Ukrayna müharibəsi bitsə, Rusiya yenidən Cənubi Qafqaza "soxula" bilər? - YENİ MƏQAMLAR

Ukrayna müharibəsi bitsə, Rusiya yenidən Cənubi Qafqaza Ukraynada hadisələr fərqli yöndə cərəyan edir. Baydenin dəstək verdiyi Ukrayna indi təklənib və təkcə Avropa Birliyinin ümidinə qalıb. Amma Avropa ölkələrinin resursu Rusiya ilə müharibəni davam etdirməyə çatmayacaq. Demli, Zelenski hər an kapitulyasiya aktına imza atmağa məcbur edilə bilər. Əslində Ukraynada müharibənin bitməsi Rusiyanı əlavə iştahasını artırar və dişi "şirəyə" batan Rusiya Cənubi Qafqaza meyllənə, burada itirilmiş mövqelərini bərpa etməyə səy göstərər.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib ki, Rusiya-Ukrayna müharibəsi sahədə başa çatsa da, beynəlxalq müstəvidə davam edəcək və hələ Vaşinqtonun Rusiyanın müharibədən urvatlı şəkildə çıxmasına hansı şərtlər çərçivəsində razılıq verəcəyi bəlli deyil:
Ukrayna müharibəsi bitsə, Rusiya yenidən Cənubi Qafqaza "Digər tərəfdən, ABŞ-ın iştirakı ilə Rusiyanın şərtlərinin əhəmiyyətli hissəsinin qəbul olunması kontekstində müharibəyə son qoyulması birtərəfli yanaşmadır. Avropa İttifaqının Rusiyaya qarşı qəbul etdiyi son sanksiyalar paketi Brüsselin müqavimətinin davam edəcəyini göstərir. Rusiyanın Cənubi Qafqazda mövqelərinin tamamilə zəifləməsinə gəldikdə isə, düşünürəm ki, bu barədə danışmaq bir qədər mübaliğəli görünür. Əslində hazırda söhbət Rusiyanın Ermənistan vasitəsi ilə Cənubi Qafqazda mövqelərinin bərpasından gedə bilər. Məlum olduğu kimi, Rusiyanın hərbi bazası hələ də Ermənistan ərazisindədir. Ermənistanın iqtisadiyyatı, maliyyə sistemi, enerji təhlükəsizliyi də həmçinin, Rusiya şirkətlərinin nəzarətindədir. Faktlara nəzər salaq: 2008-ci il fevralın 13-də İrəvanda "Rusiya Dəmir Yolları" ASC ilə Ermənistan Respublikası arasında dövlətə məxsus "Ermənistan Dəmir Yolu" QSC-nin "Cənubi Qafqaz Dəmir Yolları" QSC-nin idarəçiliyinə verilməsi haqqında konsessiya müqaviləsi imzalanıb.
"Ermənistan Dəmir Yolu" QSC-nin "Rusiya Dəmir Yolları"nın 100%-lik törəmə müəssisəsi olan "Cənubi Qafqaz Dəmir Yolları" QSC-nin idarəçiliyinə verilməsi ilə bağlı müqaviləyə, ən geci 2038-ci ildə xitam verilə bilər. Ermənistanın elektrik sektoruna gəldikdə isə, xatırladım ki, "Ermənistan Elektrik Şəbəkələri" QSC-nin səhmlərinin 100%-i 2015-ci ilin sentyabrından "Tashir Group"un nəzarətindədir. Sahibi Samvel Karapetyan olan "Tashir Group" Rusiya şirkətidir və əsas aktivləri, məhz Rusiyada yerləşir. Forbes-in məlumatına görə, Karapetyanın şirkəti Rusiyada 830 min kvadratmetr pərakəndə satış, 61 min kvadratmetr ofis daşınmaz əmlakı, ticarət və əyləncə mərkəzləri şəbəkəsi də daxil olmaqla 33 ticarət mərkəzinin sahibidir. Yəni erməni olsa da, "noxtası" Rusiyanın əlindədir. Çünki Ermənistan elektrik şəbəkələrindən qazandığı vəsait, ən yaxşı halda, Karapetyanın təkcə Rusiyadakı əmlakının icarəyə verilməsindən qazandığı pulların 8%-ni təşkil edir. Ermənistanın qaz nəqli sisteminə gəldikdə isə, buraya 1682,2 km-lik qaz kəmərləri və qaz qolları daxildir. Ermənistanda dövlətlərarası boru kəmərləri və respublikadaxili təbii qaz paylayıcı şəbəkəsinin səhmlərinin 100%-i Rusiya "Qazprom"unun törəmə müəssisəsi olan olan "Qazprom Ermənistan" şirkətinə məxsusdur. Bu sıraya heç bir təbii resursu və sənaye potensialı olmayan Ermənistanın 2024-cü ildə Rusiya ilə ticarət dövriyyəsinin 14 milyard ABŞ dolları təşkil etdiyini nəzərə alsaq, mənzərə tam aydın olur. Hazırda Ermənistanın yuxarıda sadaladıqlarımın əvəzlənməsi və alternativlərinin tapılması istiqamətində heç bir addım atmadığını nəzərə alsaq, bu ölkənin Rusiyanın real nəzarətindən çıxmadığını söyləyə bilərik".
Elçin Mirzəbəylinin sözlərinə görə, müharibənin başa çatması Rusiyanın güclənəcəyi anlamına gəlmir:
"Hərbi əməliyyatların gedişatı zamanı görünməyən və yaxud nəzərə çarpmasına imkan verilməyən problemlər bir qayda olaraq müharibədən sonra daha qabarıq nəzərə çarpır. Əgər müharibə başa çatarsa, Rusiyanın iqtisadi və hərbi potensialının bərpası üçün kifayət qədər böyük zamana ehtiyac duyulacaq. Bununla yanaşı, tətbiq olunan sanksiyaların siyahısının getdikcə genişləndiyini, ABŞ-Çin, ABŞ-İran qarşıdurmasının da Rusiyaya təsir göstərəcəyini və digər faktorları da nəzərə alsaq, şimal qonşumuzun təkcə zamana deyil, həm də ciddi iqtisadi islahatlara ehtiyacı olduğunu söyləyə bilərik. Bununla bərabər çox mühüm bir amili də nəzərə almaq lazımdır. Nədənsə hansısa regional və ya qlobal güc haqqında danışılanda, yalnız onun nə edə biləcəyi haqqında proqnozlar verilir. Amma Avrasiyada, o cümlədən sözügedən geosiyasi məkanın strateji hissələrindən biri olan Cənubi Qafqazda çoxsaylı aktorlar var. Bu aktorlar, bölgəyə ənənəvi olmayan aktorların gəlməməsində maraq sərgiləsələr da, hazırda mövcud reallıqların Rusiyanın arzu və istəklərinə uyğun dəyişməsində də maraqlı deyillər".
Vəli Həsənoğlu,
KONKRET.az

Siyasi       Tarix: 20 fevral 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütü

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber.az bu gun son xeber.az en son xeberler cəbhədən son xəbərlər