Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir' - Nərgiz Babayeva

Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir' - Nərgiz BabayevaHəkimlik yolundan sahibkarlığın incə dünyasına addım atan Nərgiz Babayeva öz adını tarixə "süfrələrin memarı" kimi yazdırdı. O, yalnız dadı deyil, süfrə mədəniyyətini də sənət səviyyəsinə yüksəldən bir vizionerdir. "My Dom Nargiz" brendi ilə hər detala, hər incə toxunuşa həyat verərək, sadə yeməkləri xatirə dolu təcrübələrə çevirir.
Nərgiz xanımın hekayəsi – əzmkarlığın, zəhmətin və inamın qüdrətli gücünün canlı nümunəsidir. O, gənclərə yalnız sahibkar olmağın yollarını göstərmir; həm də uğur üçün lazım olan ilhamı, süfrənin incə zərifliyini və dizaynın poetikasını bölüşür. Hər bir süfrə onun əli ilə həyat tapır, hər bir detal onun ruhundan danışır.
Nərgiz Babayeva – qadın gücünü incəliklə birləşdirən, biznesi və sənəti harmoniya ilə yoğuran parlaq simadır.
Nərgiz Babayeva azxeber.com-un "Uğurlu qadın" rubrikasının qonağıdır. Müsahibəni təqdim edirik: 
- Həkimlikdən sahibkarlığa keçən yolu necə təsvir edərdiniz?
- Mənim həkimlik yoluna çıxmağımda valideynlərimin böyük rolu olub. Onlar mənim üçün bu peşəni seçdilər və mən də onların arzularını gerçəkləşdirdim. Amma insan yalnız öz ürəyindəki arzunu reallaşdıranda, həqiqətən nə istədiyini tapanda xoşbəxt olur. Çünki peşə – sadəcə iş deyil, həm də həyat eşqidir.
Mənim ürəyim isə hər zaman mətbəxin sehrində, dizaynın incəliklərində döyünüb. Fantaziyalarım, yeniliklərim o qədər çoxdur ki, bu sahədə istənilən insana rəqabət aparmağa hazıram. Bu istiqamətdə özümə güvənim çoxdur. Axı boşuna mənə "süfrələrin memarı" deməyiblər (gülür)
Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir' - Nərgiz Babayeva- Ana, sahibkar qadın və nənə olmaq... Bunların hansı çətinlikləri var?
- Mənim həyatımda ailə hər şeyin mərkəzindədir. İki qızım, bir oğlum, iki kürəkənim və sevimli nəvələrim var. Amma mən nənəliyi yalnız uşaqları qucaqlamaqla yox, onlara güclü örnək olmaqla yaşayıram. Hesab edirəm ki, əsl nənəlik yaşım nəvələrimin övladlarını qucağıma alanda gələcək (gülür).
Mənim üçün nənəlik gələcək nəsillərə güc, müdriklik və inam mirası qoymaqdır. Mən istəyirəm ki, övladlarım və nəvələrimin timsalında hesab edirəm ki, gənc nəsil yanlarında daim çalışan, uğur qazanmaqdan qorxmayan, həm ana, həm sahibkar, həm də qadın olaraq öz ayaqları üstündə duran bir insan görməlidilər. Biz bu formada gələcək nəsillərə nümunə olsaq hesab edirəm ki, onlar da uğur qazanacaqlar.
Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir' - Nərgiz Babayeva- "Uğurlu qadın" olmaq üçün nə etmisiniz?
- Əlbəttə, uğurun arxasında hər zaman seçimlər dayanır. Mən də çox zaman şəxsi arzularımı, qadın olaraq istədiklərimi kənara qoyaraq işimə, övladlarıma və gördüyüm işin gələcəyinə üstünlük vermişəm. Amma buna qurban kimi baxmıram. Çünki sevdiyim işin, ailəmin və yaratdıqlarımın verdiyi güc mənim üçün ən böyük xoşbəxtlikdir.
Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir' - Nərgiz Babayeva- Günümüzdə boşanmaların sayı artıb. Çox zaman ayrılıqlardan sonra münasibətlər gərginləşir. Boşanmış qadın üçün bu, cəmiyyətdə özünü təsdiqləmək baxımından çətinlik yaradırmı? Boşanmış xanım kimi bu barədə təcrübənizdən çıxaran nəticəni paylaşa bilərsinizmi?
- Mənim fikrimcə, ayrılıq həyatın sonu deyil. Əksinə, hər kəsin öz yolunu tapması üçün bir seçim ola bilər. Əsas məsələ münasibətləri hörmət üzərində saxlamaqdır. Təəssüf ki, boşandıqdan sonra bir çox ailələr düşmən kimi ayrılırlar, amma mən bunu doğru hesab etmirəm. İnsanlar övladları üçün, həm də öz ləyaqətləri naminə dostluq və anlayışı qorumağı bacarmalıdırlar. Mənim üçün önəmli olan ailəmin xoşbəxtliyi və münasibətlərdə səmimiyyətin itirilməməsidir.
Övladlarımın atası ilə münasibətimiz qarşılıqlı hörmət üzərində qurulub. Valideyn olaraq övladlarımız üçün hər zaman birlikdəyik, onların sevincli günlərində yan-yana olmağa çalışırıq. Həyatda hər kəsin öz yolu var, biz də dostluq və anlayışla münasibətimizi davam etdiririk.
Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir' - Nərgiz Babayeva- Gərgin iş rejiminizdə özünüzə vaxt ayıra bilirsinizmi?
- Uzun illər işim mənim bütün vaxtımı aldı. "My Dom Nargiz"in bu qədər sürətlə tanınacağını heç təsəvvür etməzdim. İnsanların məni tanıması, dəstək göstərməsi əlbəttə ki, qürurvericidir. Amma bir məqamı dərk etdim: uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir.
Bu gün həyatımın ayrılmaz hissəsi idman, yoqa və meditasiya olub. Çünki güclü qadın olmaq təkcə işdə nəticə göstərmək deyil, həm də ruhunu və bədənini qorumaqdır. Mən inanıram ki, insan özünü sevəndə, balansı tapanda həm ailəsinə, həm də işinə daha çox enerji verə bilir.
- Bu qədər gənc qalmağınızın sirri budur?
- Mənim sirrim çox sadədir: özümə qayğı göstərmək. İdman, yoqa, meditasiya artıq həyatımın ayrılmaz hissəsinə çevrilib. Gecələr özümü yormuram, vaxtında yatır, səhərlər tez oyanıram. Çünki bilirəm ki, mən yaxşı olanda ətrafımda hər kəsə də yaxşı enerji verə bilirəm. Bəlkə də gənc qalmağımın əsas səbəbi budur – özümü sevmək və balansı qorumaq.
- Sizi xoşbəxt qadın adlandırmaq olar?
- Mən özümü xoşbəxt hesab edirəm. Çünki həm sahibkar kimi sevdiyim işi görürəm, həm də ana kimi övladlarımın sevgisini duyuram. Mənim üçün xoşbəxtlik – uğurla ailə sevgisinin vəhdətidir. Əgər bunları qazanmışamsa, demək ki, həqiqətən xoşbəxt qadınam.
Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir' - Nərgiz Babayeva- Restoranlarınızın fərqi nədədir?
- Mənim üçün "My Dom Nargiz" sadəcə restoran deyil, bir incəsənət məkanıdır. Burada hər süfrə, hər təqdimat bir əsər kimidir. Başqaları ayın sonunda yalnız gəlirlərinə baxırsa, mən insanların gözlərindəki heyrəti və dilindəki sualı gözləyirəm: "Nərgiz bu dəfə hansı yeniliyi etdi?" Mənim üçün əsas qazanc da elə budur – insanların yaddaşında iz qoymaq.
- Bu konsepsiyanı xaricdə də davam etdirmək istərdinizmi?
- Əlbəttə, bu mənim böyük arzularımdandır. İstanbulda layihə açmaq planım olub, bəli, müəyyən çətinliklər də yaşandı. Amma mən inanıram ki, istedadı və əməyi heç kim əlimdən ala bilməz. Sadəcə zaman lazımdır. Mənim yolum dayanmadan davam edir və əminəm ki, "My Dom Nargiz"in qapıları bir gün başqa ölkələrdə də açılacaq.
Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir' - Nərgiz Babayeva - Gənc sahibkar qadınlara hansı məsləhətləri verərdiniz?
- Mənim fikrimcə, qadın uğura gedən yolda ilk növbədə ailə dəyərlərini unutmamalıdır. Çünki insanın kökü, dayağı elə ailəsidir. Mən bu illər ərzində qazandığım hər şeyi halal zəhmətimlə əldə etmişəm və bunun üçün hər gün Allaha şükür edirəm.
Yeni yola çıxan qadınlara demək istəyirəm ki, iş həyatında nə qədər güclü olsanız da, ailənizi, sevdiklərinizi diqqətdən kənarda qoymayın. Həyat bəzən arzuladığımız kimi olmur, amma bizi güclü edən də elə yaşadığımız çətinliklərdir. Mənim də sınmış anlarım olub, amma hər göz yaşı məni daha dözümlü və iradəli edib. Və ən önəmlisi – risk etməyi bacarın. Çünki risk etməyən heç vaxt böyük uğura çata bilmir. Sahibkarlıq – həm cəsarət, həm də inam tələb edən yoldur.
Günel Hüseynli

Şou Biznes       Tarix: 17 sentyabr 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi

Dünyaşöhrətli müğənni Teylor Sviftin son görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Müğənni həyat yoldaşı Travis Kelsi ilə oktyabrın 9-da Nyu-Yorkda şam yeməyindən sonra görüntülənib. Cütlüyün əl-ələ lentə alına

Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu

Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən

Uzak şehir'in aktrisası onunla eşq yaşayır

"Bridgerton" serialının ulduzu Kori Milkristlə türkiyəli aktrisa Çağla Şimşəklə münasibətə başlayıb. Cütlük bazar ertəsi ilk dəfə görüşə çıxıb. Qeyd edək ki, Kori Milçrist "Bridgerton" serialında "Kra

"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayım açaraq izləyicilərinin suallarını cavablandırıb. xəbər verir ki, aparıcı "Günaydın, Azərbaycan" verilişindən ayrılma səbəbini açıqlayıb. X.Hidayətqızı bildiri

Mauro İkardi Vanda Nara ilə rəsmən boşandı

Argentinalı futbolçu Mauro İkardi Vanda Nara ilə rəsmən boşandığını elan edib. Bu barədə hücumçu sosial şəbəkə hesablarında bəyan edin. İkardi Milan məhkəməsinin nikahın rəsmən ləğv edilməsi barədə qərar çıxardığını və 2024-c

Necla Uyqur vəfat etdi

Türkiyəli aktrisa Necla Uyqur 89 yaşında vəfat edib. Sənətçinin vəfatı ilə bağlı oğlu Behzat Uyqur sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, Necla Uyqur mərhum aktyor Nejat Uyqurun həyat yoldaşı olub. Cütlüyü

Məşhur aktyor vəfat etdi

ABŞ-da yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində məşhur israilli aktyor və pilot Qay Kapulnik həlak olub. Qəza sentyabrın 24-də Kaliforniya ştatının Hesperia şəhərində yerləşən hava limanının yaxınlığında ba

Azərbaycan məşhur yapon serialında - Foto

Yaponiyanın məşhur "Vivant" serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq. Serialın Azərbaycanda çəkilişləri başa çatıb. Azərbaycan Turizm Bürosu (ATB) "Toky

Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq

Türkiyənin məşhur aktrisası Hande Erçel hadisələri Almaniyada cərəyan edən "Diaspora" adlı dram filmində baş rolu canlandıracaq. Bu barədə "Deadline" nəşri məlumat yayıb. Filmin rejissoru və ssenarist


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler azerbaycan xeber az bugünki xəbərlər son xəbərlər bugün 2026