Üç dəqiqəyə stresdən qurtulun - İdmansız, ağrısız

Üç dəqiqəyə stresdən qurtulun - İdmansız, ağrısızGünlük həyatımızda stress qaçılmazdır. Streslə mübarizə aparmağın isə sadə yolları var. Heç bir ağırlıq qaldırmadan, hərəkət etmədən, elə oturduğunuz yerdəcə stresi idarə etmək mümkündür. Bunun üçün sadəcə nəfəs texnikasını bilmək kifayət edir.
KONKRET.az xəbər verir ki, nəfəs texnikası stresi idarə etmək üçün çox təsirli bir yoldur. Nəfəs alışı və verişini düzgün yönləndirmək, bədənin fiziki və emosional gərginliyini azaltmağa kömək edir.
I üsul
Rahat bir pozada oturun və ya uzanın.
Burunla dərin bir nəfəs alın, qarınınızın genişlənməsinə icazə verin.
Ağızdan yavaşca nəfəs verin. Bu prosesi 5-10 dəqiqə təkrarlayın.
II üsul
Burunla 4 saniyə nəfəs alın.
Nəfəsi 7 saniyə saxlayın.
Ağızdan 8 saniyə ərzində nəfəs verin. Bu texnika, narahatlığı azaltmağa və rahatlamağa kömək edir.
III üsul
2 saniyə burunla dərin nəfəs alın, 2 saniyə nəfəsi saxlayın, 4 saniyə ağızdan nəfəs verin.
Bu dövrü 5-10 dəqiqə ərzində təkrarlayın.
Gündəlik həyatınıza 5 dəqiqəlik bir nəfəs rutini əlavə edin. Nəfəs alıb-verərkən diqqətinizi bədəninizin hisslərinə yönəldin. Öz nəfəsinizə diqqət yetirin. Nəfəsinizin necə alındığını və verildiyini hiss edin.
Bu texnikaları gündəlik həyatınıza daxil edərək, streslə mübarizə aparmağı asanlaşdıra bilərsiniz. Rahatlamaq və stresi azaltmaq üçün bu növ məşqləri müntəzəm olaraq həyata keçirmək faydalıdır.//Milli.az

Sağlamlıq       Tarix: 28 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi

Xəbər verdiyimiz kimi, Rusiyanın Sankt-Peterburq şəhərində 5 nəfər meymunçiçəyi xəstəliyinə yoluxub. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Meymunçiçəyinə yoluxma halları varmı? Təhlükəli vəziyyət varmı?. -ın xəbərin

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki

Bu bağçanı bit basıb?

"Noyabrın 2-də Gəncə şəhər 53 saylı körpələr evi-uşaq bağçasında bit aşkarlandığı iddia olunub. Bununla bağlı qeyd olunan təhsil müəssisəsində tibb işçilərinin iştirakı ilə monitorinq keçirilib". KONKRET.azxəbə

"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur

Arıqlama iynələri, gəncləşmə vəd edən qida əlavələri və internet üzərindən satılan saxta dərmanlar… Əczaçılar son dövrlərdə sürətlə yayılan sağlamlıq təhlükələri ilə bağlı xəbərdarlıq ediblər. Xüsusilə nəzarətsiz istifad

Gizli təhlükə: Sağlamlığımıza səssizcə zərbə vuran məhsullar

Son zamanlar idman zallarında əzələ kütləsini artırmaq və fiziki göstəriciləri yaxşılaşdırmaq istəyən şəxslər arasında protein tozları və digər idman əlavələrindən istifadə geniş yayılıb. Lakin bu məhsulların həkim məsləhət

Uşaqlarda bu hal təhlükəlidir - DİQQƏT

Qrip və soyuqdəymə kimi yuxarı tənəffüs yollarının infeksiyaları, xüsusilə uşaqlarda orta qulaq iltihabına səbəb ola bilər. Vaxtında müalicə olunmadıqda isə bu xəstəlik nadir hallarda meningit və beyin absesi kimi ciddi fəsadlarl

Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR 

Akademik tibbə meydan oxuyan tibb bacısı: Elizabet Kenni necə məşhurlaşdı?. Heç düşünmüsünüzmü, yüksək elmi dərəcələri olmayan, lakin böyük şəfqətə, müşahidə qabiliyyətinə və akademik doqmalara qarşı çıxmaq cəsarətinə mali

Düyüdəki gizli təhlükə: Plov hansı halda zəhərləyir?

Lənkəranda bir ailənin üzvlərinin plov və turşu qəbul etdikdən sonra qida zəhərlənməsinə məruz qaldığı bildirilir. Hadisə gündəlik qida rasionumuzda yer alan plovun hansı hallarda təhlükə yarada biləcəyi və ev şəraitind

Estetik əməliyyatlar dəbdədir, bəs niyə ayrıca ixtisas kimi tədris olunmur? – AÇIQLAMA

Azərbaycanda estetik əməliyyatlara tələbatın artmasına baxmayaraq, plastik və estetik cərrahiyyənin ayrıca ixtisas kimi tədris olunmaması müzakirə mövzusudur. Bəs bu sahədə ixtisaslaşmanın genişləndirilməsi nə dərəcədə vacibdi


son xeberler azerbaycan xeberleri yeni xeberler xəbər az xeber.az 2026 en son xeber gunun xeberleri