"Uşaq-muşağa fəxri ad, bizə isə işgəncə verib sənətdən küsdürürlər, günahdır, utanmırsınız?

"Deyəcəyəm aparıcılara bu gündən məni efirdə fəxri adımla təqdim etməsinlər, çünki utanıram. Məni daha həyatda təəccübləndirən bir şey yoxdur, heç nəyin marağı yoxdur mənim üçün. Xalq artisti fəxri adı mənim haqqım idi, mən toydan səhnəyə gəlməmişəm, lazım olanda səhnədən toya getmişəm. Sırf toy müğənnisi olmamışam. Getdiyim toylar dönüb konsert olub. Mən görən sənətkarları daha heç kim görə bilməyəcək. Onlar artıq gəlib-getdilər. Nazirlərin ailələrindəki toyların 99 faizini mənimlə Akif İslamzadə oxuyub. Bilmirəm ki, niyə məni görmürlər?! Tələbələrim xalq artistidir, mən isə əməkdar. Bu nə dərəcədə doğrudur? Mən heç vaxt ad-san üçün, villa üçün, bər-bəzəkli donlar üçün oxumamışam"
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist, sevilən müğənni Firuzə İbadova deyib. O daha sonra əlavə edib.
"Kimin adamı varsa fəxri adı da o alır. Fəxri ad almaq üçün oxumaq lazım deyil, elə ağzını aç, yum sənə ad verəcəklər. Zəmanə açıq-saçıq geyinən, səhnə mədəniyyəti bilməyənlərindir. Mən nə telefonlara baxmıram, nə də sosial şəbəkələrə. Bu gün mənə dedilər ki, jurnalist Vüqar İmanov sənin haqda bir status yazıb ki, Firuzə İbadova çoxdan xalq artisti olmalı idi. Mənim o şəxsə çox böyük hörmətim var. Ona deyin ki, öpürəm əllərindən. Sevənlərim ildən-ilə artır, bunu mən dana bilmərəm. Necə asan oldu əməkdar artist, xalq artisti fəxri adlarını almaq?! Azərbaycan dilində təmiz danışa bilməyən adama əməkdar artist fəxri adı verirsiniz! Utanmırsınız? Niyə bunlara nəzarət edən yoxdur? Dəfələrlə prezidentə məktub yazmışam, heç biri gedib ünvana çatmayıb. Bizim məktublarımızı prezidentdən gizlədirlər, bilmirəm məqsədləri nədir?! Bu dünyanın gedişinə məəttəl qalmışam! Yerimiz səhv düşüb, bundan böyük faciə ola bilməz! Röya Ayxan bir dəfə canlı efirdə dedi ki, Firuzə İbadova mənimlə üz-üzə gələndə mən çaşıram, utanıram. Çünki o zaman Röya da əməkdar artist fəxri adını almışdı. Mənim indi 67 yaşım var, toya gedən vaxtımdır? Yaxşı, bəs toya getməsəm necə dolanaram? Bir deputatımız da tutub milyonluq bağımı əlimdən aldı. 30 kvadratlıq evdə necə yaşayıramsa, bunu bir Allah bilir. İndinin özündə də əziyyət çəkirəm! İştirak etmədiyim dövlət tədbiri, kolxoz, sovxoz qalmayıb. İsti-soyuq bilmədən kənd bə kənd gəzib dolanmışıq, insanların üzündə təbəssüm yaratmışıq. Biz gedib əziyyət çəkməliyik, onlar da uşaq-muşağa ad verməlidirlər? Vallah ayıbdır, günahdır! Allah göydən baxır!. Olmayan işgəncələri verib bizi sənətdən küsdürdülər" deyə əməkdar artist bildirib.

Şou Biznes       Tarix: 18 oktyabr 2021
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Heyli Biber hamilədir? - Foto

Dünyaca məşhur model Heyli Biberin ikinci dəfə ana olacağı ilə bağlı iddialar yayılıb. Paparatsilərin Los-Ancelesdə gəzinti zamanı lentə aldığı fotolar modelin hamilə olması ehtimalını gündəmə gətirib. Heylinin qarın nahiyəsini

Yenidən məhkəmədə üz-üzə gələcəklər

Dünyaca məşhur müğənni Şakira və "Barselona"nın sabiq futbolçusu Jerar Pike oğlanları ilə görüş qaydalarını müzakirə etmək üçün yenidən Barselona məhkəməsində üz-üzə gələcəklər. "EL PAÍS" nəşri xəbər veri

Karyerasındakı prinsipləri açıqladı - "Açıq-saçıq geyinmirəm

Türkiyəli məşhur aktrisa Eda Ece evləndikdən və ana olduqdan sonra karyerasında daha seçici davrandığını açıqlayıb. Tanınmış jurnalist Fatih Altaylının verilişində qonaq olan aktrisa rol aldığı layihələrdə öpüşmə səhnələrind

Narkobaronla dava etdi deyə başqa yerə köçürüldü

"P.Diddy" kimi tanınan amerikalı reper Şon Kombs Nyu-Cersidəki həbsxanadan Pensilvaniyadakı Allenvud Federal İslah Müəssisəsinə köçürülüb. Bu barədə TMZ nəşri məlumat yayıb. Nəşr yazır ki, Allenvud həbsxanasınd

Evini 3,2 milyona satır - Fotolar

Amerikalı aktyor Ceyk Conson Los-Ancelesdəki evini satışa çıxarıb. "Yeni qız" ("New Girl") serialındakı Nik Miller obrazı ilə tanınan 48 yaşlı aktyorun müasir üslubda dizayn edilmiş evi 3 milyon 295 mi

25 il sonra yenidən "Mumiya"da - Foto

Amerikalı aktyor Brendan Freyzer illər sonra "Mumiya" filmindəki "Rik O"Konnell" obrazına qayıdıb. Bu barədə "People" nəşri məlumat yayıb. 57 yaşlı aktyor filmin dördüncü hissəsinin çəkilişlər

"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayım açaraq izləyicilərinin suallarını cavablandırıb. xəbər verir ki, aparıcı "Günaydın, Azərbaycan" verilişindən ayrılma səbəbini açıqlayıb. X.Hidayətqızı bildiri

Məşhur müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü

Türkiyəli müğənni Atilla Taşın qızı Sezen Taş Mersində binanın 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirib. Hadisə səhər saatlarında Erdemli rayonunun Çeşməli məhəlləsində yerləşən "Liparis 5" yaşayış kompleksind

Ölən qızı 11 ay əvvəl boşanıbmış

Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvə


azerbaycan xeberleri son xeberler yeni xeberler xəbər az apa.az xeberler metbuat axsam.az xeberler