Unibank 3-cü rübü də mənfəətlə başa vurdu

Unibank 3-cü rübü də mənfəətlə başa vurdu"Unibank" KB ASC 2021-ci ilin ilk 9 ayının maliyyə nəticələrini açıqlayıb.
Azxeber.com xəbər verir ki, 30 sentyabr 2021-ci il tarixinə Bankın əməliyyat gəlirləri 116 milyon manat təşkil edib. İlin ilk 9 ayında qazanılmış faiz gəlirləri 87 milyon manat, qeyri-faiz gəlirləri isə 29 milyon manat olub. Xüsusi vurğulamaq lazımdır ki, Bankın qeyri-faiz gəlirləri ötən ilin uyğun dövrü ilə müqayisədə 48% artıb.
"Unibank"ın depozit portfeli də ilin ilk 9 ayı ərzində böyüyüb. Müddətli depozitlər ilin əvvəlindən 119 mln artaraq, 30 sentyabr 2021-ci il tarixinə 453 milyon manat təşkil edib. Ölkədə nağdsız ödənişlərin və elektron ticarətin inkişafına daim dəstək verən Unibank, bu sahəyə öz töhfəsini verib. 9 ay ərzində dövriyyədə olan plastik kartların sayı nəzərəçarpacaq dərəcədə artıb. İlin əvvəli ilə müqayisədə təkcə Visa və Mastercard debet kartları 53% artaraq 421 mini keçib.
Bu ilin əvvəlindən etibarən Bank ölkə iqtisadiyyatının maliyyə vəsaiti ilə təminatında aktiv iştirakını davam etdirib. Hesabat dövründə Bankın kredit portfeli böyüyüb. İlin əvvəli ilə müqayisədə "Unibank"ın ümumi kredit portfelinin həcmi 160 milyon manata yaxın- 28% artıb.
Hər zaman olduğu kimi bu il də biznesin kreditləşməsi Unibank üçün prioritetlər sırasında olub. Ötən dövrdə xüsusən biznesin kreditləşməsinə diqqət artırılıb. O cümlədən real sektora, kiçik, orta sahibkarlığa verilən kreditlərin həcmi bu ilin əvvəlindən 29% artıb. İlin əvvəlindən hesabat dövrünədək biznes sektoruna ayrılmış kreditlərin məbləği 45 milyon manat təşkil edib.
Bankın dinamik inkişafı əsas maliyyə göstəricilərinin artımında da özünü göstərib. Maliyyə nəticələrinə əsasən, ilin əvvəlindən bu yana "Unibank"ın aktivlərinın həcmində 18% artım qeydə alınıb. Bununla da hesabat dövrünə bankın cəmi aktivləri 961 milyon manat təşkil edib. Hesabat dövrünün sonuna bankın balans kapitalı 98 milyon manata çatıb, xalis mənfəəti isə 4 milyon manat təşkil edib.
Ölkə əhalisinə məsafədən bank xidmətinin göstərilməsini daha da zəruri edən bir dövrdə "Unibank"ın UBank tətbiqinin istifadəçilərinin sayı da artmaqdadır. Təkcə bu ilin əvvəlindən UBank-da qeydiyyatdan keçənlərin sayı 46% artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin üçüncü rübündə mobil tətbiq vasitəsilə aparılan kartla əməliyyat dövriyyəsi 15%, say olaraq isə 63% artıb.
Üçüncü rüb ərzində Unibank ölkədə ilk rəqəmsal bank olan "Leobank"ı istifadəyə verib. Leobank «mobile-only» (filialsız bank) prinsipinə uyğun olaraq yaradılmışdır. Azərbaycanda nağdsız ödənişlərin inkişafına daha da təkan vermək, müştəriləri bütün bank məhsul və xidmətləri ilə rəqəmsal formada təmin edən Leobank istifadəçilərinin sayı günü gündən artmaqdadır.
Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. 29 illik mövcudluğu dövründə uğurlu kommersiya fəaliyyəti və sosial
layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.
Unibank-Sənin Bankın!

İqtisadiyyat       Tarix: 26 oktyabr 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Qızıl ucuzlaşdı - Yeni qiymətlər

Qızıl bazarında qiymət dəyişikliyi müşahidə edilib. . Bir sıra əyarlı qızılların qiymətində kəskin ucuzlaşma baş verib. Ucuzlaşmanın qeydə alındığı qızıl növlərinin yeni qiymətlərini təqdim edirik:. 583 əyar: 125 AZN-də

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

"Crystal Group of Companies" ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi

Son günlər bəzi media resurslarında "Crystal Group of Companies" ASC-nin külli miqdarda vergi borcunun olması ilə bağlı həqiqətə uyğun olmayan məlumatların yayılması şirkətin etirazına səbəb olub. "Crysta

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellek

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Birbank-dan "Yığ və qazan" lotereyası: 507 qalib pul mükafatı qazanacaq

Birbank Yığım hesabı olan müştəriləri üçün "Yığ və qazan" lotereyasına start verir. 8 oktyabr 2026-cı il 8 yanvar 2027-ci il tarixlərini əhatə edən lotereya çərçivəsində 3 tiraj üzrə ümumilikdə 507 qalib müəyyə

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən ən son xəbərlər hava durumu son xeberler az sonxeber az