Unibank kapitallaşmanı uğurla başa çatdırdı

Unibank kapitallaşmanı uğurla başa çatdırdıUnibank bu il üçün nəzərdə tutulan kapitallaşma proqramını uğurla başa çatdırıb.
Azxeber.com xəbər verir ki, səhmdarların qərarı ilə həyata keçirilən kapitallaşma prosesinin yekunlaşması nəticəsində, Bankın məcmu kapitalı ümumilikdə 30 milyon manatdan çox artıb. Kapitallaşma proqramı iki komponentdən ibarət idi:
-Subordinasiya borcunun cəlb olunması yolu ilə
-Əlavə səhm buraxılışı ilə
Hər iki komponent üzrə nəzərdə tutulan kapital artımı müvəffəqiyyətlə icra edilib. Subordinasiya borcunun cəlb olunması istiqaməti üzrə "Unibank" Kommersiya Bankı tərəfindən 15 milyon ABŞ dolları məbləğində istiqraz buraxılışı həyata keçirilib. Hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 15 000 ədəd istiqrazın satışından Bank 25,5 milyon manat vəsait əldə edib. Bu proses oktyabrda yekunlaşıb.
Kapitallaşmanın ikinci mərhələsi olan əlavə səhm buraxılışı və bu səhmlərin yerləşdirilməsi isə ötən həftə uğurla başa çatdırılıb. Bakı Fond Birjasında hər birinin nominal dəyəri 2,72 manat olan, ümumi dəyəri 5 000 001.92 manat məbləğində, 1 838 236 ədəd sənədsiz səhmlərinin yerləşdirilməsi ilə "Unibank"ın nizamnamə kapitalı 5 milyon manat artıb. Beləliklə də Bank birinci mərhələdə 25,5 milyon manat, ikinci mərhələdə isə 5 milyon manat cəlb etməklə, məcmu kapitalını ümumilikdə 30 milyon manatdan çox artırıb. Kapitallaşmanın başa çatması nəticəsində Bankın məcmu kapitalı 111 milyon manata, nizamnamə kapitalı isə 130 686 357,60 manata çatıb.
Bankın uğurlu inkişafının və müştəri bazasının artmasının nəticəsi olaraq, aktivlərin həcmi 1 milyard manatı ötüb. Kapitalın artımı bu trendin gələn il də davam etməsinə imkan yaradır.
Kapitallaşmanın artırılması bankın uğurlu inkişafını dəstəkləmək, sahibkarlıq subyektlərinin maliyyələşmə imkanlarını artırmaq, müştərilərə yeni məhsul və xidmətlərin təqdim edilməsinə xidmət edir.
Unibank- Sənin Bankın!

İqtisadiyyat       Tarix: 30 dekabr 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

"Crystal Group of Companies" ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi

Son günlər bəzi media resurslarında "Crystal Group of Companies" ASC-nin külli miqdarda vergi borcunun olması ilə bağlı həqiqətə uyğun olmayan məlumatların yayılması şirkətin etirazına səbəb olub. "Crysta

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka


azerbaycan xeberleri yeni xeberler son xeberler ən son xeberler meherremlik 2026 cəbhədən son vəziyyət xeber.az