Türkiyənin tanınmış siyasətçiləri Azərbaycanı Həmrəylik Günü münasibətilə təbrik ediblər - VİDEO

Türkiyənin tanınmış siyasətçiləri Azərbaycanı Həmrəylik Günü münasibətilə təbrik ediblər - VİDEOTürkiyənin tanınmış siyasətçiləri Azərbaycanı Həmrəylik Günü münasibətilə təbrik ediblər - VİDEO
Bu il dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün 30-cu ili tamam olur.
"Report" xəbər verir ki, Türkiyənin tanınmış siyasətçiləri Azərbaycanı Həmrəylik Günü münasibəti ilə təbrik ediblər.
Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu, Parlamentinin CHP-çi deputatı Nihat Yeşil, Türkiyə parlamentinin deputatı, İYİ partiyanın sözçüsü Yavuz Ağıralioğlu, Türkiyə parlamentinin CHP-çi deputatı Ali Haydar Hakverdi videogörüntülü şəkildə Azərbaycana təbriklərini ünvanlayıblar. Onların təbriklərini təqdim edirik.
Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu: "Qanlarını tökərək, şəhidlər verərək qazandıqları azadlıqları üçrəngli bayraqlarının altında daimi olsun. Can Azərbaycandan ayrı yaşayan, dünyanın hər yerindəki 50 milyondan çox Azərbaycan türkünə, xüsusilə də haqsız, vəhşi işğal altında olan Azərbaycanımızın öz torpağı Qarabağa və Qarabağ həsrəti ilə yaşayan Qarabağın əsil övladlarına salam olsun".
Türkiyənin tanınmış siyasətçiləri Azərbaycanı Həmrəylik Günü münasibətilə təbrik ediblər - VİDEOCHP sədri Kamal Kılıçdaroğlu bildirib ki, Türkiyədə Azərbaycanı dost, qardaş ölkə bilirlər: "Azərbaycan xalqına Türkiyədən, Cümhuriyyət Xalq Partiyasından salamlarımızı, sevgilərimizi çatdırırıq. Azərbaycan xalqı ilə Türkiyə vətəndaşları arasındakı tarixi münasibətlərin daha da inkişaf etməsini arzu edirik".
Türkiyənin tanınmış siyasətçiləri Azərbaycanı Həmrəylik Günü münasibətilə təbrik ediblər - VİDEOTürkiyə Parlamentinin Cümhuriyyət Xalq Partiyasından olan deputatı Nihat Yeşil deyib ki, Azərbaycan hər zaman Türkiyənin yanında olub, Türkiyə də hər zaman Azərbaycanın yanında olacaq.
Türkiyənin tanınmış siyasətçiləri Azərbaycanı Həmrəylik Günü münasibətilə təbrik ediblər - VİDEOTürkiyə parlamentinin deputatı, İYİ partiyanın sözçüsü Yavuz Ağıralioğlu bildirib ki, Azərbaycanın Həmrəylik Günü türkün həmrəylik günüdür: "Biz millət olaraq tarix səhnəsinə çıxdığımız vaxtdan və adımız bilindiyindən bu günə qədər bir-birimizi dəstəkləmək imkanı tapdığımız hər yeri həm özümüz, həm millətimiz, həm də bütün insanlıq üçün gül bağına çevirdik. Azərbaycanın varlığı Türkiyənin varlığı üçün gücdür, bizim varlığımız da onlar üçün gücdür. Bir-birimizin varlığı da insanlıq üçün güc olsun. Azərbaycanın Həmrəylik Günü mübarək olsun".
Həmçinin, Türkiyə parlamentinin Cümhuriyyət Xalq Partiyasından olan deputatı Ali Haydar Hakverdi: "31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü türkiyəli millət vəkili olaraq təbrik edirəm".

Siyasi       Tarix: 31 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

Rusiyadan Azərbaycanla bağlı arzuolunmaz qərar – 3 ay ərzində…

Rusiyadan Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrə nağd pul çıxarılmasına yeni məhdudiyyət tətbiq edilib. Sənədə əsasən, fiziki şəxslərə Azərbaycan, Tacikistan və Özbəkistana 1 milyon rubldan (təxminən 20 min manat

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Britaniya səfiri İran XİN-ə çağırılıb

Britaniyanın İrandakı səfiri Hüqo Şorter İran Xarici İşlər Nazirliyinə çağırılıb. -ın  APA-ya istinadən məlumatına görə, diplomat Britaniya hökumətinin İrana qarşı davamlı destruktiv siyasəti ilə bağlı İranın kəskin etiraz


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeberler az xəbər az cəbhədən son məlumat meherremlik 2026