Uelsdə tələbələr ChatGPT "chatbot"una - süni intellektə "hücum ediblər
Uelsdə tələbələr ChatGPT "chatbot"una - süni intellektə "hücum ediblər"
Uelsin paytaxtı Kardiff şəhərindəki universitetlərdən birində maraqlı hadisə baş verib.
Yerli tələbələr akademik performanslarını (tələbələrin dərslərdə müvəffəqiyyət dərəcəsi) artırmaq üçün ChatGPT "chatbot"una sözün əsl mənasında hücum ediblər.
Nəticədə süni intellektin köməyi ilə yazılmış kurs işləri və ev tapşırıqları müəllimlər tərəfindən müstəqil yazılmış işdən daha yüksək qiymətləndirilib.
Məlumata görə, təkcə yanvar ayında Kardiff Universitetinin "Wi-Fi" şəbəkəsi 14 000-dən çox tələbənin "chatbot"a girdiyini müəyyən edib. ChatGPT-nin imkanlarına bu səviyyədə maraq "qaynar" dərs dövrünə təsadüf edib ki, bu zaman birinci semestr üçün yekun işlərini təhvil vermək lazım gəlib.
Bəzi tələbələr KİV-ə müsahibələri zamanı bildiriblər ki, onlar həqiqətən ChatGPT-nin xidmətlərindən istifadə ediblər və bu da öz nəticəsini verib.
Tələbələrdən birinin sözlərinə görə, o, öz kurs işlərindən birini (2500 sözdən ibarət) ChatGPT vasitəsilə yazıb və çox yüksək qiymət alıb. Lakin özünün yazdığı ikinci kurs işi isə müəllimləri tərəfindən yaxşı qiymətləndirilməyib.
Kardiff Universitetinin başqa bir tələbəsi etiraf edib ki, o, ümumiyyətlə, bütün işlərini "chatbot"la yazıb.
Eyni zamanda tələbələr əmin ediblər ki, tapşırıqları düşünülmüş şəkildə yerinə yetiriblər, süni intellekt isə onlara yalnız məlumatları düzgün təhlil etməyə kömək edib.
Bununla belə universitet tərəfindən artıq bu "təhsil" üsuluna reaksiya verilib və söz verilib ki, akademik səhvlər siyahısına "AI-dən (ChatGPT) sui-istifadə" bəndi də əlavə ediləcək.
Mənbə: "BBC News" / oxu.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR