Üç qurumdan "Omikron" ştamı ilə bağlı əhaliyə MÜHÜM MÜRACİƏT

Üç qurumdan Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB vətəndaşlara müraciət edib.
KONKRET.az xəbər verir ki, üç qurumun birgə məlumatında deyilir:
"Son günlərdə qeydə alınan statistik göstəricilərə əsasən, koronavirusun yeni ştamına yoluxanların sayında artım müşahidə olunur. "Omikron" ştamının genetik xüsusiyyətlərini nəzərə alaraq vətəndaşlarımızdan səhiyyə qurumlarımız tərəfindən müəyyən olunmuş virusa yoluxma riskini azaldan göstərişlərə əməl etmələri xahiş olunur.
Özünüzdə koronavirusun əlamətlərini hiss edirsinizsə ilk növbədə ərazi üzrə poliklinikaya, ailə həkiminizə (sahə həkimi-pediatrı, sahə həkimi-terapevti) müraciət edin. Ailə həkiminiz sizin sağlamlıq vəziyyətinizi dəyərləndirdikdən sonra ehtiyac olarsa COVID-19 (PZR) testinin götürülməsi üçün yaşadığınız ünvana tibb işçisini yönləndirir.
COVID-19-a yoluxduğunuz təsdiqləndiyi halda, xəstəliyi simptomsuz və ya yüngül simptomlarla keçirirsinizsə xəstəliyin ailənizə və ya ətrafdakılara yoluxmaması üçün evdə müalicə və təcrid olunma qaydalarına riayət etməyiniz tövsiyə olunur:
• Özünüzü ailə üzvlərinizdən mümkün qədər təcrid edin;
• Maska taxın;
• Tez-tez əllərinizi yuyun və ya antiseptik vasitələrdən istifadə edin;
• Təcrid olduğunuz yeri tez-tez havalandırın;
• Ortaq istifadə olunan sahələri mütəmadi dezinfeksiya edin;
• Gün ərzində 2 dəfə bədən hərarətinizi ölçün;
• Bol maye qəbul edin;
• Yuxu rejiminə riayət edin (gün ərzində ən az 7 saat dərin və rahat yuxu);
• Hərarət yüksəldiyi zaman (38℃ və daha yuxarı) qızdırmasalıcı dərmanlardan istifadə edə bilərsiniz;
• 5 gündən çox müddətdə idarə olunmayan yüksək hərarət (>38.5℃, hərarət salıcı dərmanlara tabe olmayan) sizi narahat edərsə, ailə həkiminə məlumat verin;
• Həkim təyinatı olmadan heç bir müalicəni qəbul etməyin;
• Tibb bacıları və kiçik tibb işçiləri tərəfindən tövsiyə olunan mayelərdən (sistem), dərmanlar və digər müalicə metodlarından çəkinin;
• Ehtiyac yarandığı təqdirdə vitaminlər (Vitamin C və D), ağrıkəsicilər, hərarətsalıcılar, öskürək əleyhinə və digər simptomatik müalicələr qəbul edə bilərsiniz.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 yanvar 2022-ci il tarixli 28 nömrəli Qərarına əsasən SARS-CoV-2 PZR test nəticəsi "müsbət" olan şəxslərin və onların müəyyən olunmuş "sıx təmaslı"larının təcrid (karantin) müddəti ölkəmizdə 14 gündən 7 günə azaldılıb.
COVID-19 xəstəliyini keçirmiş, bununla bağlı PZR testinin nəticəsi pozitiv çıxmış və rəsmi qeydiyyata düşmüş şəxslər 7 gündən sonra "İmmunitet sertifikatı" əldə edə bilərlər. Sertifikatın qüvvədə olma müddəti 6 aydır. Bu müddət bitəndən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını aldıqda sertifikatın qüvvədə olması müddətsiz olaraq uzadılır".

Sağlamlıq       Tarix: 26 yanvar 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları

İnfarktın qarşısını almaq üçün vacib QAYDALAR

"Mütəmadi testlər infarktın qarşısını almağa kömək edə bilər. Bunlara lipidoqrammanı (xolesterin və onun fraksiyalarının göstəricisi), eləcə də qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq daxildir". -a istinadə

Müalicəsi olmayan və gizli yayılan mərəz – Hantavirus COVID-i geridə qoyacaqmı?

"MV Hondius" kruiz gəmisi ətrafında vəziyyət gərgin olaraq qalır: səkkiz nəfər xəstələnib, beş nəfərin And virusuna (təhlükəli hantavirus növü) yoluxduğu laboratoriyada təsdiqlənib. Yoluxanlardan üçü gəmidən kənard

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v


azerbaycan xeberleri son xeberler yeni xeberler azerbaycanda son xeberler xeber az ən son xeberler en son xeber