Ülvi Quliyev: "Qələbəmizi təmin edən 44 gün

Ülvi Quliyev: "Qələbəmizi təmin edən 44 günÜlvi Quliyev: "Qələbəmizi təmin edən 44 gün"
"44 günlük Vətən müharibəsi danışıqların 30 ilə yaxın müddətə uzanmasının səbəblərinə,ermənilərin imitasiya oyunlarına nədən göz yumulduğuna, bu illərin ermənilərlə yanaşı, daha kimlərin marağına xidmət etdiyinə aydınlıq gətirdi. Hər birimiz onun şahidi olduq ki, BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsinin icrasının təmin edilməsində ermənilərlə yanaşı, çoxları maraqlı deyildi. Təəssüf ki, bu mənzərə gözlərimiz önündə cərəyan edən acı reallıq idi. Başqa sözlə, 44 günlük Vətən müharibəsi olmasaydı, həmin qətnamələr uzun onilliklər ərzində bundan sonra da kağız üzərində qalacaqdı. Xalqımızı gözləyən ümidsiz və əlacsız görünən perspektiv yalnız bundan ibarət idi".
Bu fikir Milli Məclisin deputatı Ülvi Quliyevə aiddir. 
Millət vəkili bildirib ki, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusu BMT və vasitəçi dövlətlərin əvəzinə, bu qətnamələrin icrasını, tarixi ədaləti və beynəlxalq hüququ faktiki təkbaşına təmin etdi.
Allahdan şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyən Ü.Quliyev əlavə edib:
"44 günlük Vətən müharibəsi dövründə dövlətimizin başçısı  dəfələrlə xalqımıza müraciət etdi. Bu müraciətlər şəxsən mənim hafizəmə həm də onunla həkk olundu ki, cənab Prezident hər dəfə öz xalqı ilə, hər birimizlə açıq və səmimi danışdı, o cümlədən hərbi uğurlara dövlətimizin hansı xarici siyasi təzyiqlər altında imza atdığını açıq şəkildə bəyan etdi.
Həmin təzyiqlərin gəldiyi siyasi ünvanların dəstəyi erməniləri şirnikləndirib, daha da azğınlaşdırmışdı. Düşmən öz xoşu ilə bir qarış torpağımızı da qaytarmaq fikrində deyildi. Çünki dəmir yumruğun, qətiyyətli Lider iradəsinin və ümumxalq birliyinin hansı güc demək olduğunu indiyədək görməmişdi.
Hər birimiz əyani şəkildə onun da şahidi olduq ki, informasiya savaşında belə, düşmən tək deyil. Haqq, ədalət və beynəlxalq hüquq tərəfimizdə ola-ola, hətta demokratik dünyanı təmsil edən media qurumlarının əksəriyyəti işğalçı Ermənistana informasiya dəstəyi göstərir və ermənilərdən məzlum, təqib olunan, guya öz torpağından qovulan toplum imici formalaşdırırdı.
44 gün davam edən Vətən müharibəsi sübut etdi ki, düşmənin silahlı birləşmələri qarşısında cənab İlham Əliyevin sərkərdəsi olduğu güclü Azərbaycan Ordusu dayandığı kimi, informasiya savaşının önündə dayanan və haqq sözümüzü qətiyyətlə dünyaya çatdıran da Prezidentimizin şəxsən özü oldu".
Millət vəkili qeyd edib ki, yaşadığımız bu böyük tarix Prezident İlham Əliyevin siyasi iradəsinin, ordu quruculuğuna bu illər ərzində sərf etdiyi gərgin əməyin və qəlblərdə vətənpərvərlik ruhunun yaşadılmasının nəticəsidir:
"Tarixi uğurumuz Azərbaycan dövlətinin ortaya qoyduğu hərbi gücün, Prezident və Xalq birliyinin, ümummilli məsələlərdə birləşə bilməyimizin və qardaş Türkiyənin, eləcə də digər dost ölkələrin göstərdikləri siyasi-mənəvi dəstəyin nəticəsidir.
30 ildən sonra əhalimizin onda biri öz Vətənində məcburi köçkün vəziyyətində yaşamağın mənəvi acısından  xilas olur. İnsanlarımızın tarixi torpaqlarımıza bu torpaqların əsl sahibi kimi qayıda bilmək, öz elində-obasında yaşamaq, dədə-baba qəbrlərini ziyarət etmək kimi xəyalları gerçəkləşir.
Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə quru yolla birləşdirmək kimi tarixi bir addıma şahidlik edirik. Bu, təkcə ölkəmizin deyil, bütövlükdə Türk dünyasının zəfəridir, region dövlətlərinin maraqlarının məhz Azərbaycan üzərində təmərküzləşdirilməsi deməkdir. Prezident İlham Əliyev noyabrın 10-da Rusiya Prezidenti Vladimir Putinlə  videoformat görüşünün dördüncü dəqiqəsində açıq şəkildə bəyan etdi ki, Türkiyənin bundan sonra münaqişə zonasına nəzarətdə iştirakı mütləqdir.
Qardaş Türkiyənin yüksək səviyyəli rəsmilərinin ölkəmizə səfərlərinin son bir həftə ərzində daha intensiv xarakter aldığını hər birimizin müşahidə etmək imkanı var. Dünyanın türkfobiya, islamofobiya xəstəliyinə tutulduğu bir zamanda, müşahidə etdiyimiz bu səfərlərin arxasında baş verənlərin dilə gətirilməməsinə hörmət və anlayışla yanaşmağı, münasibətlərimizi ,əldə olunan tarixi zəfər və birliyimizi kənar təhdidlərdən qorumağı, nəhayət ki, bacarmalıyıq.
Gəlin, məğlub etdiyimiz Ermənistanda yaşanan məğlub olunmuşların ab-havasından, bir-birilərini aşağılayıb  təhqir etmə səhnələrindən zövq alaq, haqq etdiyimiz Qələbənin dadını çıxaraq.
28 ildən sonra, qalib Xalq olaraq Şuşa ucalığında duruşumuzla, Milli Qürur hissimizi qorumağımızla fəxr etməyə,qürur duymağa haqqımız var. Bu hissi bizə yaşadan Ali Baş Komandanımıza və Ordumuza, Azərbaycan Xalqına, Azərbaycanı sevənlərə və ona xidmət edənlərə eşq olsun!" /oxu.az

Siyasi       Tarix: 11 noyabr 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi


son xeberler yeni xeberler azerbaycan xeberleri son.xeber cəbhədən canlı sonxabar az axsam az xeberler