Türkmənistan Prezidenti Azərbaycan Dövlət Neft Şirkətinin rəhbərini qəbul edib - VİDEO
Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) rəhbəri Rövnəq Abdullayevi qəbul edib.
"Report"un məlumatına görə, işgüzar, konstruktiv şəraitdə keçən görüşdə Azərbaycan və Türkmənistanın nəhəng iqtisadi, enerji, nəqliyyat və logistika potensialına malik olduğu, həmçinin bunun strateji əhəmiyyətli sahələrdə məhsuldar qarşılıqlı fəaliyyət üçün geniş imkanlar açdığı vurğulanıb.
Bununla əlaqədar olaraq, neft-qaz sənayesində tərəfdaşlıq perspektivləri və ortaq layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb, Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen ehtiyatlarının kəşfiyyatı, işlənməsi və mənimsənilməsi ilə bağlı məsələlər hərtərəfli müzakirə olunub, cari ilin yanvar ayında Türkmənistan hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında bu sahəyə dair imzalanan Anlaşma Memorandumunun əhəmiyyətinə xüsusi vurğu edilib.
Görüşün sonunda tərəflər Türkmənistan və Azərbaycan xalqı arasında əsrlər boyu davam edən dostluq və qardaşlıq əlaqələrinin möhkəmlənməsinə, eləcə də bərabər, qarşılıqlı faydalı əsasda qurulmuş ikitərəfli əməkdaşlığın uğurla davam etdirilməsinə qarşılıqlı inamlarını ifadə edərək xoş arzularını bölüşüblər.

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar