Uill Smitin xanımı yeddi ildir gizlətdikləri sirri açıqladı - FOTO
Uill Smitin xanımı yeddi ildir gizlətdikləri sirri açıqladı - FOTO
Hollivud ulduzu Uill Smitin həyat yoldaşı aktrisa Cada Pinkett Smit ərindən yeddi il əvvəl ayrıldığını etiraf edib.
Bu barədə o, müsahibəsi zamanı danışıb.
"Biz hələ də münasibətlərimizi müəyyənləşdiririk və onların üzərində çox işləyirik. Bir-birimizi dərindən sevirik və bu evliliyin necə davam edəcəyini anlamağa çalışırıq", - deyə 52 yaşlı aktrisa bildirib.
Müsahibə zamanı o, ulduzla görüşünü də xatırlayıb.
"Bir gün Uill zəng edib dedi ki, Los-Ancelesə gələndə xəbər elə görüşək və telefonu qapatdı. Düşündüm ki, vau, tamam. Los-Ancelesə çatanda zəng etdim. O vaxtdan bəri ondan qurtula bilmədim", - deyə Pinket-Smit etiraf edir.
Qeyd edək ki, Cada və Uill Smit 1997-ci ildə ilk uşaqları Cadenə hamilə olarkən evləniblər.
Xatırladaq ki, 2022-ci ildə "Oskar" mərasimi zamanı qalmaqal yaşanıb. Belə ki, səhnədə olan aktyor Kris Rok komediya ustası Uill Smitin həyat yoldaşı Cada Pinkett-Smitin saçı ilə bağlı zarafat edib (Cada Pinkett-Smit xəstəliklə əlaqədar saçlarını itirib). Buna reaksiya verən Uill Smit səhnəyə qalxıb və Rokun üzünə şillə vurub. Bundan sonra Kino Sənətləri və Elmləri Akademiyası Smitə "Oskar" da daxil olmaqla 10 il ərzində öz tədbirlərində iştiraka qadağa qoyub.
Mənbə: People / oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR