"Üçüncü dozadan sonra "Omicron"a qarşı qoruyuculuq 25 dəfə artır"

Yeni növ koronavirusun (COVID-19) "Omicron" ştamı hazırda 89 ölkədə aşkar edilib, Ümumdünya Səhiyyə Təşkilatı virusun yeni variantına bir neçə gün ərzində yoluxanların sayının iki dəfə artdığı barədə məlumat verib. İranın paytaxtı Tehranda "Omicron" ştamına ilk yoluxma qeydə alınması ölkəmiz üçün də real təhlükə yaradır.
KONKRET.az "AzərTAc"a istinadən xəbər verir ki, 1 saylı Kliniki Tibbi Mərkəzin baş infeksionisti Fərrux Sədirovun dediyinə görə, koronavirusun yeni dalğasının qarşısını almaq mümkün olmasa da, sakinlər peyvənd olunaraq qoruna bilərlər:
""Omicron"la əlaqədar belə bir problem var. Daha əvvəl peyvənd edilənlər və daha əvvəl xəstəliyi keçirənlərdə də bu və ya digər şəkildə xəstəliyə yoluxmaq təhlükəsi var. Bunun da öhdəsindən "buster" doza ilə gəlməyin mümkünlüyünü söyləyənlər var. Hətta iki peyvənd vurulması "Omicron" ştamından qorunmaq üçün kifayət etmədiyi halda üçüncü dozadan sonra həmin ştama qarşı qoruyuculuq 25 dəfə artır. Ümid etmək olar ki, bu baxımdan üçüncü doza peyvənd vurdurmaq sayəsində "omikron"un ciddi fəsadları ilə üz-üzə gəlməyəcəyik".
Həkim-infeksionistin dediyinə görə, "Omicron" ştamı yaşlılarla bərabər uşaqları da yoluxdura bilər:
"Xüsusilə sıxlıq, tünlük olan yerlərdə, havasız məkanlarda onun yayılma ehtimalı digərlərinə nisbətən dəfələrlə çoxdur. Ona görə Yeni il ərəfəsində bir yerə toplaşmaq, ölkə daxilinə və xaricinə gediş-gəlişin çoxalmasına görə sosial məsafənin qorunması, maska taxılması, əl gigiyenasına riayət olunması kimi tədbirlər peyvənd qədər olmasa da, 100-ə 70 hallarda xəstəliyə yoluxmadan qoruyur".
Sağlamlıq hər şeydən daha üstündür. Xüsusilə bayramı doğmaları ilə keçirmək istəyənlər pandemiya dövrünün tələblərini mütləq nəzərə almalıdırlar.

Sağlamlıq       Tarix: 24 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

Samuxda 9 nəfərdə qarayara aşkarlandı - RƏSMİ

Samuxda xəstə heyvanla təmasda olan 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrin

Yüksək hərarət, qusma, bağırsaq pozğunluğu: Dünyadakı dəhşətli virus Azərbaycana da çatır?

İtaliyada Ebola virusuna yoluxma ilə bağlı iki ehtimal olunan hal qeydə alınıb. KONKRET.azxəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, humanitar təşkilatlarda çalışan bir kişi və bi

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v

ÜST-dən xəbərdarlıq: "Görünməmiş sürətlə yayılır"

"Açıq deməliyik ki, epidemiya hələ də nəzarət altında deyil. Böyük bir üstünlüklə başladı və biz hələ də onun qarşısını almağa çalışırıq". KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyy

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

İnfarktın qarşısını almaq üçün vacib QAYDALAR

"Mütəmadi testlər infarktın qarşısını almağa kömək edə bilər. Bunlara lipidoqrammanı (xolesterin və onun fraksiyalarının göstəricisi), eləcə də qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq daxildir". -a istinadə

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə


yeni xeberler son xeberler azerbaycan xeberleri en sonxeber kriminal ən son xəbərlər şou biznes xəbərləri