Unibank özünüməşğulluq layihəsində daha 3 ailəyə dəstək oldu
Unibank özünüməşğulluq layihəsi çərçivəsində şəhid və qazi ailələrinin şəxsi bizneslərinin yaradılması prosesində iştirak edir.
Azxeber.com xəbər verir ki, bu günlərdə daha üç ailəyə Unibank tərəfindən belə dəstək göstərilib. Şəmkirdə yaşayan şəhid ailələri Zabit Məmmədova və İlqar Məmmədova, Bərdə sakini, Aprel döyüşlərinin qazisi Vasif Babayevə Unibank tərəfindən heyvandarlıq paketləri hədiyyə edilib.
Qeyd edək ki, Unibank ötən ildən həssas əhali qruplarının özünüməşğulluq proqramına qoşulub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində banklar şəxsi biznesini qurmaq istəyən həssas əhali qruplarını öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edir. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmalarına və yaxud mövcud bizneslərini inkişaf etdirmələrinə dəstək olmaqdır.
Korporativ sosial məsuliyyət "Unibank"ın fəaliyyətində əsas istiqamətlərdən biridir. Bank 2018-ci ilin əvvəllərində Azərbaycan bank sektorunda ən böyük Korporativ Sosial Məsuliyyət layihələrdən birinə imza atıb. 2018-ci ilin mart ayından etibarən bank Güllə atıcılığı üzrə milli paralimpiya komandasının rəsmi dəstəkçisidir. Ötən il və bu il isə Bank şəhid ailələri ilə bağlı sosial layihələrə xüsusilə diqqət yetirir.
Unibank-Sənin bankın!



Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar