgidən danışdı: Türkiyəli professor sevgidən danışdı: "Üç mərhələsi var, əksər münasibətlər ikinci mərhələdə bitir…"
"Üç mərhələdən ibarət olan sevginin ilkin dövrləri hormonal dəyişikliklər səbəbindən stressli keçir".
Bu sözləri Türkiyənin Trakya Universiteti Tibb Fakültəsinin Fiziologiya kafedrasının müdiri, professor Levent Öztürk eşq və sevginin fiziologiyasından danışarkən deyib.
Aşiq olmağın insanda hormonal dəyişikliklərə gətirib çıxardığını bildirən Levent Öztürk son illərdə elm adamlarının sevginin insan orqanizminə fizioloji və psixoloji təsirlərini araşdırmağa başladığını qeyd edib.
Öztürkün sözlərinə görə, sevgi 3 mərhələdən ibarətdir. "Birinci mərhələ "aşiq olmaq", ikinci mərhələ "alovlu eşq dövrü" və son mərhələ "dostcasına sevgi dövrü"dür. Əksər münasibətlər ilk 2 mərhələdə bitir və üçüncü mərhələyə keçə bilmirlər", - deyə professor vurğulayıb.
Levent Öztürk sevginin ilkin dövrlərində beyində serotonin hormonu səviyyəsinin aşağı düşdüyünə diqqət çəkib. Onun sözlərinə görə, bu hormonun azalması nəticəsində insanda stres və depressiya artır.
"İnsan günün hər saatında aşiq olduğu insan haqqında düşünməyə başlayır. Bu zaman asılılıq dövrü başlaya bilər. Bu dövrlərdə serotonin hormonunun azalması depressiv əhvali-ruhiyyə yaranmasına səbəb olur. Beynimizdə pozğunluğa oxşayan bir hiss ortaya çıxmağa başlayır ki, bu da sevginin stres həcmini əks etdirir. Sevginin ilkin dövrlərində kortizol və stres faktoru yüksək olur. Münasibətlər irəlilədikcə və güvən hissləri artdıqca kortizol azalır, beləliklə stres səviyyəsi də azalır", - deyə Levent Öztürk əlavə edib.
Mənbə: Haber Global / oxu.az

Maraqlı       Tarix: 06 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır. "Neuralink" şirkəti insana düşüncənin köməyi ilə qadcetləri idarə etməyə imkan verəcək "Telepathy" implantı ilə eksperiment üçün dah

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək. Bu gün də sirkulyasiya edən üç ümumi virusun genetik ardıcıllığı 50 min ildən çox əvvəl yaşamış neandertalların qalıqlarında tapılıb. San-Paul

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir. ABŞ-nin Stenford Universitetinin eksperti Ceyms Hallenbek bir insanın vəfat etməzdən əvvəl hisslərinin son mərhələsi haqqında danışıb. O qeyd edi

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?. "Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyət

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO. ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, dişəbənzər kənarları olan qorxunc, nəhəng kəllə sümüyünün bir hissəsi aşkar edilib

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO. Məşhur rusiyalı aktyor və yumorist Maksim Qalkinin arvadı Alla Puqaçovadan əvvəl kiminlə sevgili olduğ

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO. Məşhur türkiyəli müğənni Kalben Sağdıç barəsində aparılan narkotik işi üzrə istintaq prosesində yeni təfərrüat ortay


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeber az xeberlər maraqlı xəbərlər sonxeber