Üç il öncə yaralandı, Vətən müharibəsində isə şəhid oldu – FOTO/VİDEO

Üç il öncə yaralandı, Vətən müharibəsində isə şəhid oldu – FOTO/VİDEO Üç il öncə yaralandı, Vətən müharibəsində isə şəhid oldu – FOTO/VİDEO
2017-ci ildə düşmən snayperi tərəfindən ağır yaralanır, lakin yenidən xidmətə qayıdır. Komandiri olmuş Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun intiqamını almaq üçün isə Vətən müharibəsinə könüllü gedir. Söhbət Polad Həşimovun əsgəri olmuş şəhid Pərviz Ələsgərovdan gedir.
"Report"un əməkdaşı Daşkəsən rayon sakini, 36 yaşlı Pərviz Lətif oğlu Ələsgərovun ailəsi ilə həmsöhbət olub, Milli Qəhrəman Polad Həşimovun sevimli əsgərlərindən olan və onun şəhid xəbərini eşitdikdən sonra yaralı halda olsa belə ürəyi intiqam alovu ilə yanan Pərviz haqqında yaxınlarının fikrini öyrənib.
"N" saylı hərbi hissədə kəşfiyyatçı olan P.Ələsgərov bir müddət xidmət etdiyi hərbi hissənin komandiri, şəhid general-mayor Polad Həşimovun sevilən əsgərlərindən biri olub.
P.Ələsgərov 2017-ci ildə düşmənlə üz-üzə olan postda erməni snayperi tərəfindən açılan atəş nəticəsində ağır yaralanıb. Güllə onun ürəyinə yaxın yerə dəyib və yaralı halda 15 saat yüksək dağlıq ərazidən düşürülərək hospitala aparılıb və əməliyyat edilib. Yaralandığı üçün təxris olunma imkanı olsa da bundan imtina edir və yenidən hərbi xidmətə geri qayıdır, vətənə, xalqına olan sevgisini öz xidməti ilə davam etdirir.
Yaxınları onun Vətənə, bayrağa olan sevgisini və intiqam eşqini bir an belə dilindən düşünmədiyini bildirir. Bu intiqam hissi komandiri olmuş Polad Həşimovun Tovuz döyüşlərində şəhid olduğu anda daha da artır və öz istəyi ilə Tovuz istiqamətində gedən döyüşlərdə iştirak edir.Nəhayət Vətən müharibəsi başlayanda, sentyabrın 27-də elə öz ad günündə müharibəyə gedir.
Oktyabrın 1-də ailəsi ilə sonuncu dəfə danışır və bir gün sonra düşmən mövqeyinə 60 metr qalmış ərazidə şəhid olur. Bu səfər düşmən snayperi onu öncə ayağından, sonra isə baş nahiyəsindən vurur.
Onun nəşi 52 gün sonra ailəsinə təhvil verilib. Şəhid Daşkəsən rayon Şəhidlər Xiyabanında dəfn olunub. P. Ələsgərovun 13 və 11 yaşında oğulları ondan uğrunda canından keçdiyi Vətənə əmanət qalıb.

Üç il öncə yaralandı, Vətən müharibəsində isə şəhid oldu – FOTO/VİDEO Üç il öncə yaralandı, Vətən müharibəsində isə şəhid oldu – FOTO/VİDEO

Sosial       Tarix: 21 fevral 2021
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə


son xeberler yeni xeberler azerbaycan xeberleri xeber saytlari axsam az xeberler xeber.az bu gun futbol xeberleri