Üçüncü "Access Bankirlər Məktəbi" layihəsi reallaşdırıldı

Üçüncü "AccessBank" sayca üçüncü bankçılıq məktəbi layihəsini bitirir.
Azxeber.com xəbər verir ki, təqaüd proqramı çərçivəsində həyata keçirilən və 3 ay davam edən təlimlərin sonuncu həftəsində proqram iştirakçıları final təqdimatı hazırlayaraq, Bankın İdarə Heyətinin üzvləri qarşısında çıxış ediblər. Fərqlənən iştirakçılar tezliklə Bankda işlə təmin olunacaqlar.
Qeyd edək ki, yanvar-fevral aylarında baş tutan sənəd qəbulu zamanı budəfəki proqrama qatılmaq üçün 1500-dək müraciət daxil olub. Bakı və bölgələrdən olan məzun və ya sonuncu kurs tələbələri ilkin mərhələdə iştirak etmək üçün CV və niyyət məktubu göndəriblər. Layihəyə qatılmaq üçün namizədin bankçılıq haqqında ümumi təsəvvürü, maraqları, dünyagörüşü və dil bilikləri nəzərə alınıb. İlkin mərhələdə seçilmiş 200 namizəd test mərhələsinə dəvət alıb. Müxtəlif sınaqlardan keçdikdən sonra 17 iştirakçı proqrama qatılıb. İştirakçılara Bank tərəfindən təkcə nəzəri biliklər deyil, həm də təcrübə şansı təqdim edilib. Bu dönəmdə onlar Bankın quruluşu, fəaliyyəti, gündəlik iş prosesi ilə yaxından tanış olublar. İştirakçılar müxtəlif departament və filiallarda təcrübə keçməklə yanaşı, həm də "AccessBank"ın bölgələrdəki filiallarının fəaliyyəti ilə tanış olublar.  
"AccessBank"ın İnsan Resursları üzrə İcraçı direktoru Nigar Hüseynzadə bildirir ki, Bank, təcrübəsiz gənclərə iş şansı vermək ənənəsinə sadiqdir: "Bizim bank tarixən təcrübəsiz, yeni məzun olmuş gənclərin yanında olub. Hazırda rəhbər vəzifələrdə çalışan əksər əməkdaşlarımız Banka heç bir təcrübələri olmadan, universitetdən yeni məzun olan kimi gəliblər. Burada püxtələşib, professionallaşıblar. Əminliklə demək olar ki, "AccessBank" Azərbaycanda bankçılıq məktəbi sayılır."
Qeyd edək ki, "Access Bankirlər Məktəbi" hazırda Azərbaycanda təqaüd əsaslı və praktik bankçılıq təcrübəsi verən yeganə layihədir.
Üçüncü Üçüncü Üçüncü

İqtisadiyyat       Tarix: 03 iyun 2021
f Paylaş

Oxşar xəbərlər

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən görüntülər hava durumu bu gune olan xeberler sou biznes