Ürəyi qorumaq üçün nə etməliyik?
Türkiyəli kardioloq, professor Bilal Boztosun 29 sentyabr Dünya Ürək Günündə bu orqanı qorumağın əsas yollarını sadalayıb.
KONKRET.az oxu.az-a istinadən bildirir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Həkim ürək sağlamlığının qorunmasında yeriməyin əhəmiyyətini vurğulayıb.
"Gün ərzində çox gəzməliyik. Çəkimizə də diqqət etməliyik. Çəkimizi normallaşdıraq ki, sağlam şəkildə qocalaq", – deyə professor bildirib.
Qəlbin qədrini bilmək lazım olduğunu deyən Boztosun ürəyi qorumağın ən mühüm yollarının xolesterola, şəkərə, təzyiqə və stresə diqqət yetirmək, həmçinin tütündən uzaq durmaq olduğunu qeyd edib.
"Bədənimizdəki bir çox orqanlar cütdür. Amma ürəyimiz təkdir. Onu çox yaxşı qorumalıyıq. Bunun üçün ən vacib yol xolesterola diqqət yetirməkdir. Şəkər və təzyiqimizə nəzarət etməliyik. Stresdən və tütün məmulatlarının istifadəsindən uzaq durmalıyıq. Hamımız bilirik ki, qabaqcıl texnologiyalara baxmayaraq, dünyada ən çox yayılmış ölüm səbəbi təəssüf ki, ürək-damar xəstəlikləridir. Burada ən önəmlisi odur ki, əgər ailədə genetik ürək xəstəliyi varsa, şikayətiniz olub-olmamasından asılı olmayaraq, müayinələrdən yayınmayın. Hər altı aydan bir və ya hər il müayinədən keçin", – həkim tövsiyə edib.
Xidmetler [newsid: 0-123300]

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyənin deputatları ilə görüşdü
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək