Türkiyənin Kosmik Agentliyinin İdarə Heyətinin sədri: "Ayda qalıcı olaraq fəaliyyət göstərmək istəyirik

Türkiyənin Kosmik Agentliyinin İdarə Heyətinin sədri: Türkiyənin Kosmik Agentliyinin İdarə Heyətinin sədri: "Ayda qalıcı olaraq fəaliyyət göstərmək istəyirik"
"Türkiyə artıq qarşıdakı illərdə yeni hədəflərə köklənir. Biz Ayda qalıcı olaraq fəaliyyət göstərmək istəyirik".
Bu barədə Oxu.Az-a açıqlamasında Türkiyənin Kosmik Agentliyinin İdarə Heyətinin sədri Serdar Hüseyn Yıldırım deyib.
S.H.Yıldırım bildirib ki, Türkiyənin kosmik tədqiqatlarda iştirakı üçün bir sıra dövlətlər və təşkilatlar müraciət edirlər:
"Bu istiqamətdə müraciətlər və dəvətlər həddən artıq çoxdur. Seçim etmək bizə çox çətindir. Amma biz hələ seçim etməmişik. Çünki Ayda davamlı qalaraq fəaliyyət göstərmək istəyirik. Bu isə böyük layihə olacaq. Bilirsiniz ki, Ayda insanların yaşadığı kosmik baza qurulacaq. Təxminən 10 il sonra artıq biz buna şahid olacağıq.
Bu baxımdan bizə uyğun olan ən uğurlu layihəni dəyərləndirməyi düşünürük".
Biznes sektorunun kosmik layihələrə daha çox cəlb edilməsi üçün davamlı addımlar atılmasının vacib olduğunu qeyd edən S.H.Yıldırım indiki dövrü Yeni Kosmos Dövrü adlandırıb:
"Bu dövrdə dövlətlər yavaş-yavaş geri çəkilir, özəl sektor daha önə çıxır. Biz bunu ABŞ təcrübəsində görürük. Kosmosa buraxılışların əksəriyyətini özəl şirkətlər həyata keçirirlər. Təbii ki, orada inkişaf etmiş infrastruktur var. Biz hələ o mərhələdə deyilik. Türkiyənin Milli Kosmik Proqramında əsas hədəflərdən biri də məhz kosmik ekosistemi inkişaf etdirməkdən ibarətdir. Yəni biz biznes tərəfdaşlarımızı gücləndirərək, onların investisiyalarının artırılması üçün təşviqatı gücləndirməliyik.
Bəzi ölkələrin öz imkanları şirkətləri dəstəkləmək üçün çatmır. Ona görə də bu məsələyə mütləq qlobal baxmaq lazımdır. Yəni biz hansısa məhsulu istehsal etsək, bunu dünyaya satmağı bacarmalıyıq. Sadəcə, Türkiyə və Azərbaycanın daxilində sataraq fəaliyyətimizi davam etdirə bilmərik. Bunu bildiyimiz üçün infrastrukturu elə qurmalıyıq ki, bazara çıxacaq şirkət rəqabətə tab gətirsin".
S.H.Yıldırım bu baxımdan startapların da mühüm əhəmiyyət kəsb etdiyini deyir:
"Türkiyə hökuməti bu mövzuda da bizi dəstəkləyir. Artıq bir neçə startapımız var ki, onlar kosmik fəaliyyətlər həyata keçirirlər. Getdikcə belə bizneslərin sayı daha da artacaq. Kosmik fəaliyyətlər sürətlə inkişaf edir və dünya artıq bizdən qabaqdadır. Hesab edirəm ki, biz daha sürətli olmalıyıq ki, onlara çataq".
Könül Cəfərli

Maraqlı       Tarix: 10 oktyabr 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır. "Neuralink" şirkəti insana düşüncənin köməyi ilə qadcetləri idarə etməyə imkan verəcək "Telepathy" implantı ilə eksperiment üçün dah

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək. Bu gün də sirkulyasiya edən üç ümumi virusun genetik ardıcıllığı 50 min ildən çox əvvəl yaşamış neandertalların qalıqlarında tapılıb. San-Paul

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir. ABŞ-nin Stenford Universitetinin eksperti Ceyms Hallenbek bir insanın vəfat etməzdən əvvəl hisslərinin son mərhələsi haqqında danışıb. O qeyd edi

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?. "Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyət

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO. ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, dişəbənzər kənarları olan qorxunc, nəhəng kəllə sümüyünün bir hissəsi aşkar edilib

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO. Məşhur rusiyalı aktyor və yumorist Maksim Qalkinin arvadı Alla Puqaçovadan əvvəl kiminlə sevgili olduğ

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO. Məşhur türkiyəli müğənni Kalben Sağdıç barəsində aparılan narkotik işi üzrə istintaq prosesində yeni təfərrüat ortay


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeber az xeberlər maraqlı xəbərlər sonxeber