Uçuşunuz gecikəndə və ya ləğv ediləndə bunları bilməlisiniz

Uçuşunuz gecikəndə və ya ləğv ediləndə bunları bilməlisiniz26 avqust 2026-cı il, Bakı - Səyahət planları hər zaman gözlənildiyi kimi davam etməyə bilər. Hava şəraiti, texniki, əməliyyat və digər səbəblər uçuş vaxtının dəyişməsinə, reysin gecikməsinə və ya ləğvinə səbəb ola bilər. Bu hallar sərnişinlərin planlarına təsir etdiyi kimi, aviaşirkət üçün də arzuolunmazdır. Belə vəziyyətlərdə əsas məqsəd sərnişinləri dəyişikliklər barədə mümkün qədər operativ məlumatlandırmaq və səfərin davam etdirilməsi üçün zəruri dəstəyi göstərməkdir.
Uçuşunuzda dəyişiklik baş verərsə, doğru məlumat mənbələrini, hansı xidmətlərdən yararlana biləcəyinizi və müxtəlif hallarda diqqət yetirilməli vacib məqamları bir araya topladıq.
Hava limanına vaxtında gəlin
Uçuşunuzun gecikdiyini əvvəlcədən öyrənmisinizsə, bu, qeydiyyat vaxtının da avtomatik olaraq dəyişdiyi demək deyil. Aviaşirkət tərəfindən fərqli məlumat verilmədiyi halda, ilkin uçuş vaxtını nəzərə alaraq hava limanına gəlmək və qeydiyyat prosedurlarını vaxtında tamamlamaq vacibdir.
Azərbaycan Hava Yolları sərnişinlərə hava limanına uçuşdan ən azı 3 saat əvvəl gəlməyi tövsiyə edir. Bu, qeydiyyat, baqajın təhvili, təhlükəsizlik və digər uçuşöncəsi prosedurların rahat şəkildə tamamlanması üçün kifayət qədər vaxt ayırmağa, eyni zamanda uçuşla bağlı son məlumatları vaxtında əldə etməyə imkan verir.
Uçuş məlumatlarını mütəmadi izləyin
Uçuşunuzun aktual statusunu azal.az internet səhifəsi və AZALmobil tətbiqindən,  elektron poçt ünvanınızdan, hava limanındakı məlumat ekranlarından və səsləndirilən elanlardan izləyə bilərsiniz. Əlavə məlumat üçün Azərbaycan Hava Yollarının hava limanındakı nümayəndələrinə və məlumat masalarına müraciət etmək mümkündür.
Xüsusilə hava limanına yola düşməzdən əvvəl və gözləmə müddətində uçuş statusunu yenidən yoxlamaq son dəyişikliklərdən vaxtında xəbərdar olmağa kömək edir.
Dəyişiklik barədə sizə necə məlumat verilir?
Uçuş vaxtında dəyişiklik baş verdikdə sərnişinlə əlaqə yaratmaq üçün bron zamanı qeyd olunan məlumatlardan istifadə edilir. Dəyişikliklərlə bağlı bildirişlər mobil nömrənizə SMS və WhatsApp, həmçinin elektron poçt ünvanınıza e-mail vasitəsilə göndərilə bilər.
Bu səbəbdən bilet alarkən mobil nömrənizin və elektron poçt ünvanınızın düzgün qeyd olunmasına diqqət yetirin. Bilet agentlik vasitəsilə alınıbsa, bronunuzda məhz sizin əlaqə məlumatlarınızın göstərildiyini dəqiqləşdirmək də faydalıdır. Uçuşla bağlı dəyişiklik yarandıqda bilet üzrə mövcud imkanlar haqqında agentlikdən də məlumat əldə edə bilərsiniz.
Həmçinin uçuşunuzun statusu və ya baş vermiş dəyişikliklə bağlı əlavə məlumata ehtiyacınız olduqda Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq həmin anda mövcud olan məlumatları əldə edə bilərsiniz.
Reysiniz gecikirsə, hansı xidmətlərdən yararlana bilərsiniz?
Gecikmənin müddətindən asılı olaraq sərnişinlər üçün müxtəlif xidmətlər ödənişsiz təşkil olunur:
•7 yaşınadək uşağı olan sərnişinlər
Ana və uşaq otağından istifadə edə bilərlər.
•2 saatdan çox gecikmə
Sərinləşdirici içkilər təqdim olunur, həmçinin 2 telefon zəngi etmək və ya 2 elektron məktub göndərmək imkanı yaradılır.
•5 saatdan çox gecikmə
İsti yemək təqdim olunur. Gecikmə davam etdikdə isti yemək gündüz hər 6 saatdan, gecə isə hər 8 saatdan bir verilir.
•8 saatdan çox gecikmə
Mehmanxanada yerləşdirmə, hava limanından mehmanxanaya və geriyə transfer, həmçinin baqajın saxlanılması təşkil olunur.
Reysin gecikdiyi inzibati ərazidə daimi yaşayan sərnişinlər mehmanxana ilə təmin olunmurlar. Təqdim olunan xidmətlər gecikmənin səbəbindən və tətbiq olunan daşıma qaydalarından asılı olaraq dəyişə bilər.
Qeyd: Gecikmə zamanı təqdim olunan yuxarıdakı xidmət və təminatlar beynəlxalq uçuşlar üçün nəzərdə tutulur.
Reysiniz ləğv edilib və ya uçuş vaxtı dəyişib?
Belə bir dəyişiklik səyahət planınızın sona çatdığı demək deyil. Vəziyyətdən və tətbiq olunan şərtlərdən asılı olaraq alternativ uçuş, biletin dəyişdirilməsi və ya geri qaytarılması kimi seçimlər mövcud ola bilər. Hava limanındasınızsa, Azərbaycan Hava Yollarının nümayəndələri mövcud imkanlar və səfərinizi necə davam etdirə biləcəyiniz barədə ətraflı məlumat verə bilərlər.
Hava limanındasınızsa, alternativ uçuşlar və mövcud seçimlər barədə məlumatı Azərbaycan Hava Yollarının nümayəndələrindən əldə edə bilərsiniz. Hava limanında deyilsinizsə, mövcud seçimləri dəqiqləşdirmək üçün Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.
Bilet akkreditə olunmuş agentlik vasitəsilə alınıbsa, dəyişiklik və geri qaytarılma kimi bilet əməliyyatlarının həmin agentlik vasitəsilə həyata keçirilməsi tələb oluna bilər. Bu halda biletinizi aldığınız agentliklə əlaqə saxlayaraq mövcud seçimləri dəqiqləşdirə bilərsiniz.
Gecikmə növbəti uçuşunuza təsir edirsə
Bir neçə reysdən ibarət səfərlərdə ilk uçuşdakı gecikmə növbəti reysə keçid vaxtını azalda və ya bağlantının baş tutmamasına səbəb ola bilər. Belə vəziyyətdə transfer masası və ya Azərbaycan Hava Yollarının hava limanındakı nümayəndələri növbəti uçuşunuz və səfərin davam etdirilməsi üçün mövcud imkanlar barədə məlumat verə bilərlər.
Gecikmə aviaşirkətdən qaynaqlanırsa və növbəti uçuş üçün təsdiqlənmiş bronunuz varsa, gözləmə müddətindən asılı olaraq müvafiq xidmətlərdən yararlana bilərsiniz.
Uçuş planında dəyişiklik yarandıqda ən vacib məqam aktual məlumatı rəsmi mənbələrdən izləməkdir. Əlaqə məlumatlarınızı bron zamanı düzgün qeyd etmək, uçuş statusunu mütəmadi yoxlamaq və ehtiyac yarandıqda aviaşirkətin nümayəndələrinə müraciət etmək dəyişikliklərə daha hazırlıqlı olmağa və səfərinizi mümkün qədər rahat davam etdirməyə kömək edəcək.
Əlavə sualınız var?
Uçuşunuzla bağlı əlavə məlumat və dəstəyə ehtiyacınız olarsa, Azərbaycan Hava Yolları ilə aşağıdakı elektron poçt ünvanları vasitəsilə əlaqə saxlaya bilərsiniz:
• [email protected]
·[email protected]
Müraciətinizin daha operativ cavablandırılması üçün məktubda ad, soyad, uçuş nömrəsi, uçuş tarixi və bron məlumatlarınızı qeyd etməyiniz tövsiyə olunur.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti / azxeber.com

İqtisadiyyat       Tarix: 26 avqust 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

AZAL daha bir yeni nəsil "Airbus A321neo" təyyarəsi ilə donanmasını genişləndirdi - FOTOLAR

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları donanmasına növbəti yeni nəsil "Airbus A321neo" təyyarəsini qəbul edib. Bununla, aviaşirkətin donanmasındakı təyyarələrin ümumi sayı 31-ə çatıb. Yeni "Airbu

PASHA Bank Georgia-nın Müşahidə Şurasında yeni təyinatlar

2 oktyabr 2026-cı il tarixində PAŞA Bankın Müşahidə Şurasının sədri Şahin Məmmədov PASHA Bank Georgia-nın Müşahidə Şurasının sədri, PAŞA Bankın İdarə Heyətinin üzvü və baş risk inzibatçısı Pərvin Əhədzadə isə Müşahidə Şurasını

AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start verir

AccessBank, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə tərəfdaşlıq çərçivəsində, qadın sahibkarların biznes və idarəetmə bacarıqlarının inkişafına yönəlmiş Access2Success layihəsini 5-ci dəfə həyata keçirir. Artıq ənənəv

ATB: Banklar strateji layihələrlə beynəlxalq kapital arasında körpü rolunu oynaya bilər

Dövlət bankı Azər Türk Bank Alman–Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) təşkilatçılığı ilə Bakıda keçirilən Alman–Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransında eksklüziv "Platinum"

"Liderlik Etikası və Korporativ Davranış" mövzusunda peşəkar təlim keçirildi - FOTOLAR

Marsol Academy-nin təşkilatçılığı ilə 4 oktyabr tarixində "Liderlik Etikası və Korporativ Davranış" mövzusunda peşəkar təlim keçirilib. xəbər verir ki, "Kavkaz Logistics"in baş sponsorluğu, "Premiu

Kapital Bank istiqraz yerləşdirməsi ilə xarici investor bazarına çıxışını genişləndirib

Ölkənin birinci bankı Kapital Bank Bakı Fond Birjasında 50 milyon manat həcmində istiqrazlarını qapalı yerləşdirmə üsulu ilə xarici institusional investora təqdim edərək vəsait cəlb edib. Bu, Kapital Bankın milli valyutad

Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir

Hər kəsin planı var: övladının təhsili, ailəliklə uzun illər gözlənilən səyahət, evdə çoxdan başlatmalı olduğun təmir və ya yeni ilə yeni başlanğıc. Bəzən isə o planı gerçəkləşdirməyə cəmi bir addım qalır. Sənin qızılın d

AccessBank-ın tərəfdaşlığı ilə "VətəndəSƏN" II Qarabağ Təhsil Forumu keçirildi - FOTOLAR

Xankəndi şəhərində 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə "VətəndəSƏN" II Qarabağ Təhsil Forumu keçirilib. Forum AccessBank-ın tərəfdaşlığı, "Karabakh Training Center" və "World"

Azercell "Gamesummit" və "Omni AI Summit"in eksklüziv tərəfdaşıdır

10 oktyabr tarixində Azercell-in eksklüziv tərəfdaşlığı ilə "Gamesummit" və "OMNI AI Summit" keçiriləcək. Tədbir oyun və süni intellekt sahələrində dünyanın aparıcı texnologiya şirkətlərini, ekspert v


son xeberler azerbaycan xeberleri yeni xeberler maraqlı xəbərlər hava durumu xeberler bu gun dunya xeberleri