Unibank Frontclear və TCX ilə növbəti valyuta hedcinq sazişi imzalayıb

Unibank Frontclear və TCX ilə növbəti valyuta hedcinq sazişi imzalayıbFrontclear Unibank KB ilə AZN/USD -də çatdırılmayan kross-valyuta svop (NDCCS) sazişini təşkil edib və strukturlaşdırıb. Bu saziş "Unibank"ın ABŞ dolları üzrə öhdəliklərini effektiv şəkildə manat öhdəliyinə çevirmək imkanı yaradır, bu isə bankın müştərilərinin milli valyutada maliyyələşdirilməsi imkanlarını daha da artıracaq.
NDCCS əməliyyatı Baş ISDA Müqaviləsinə əsasən sənədləşdirilib. Frontclear-ın sövdələşməni səmərəli təşkili və strukturlaşdırması ilə Azərbaycanda ləğvetmə nettinqi ilə əlaqəli olan bəzi hüquqi məsələlərə də aydınlıq gətirildi.  
"Biz Azərbaycanda daha bir ISDA törəmə əməliyyatını həyata keçirməkdən və Azərbaycanın pul bazarlarının inkişafını daha da irəli aparmaqdan məmnunuq. Bu sövdələşmə dünya bazarlarında oyunçuların Azərbaycan bazarına çıxış imkanlarını genişləndirir və ölkədə bu cür əməliyyatların hüquqi risklərini azaldır. Bizim iştirakımız Azərbaycanda bu istiqamətdə ən yaxşı təcrübələri təbliğ edir". – Andrey Şinkeviç, "Frontclear"ın baş vitse-prezidenti
Unibank KB-nin İdarə Heyətinin sədri Faiq Hüseynov isə hesab edir ki, Frontclear və TCX kimi mötəbər təşkilatlarla əməkdaşlıq, bankın müştəriləri üçün yeni imkanlar yaradacaq: "Biz çox şadıq ki, NDCCS əməliyyatı "Unibank"ın strategiyasında mühüm hədəflərdən biri olan yerli biznesin maliyyələşdirilməsi üçün yeni fürsətlər açır. Bu müqavilə korporativ müştərilərimizi ucuz və aşağı riskli maliyyə resursları ilə təmin etmək üçün daha çox imkanlar yaradacaq. Beləliklə, Unibank real iqtisadiyyatın inkişafına dəstəyini daha da artıra biləcək".
"Biz Frontclear ilə əməkdaşlıqdan məmnunuq, çünki TCX-yə "Unibank"ın öz ABŞ dolları öhdəliklərini AZN-ə dəyişdirmək yolunu təklif etmək imkanı yaradıb. Bu təklif "Unibank"a öz müştərilərinin milli valyutada maliyyələşdirilməsi tələbini ödəməyə imkan verir. Frontclear kredit və hüquqi riskləri əhatə etdiyi üçün TCX də bu tərəfdaşlığın benefisiarıdır. Hal-hazırda TCX-nin qarşısında Fondun uzunmüddətli münasibətlərinə xidmət edən, gələcəkdə daha rahatlıqla birbaşa əlaqələrə girməsi və  tərəfdaşlarla birbaşa əlaqələr qurmaq üçün imkanlar açılır.– Jerome Pirouz, strukturlaşdırma üzrə baş vitse-prezident, TCX 
Frontclear haqqında
Frontclear Amsterdam yerləşən maliyyə inkişaf inistutudur. Frontclear Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Hollandiyanın FMO inkişaf bankı, Financial Sector Deepening Africa (FSDA), Fransız İnkişaf Bankı Proparco, Valyuta Mübadilə Fondu (TCX) daxil olmaqla, Avropa inkişaf maliyyə institutları, Böyük Britaniyanın Xarici İşlər, Birlik və İnkişaf Ofisi (FCDO) və Almaniya İnkişaf Əməkdaşlıq Nazirliyi (BMZ) tərəfindən maliyyələşdirilir. Frontclear-ın zəmanətləri AAA reytinqli Alman İnkişaf Bankı olan KfW tərəfindən əks-zəmanət verilir. Frontclear-ın inkişaf mandatı qarşı tərəfin kredit riskini ödəmək üçün maliyyə zəmanətlərinin təmin edilməsi yolu ilə inkişaf etməkdə olan və sərhəd bazarlarında daha sabit və inklüziv maliyyə bazarlarını katalizləşdirməyə yönəlib. "Frontclear" həmçinin maliyyə infrastrukturunun, hüquqi mühitin, habelə yerli bazar iştirakçılarının bacarıq və potensialının inkişafı üçün texniki yardım təklif edir. "Frontclear" haqqında ətraflı məlumatı  səhifəsindən ala bilərsiniz.
Unibank haqqında
Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Azərbaycanın iri özəl banklarından biridir. Bank paytaxtda və regionlarda geniş xidmət şəbəkəsinə malikdir. 30 ildir fəaliyyət göstərən Unibank, 1 milyondan çox fərdi və korporativ müştəriyə xidmət göstərir. Unibank uğurlu kommersiya fəaliyyətinə və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.  Bank haqqında ətraflı səhifəsindən öyrənə bilərsiniz. 
TCX haqqında
TCX bu cür məhsulların mövcud olmadığı və ya əlçatan olmayan 100-dən çox maliyyə bazarında uzunmüddətli valyuta svopları və forvard təklifləri təklif edən qlobal inkişaf maliyyə təşəbbüsüdür. Fond 2007-ci ildə fəaliyyətə başlayıb və o vaxtdan bəri 11 milyard ABŞ dollarından çox yerli valyuta kreditləri üçün hedcinq alətləri təqdim edib. 2021-ci ilin sonuna fondun portfeli 1,2 milyard ABŞ dolları fondun kapitalı ilə dəstəklənən 55 valyutada yayılmış 5 milyard ABŞ dolları təşkil etmişdir. TCX S&P tərəfindən tək A və Moodys tərəfindən A1 olaraq qiymətləndirilib.

İqtisadiyyat       Tarix: 06 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR

Bu ilin 22–24 oktyabr tarixlərində Quba Palace Hotel-in nəzdində fəaliyyət göstərən Azərbaycan Milli Qolf Klubunda TURAN CUP silsiləsindən olan növbəti beynəlxalq qolf turniri keçirilib. xəbər verir ki, TURAN CUP 2026 Beynəlxal

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Qızıl ucuzlaşdı - Yeni qiymətlər

Qızıl bazarında qiymət dəyişikliyi müşahidə edilib. . Bir sıra əyarlı qızılların qiymətində kəskin ucuzlaşma baş verib. Ucuzlaşmanın qeydə alındığı qızıl növlərinin yeni qiymətlərini təqdim edirik:. 583 əyar: 125 AZN-də

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl


son xeberler azerbaycan xeberleri yeni xeberler sou xeberler xankendi son xeberler bugun cəbhədən son görüntülər