Türkiyənin ana müxalifət partiyası parçalanır? - İstefalar dayanmır

Türkiyənin ana müxalifət partiyası parçalanır? - İstefalar dayanmırTürkiyənin Cümhuriyyət Xalq Partiyasında (CHP) parlamentdə qəbul edilən "Çərçivə qanunu"na verilən dəstəkdən sonra ilk istefa baş verib.
Belə ki, CHP Çorum İl Qadın Qollarının rəhbəri Özlem Özşahin vəzifəyə təyin olunmasından cəmi dörd gün sonra istefa verdiyini açıqlayıb.
O, qərarına səbəb kimi CHP-nin Türkiyə Böyük Millət Məclisində qəbul edilən qanuna dəstək verməsini göstərib. Özşahin Türkiyənin unitar dövlət quruluşunun onun üçün "qırmızı xətt" olduğunu bildirərək, partiyanın bu məsələdəki mövqeyinin şəxsi prinsipləri ilə ziddiyyət təşkil etdiyini vurğulayıb.
Maraqlıdır, Özşahinin istefası CHP daxilində daha geniş siyasi ayrışmanın ilk əlamətidirmi?
Məsələ ilə bağlı azxeber.com-a danışan türkiyəli siyasətçi Hasan Oqtay bildirib ki, sözügedən istefa təkbaşına CHP-də parçalanmanın göstəricisi sayıla bilməz, lakin partiya daxilində mühüm siyasi siqnal kimi qiymətləndirilə bilər:
Türkiyənin ana müxalifət partiyası parçalanır? - İstefalar dayanmır"Çünki etiraz birbaşa qanunun texniki müddəalarından daha çox, CHP-nin dövlət anlayışı və partiya kimliyi üzərindən gəlir. Özlem Özşahin, CHP Çorum İl Qadın Qolları sədrliyinə gətirildikdən yalnız bir neçə gün sonra, CHP-nin TBMM-də qəbul edilən "Çərçivə Qanunu"na dəstək verməsini əsas gətirərək vəzifəsindən ayrıldı və dövlətin unitar quruluşunun onun üçün qırmızı xətt olduğunu bildirdi. Xəbər mənbələrinə görə, qanun avqustun 10-da 467 səslə qəbul edilib, Özşahinin istefası isə avqustun 11-də açıqlanıb".
Ekspert Özşahinin istefasını əhəmiyyətli hesab etdiyini bildirib:
"Çünki siyasətdə yalnız qanunun nə dediyi deyil, partiya bazasının həmin qanunu necə qəbul etdiyi də önəmlidir. Əgər CHP rəhbərliyi "terrorsuz Türkiyə" və demokratikləşmə perspektivindən çıxış edərkən, CHP-nin ənənəvi millətçi/ünitar dövlət həssaslığına malik bazası bunu fərqli oxuyursa, partiya daxilində ciddi kimlik gərginliyi yarana bilər. Xüsusilə istefanın vəzifəyə başladıqdan cəmi dörd gün sonra baş verməsi bunun şəxsi vəzifə anlaşılmazlığından daha çox prinsipial etiraz kimi təqdim edildiyini gücləndirir. Özşahin açıq şəkildə CHP-də siyasət aparmaq imkanı görmədiyini bildirib".
H.Oqtay hesab edir ki, hazırkı mərhələdə sözügedən hadisəni CHP-də parçalanma kimi qiymətləndirmək üçün kifayət qədər əsas yoxdur:
"Strateji baxımdan yanaşdıqda bu hadisəni kiçiltmək olmaz, lakin "CHP parçalanır" nəticəsinə gəlmək üçün də hələ tezdir. Məsələyə yalnız bir istefa kimi deyil, CHP daxilində davam edən daha geniş siyasi ayrışmanın mümkün göstəricilərindən biri kimi baxmaq lazımdır. Əgər qarşıdakı günlərdə xüsusilə Anadolu təşkilatlarında oxşar istefalar, açıqlamalar və ya təşkilati etirazlar müşahidə olunarsa, o zaman bunu CHP daxilində daha dərin "Çərçivə Qanunu – unitar dövlət – terrorsuz Türkiyə" oxunda kimlik münaqişəsinin başlanğıcı kimi qiymətləndirmək mümkün olacaq. Məsələnin CHP baxımından kritik nöqtəsi məhz budur: Partiya rəhbərliyi yeni həll prosesinə dəstək verərkən özünün tarixi dövlət və unitar quruluş həssaslığı ilə partiya bazası arasındakı tarazlığı necə qoruyacaq? Bu tarazlıq qurulmasa, Özşahinin istefası nəticədən çox ilk işarə olaraq qala bilər".
Fəridə Əsədzadə

Siyasi       Tarix: 14 avqust 2026
f Paylaş

Oxşar xəbərlər

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden

İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütü

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Albaniya Respublikasında müəyyən edilən daha bir şəxs oktyabrın 29-da nazirlik tərəfindən Azərbaycana ekstradisiya olunub. Bu barəd

Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama

Azərbaycanda yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi məsələsi zaman-zaman gündəmə gəlir. Tarixi adların qorunması, təhrif olunmuş toponimlərin bərpası və əhalinin istəyinin nəzərə alınması bu prosesdə əsas müzakir

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeber krimnal bugun cəbhədən son məlumatlar sonxabar az