Uşaqla videosu yayılan stomatoloq DANIŞDI: 'Mən həkim olmasam belə...' - VİDEO

Uşaqla videosu yayılan stomatoloq DANIŞDI: 'Mən həkim olmasam belə...' - VİDEOSosial şəbəkələrdə izlənmə rekordu qıran videodan yəqin ki, çoxlarının xəbəri var. Bəli, söhbət balaca oğlan uşağı ilə stomatoloqun maraqlı söhbətindən gedir.
Azxeber.com xəbər verir ki, paylaşılan videogörüntülərdə uşağın həkimdən qorxduğu və ondan dişini çəkməməsini xahiş etdiyi görünür.
Lakin videonun sonunda həkimin balacanın dişini çəkib-çəkmədiyi bilinmir.
Oxu.az-ın əməkdaşı sözügedən video ilə qısa müddətdə sosial şəbəkələrdə fenomenə çevrilən həkim-stomatoloq Fərman Əliyevlə əlaqə saxlayıb.
Həkim Quba rayonunda fəaliyyət göstərən tibb müəssisələrindən birində çalışır. Həmin balaca oğlanın isə adı Babadır.
F.Əliyev deyir ki, hər kəs bu balacanın Moti deyə çağırır:
"Uşaq həm də uzaqdan-uzağa bizə qohum düşür. Qubanın dağ kəndi olan Söhüb kəndindəndir. Dekabrın 27-də gəlmişdi yanıma. Daimi pasiyentimdir. Uşaq çox hazırcavab, sərbəst uşaqdı. Gələndən deyirdi dişimi çəkmə. Mənim özümə də maraqlı oldu, onunla dialoqumuzu telefonla çəkdim. Bəziləri elə bilir videonu anası çəkir, amma xeyr. Mən özüm çəkmişəm. Uşaq çox qorxurdu deyə, onun fikrini yayındırmağa çalışırdım ki, narahat olmasın".
Həkim deyir ki, bu videonun sosial şəbəkələrə düşəcəyi və bu qədər sürətlə tirajlanacağını düşünməyib:
"Mən videonu çəkmişdim ki, evdə uşaqlara da göstərərəm. Ümumiyyətlə, uşaqları çox sevirəm. Elə öz uşaqlarımla da belə maraqlı videolar çəkirəm. Bu videonu "Whatsapp" hesabında "story" bölməsinə qoydum. Telefonumda olan 200-ə yaxın pasiyent, yoldaşlar, tanışlar hamısı bu uşaqla maraqlandı, videonu istədilər. Bir də gördüm ki, hamı deyir ki, nə şirin uşaqdı.
Mən paylaşandan bir saat keçməmiş hamı mənə yazdı ki, məşhur olmusan. El arasında desək, hamı dedi ki, "bərk gedən səhifələrdə" videomuz yayılıb. Bloqerlər yazdı ki, icazə verin paylaşaq. Belə-belə video kütləvi şəkildə yayıldı. Mən həkim olmasam belə, uşaqları sevərdim. Bu, mənim təbiətimdən irəli gəlir. Moti artıq fenomen oldu. Mən heç, həkiməm və işimi görmüşəm. Qeyri-adi bir şey etməmişəm".
Sözügedən video barəsində müsbət rəylərə yanaşı, bir sıra psixoloqlar mənfi rəylər də yazıb. Bir qrup insanın videodan sonra həkimə "uşağa yalan danışmaq olmaz" deyərək irad tutması da diqqətdən qaçmadı.
F.Əliyev pasiyenti ilə dialoqunu psixoloji cəhətdən doğru qəbul etməyənlərə də münasit bildirib:
"Hamısını olmasa da, videoya gələn rəylərin bəzilərini oxumuşam. Bəzi psixoloqlar mənə irad tutur ki, uşağa yalan danışır, bu, düzgün deyil və s. Açığı, çox vaxtım olmur hər bir kəsin rəyini oxuyum, amma 99 faiz müsbət rəy yazıb. Amma dəxli oldu-olmadı mənfi rəy yazanlar da var. Heç bir uşaq qorxa-qorxa ona "mən sənin dişini çəkəcəm" deyib işinizi görə bilməzsiniz. Mənim iş prinsipim budur, effekt də verir. Mən orda uşaqla dialoq qurub, onun məndən qorxmaması üçün çalışıram".
Əsas məsələ 6 yaşlı Motinin dişinin çəkilib-çəkilməməsidir ki, həkim deyir ki, sonda hər şey elə Motinin dediyi kimi olub:
"Rəylərdə hamı soruşur ki, uşağın dişini çəkdiniz, yoxsa yox? Xeyr, dişini çəkmədim. Elə Motinin dediyi oldu, dərman, pambıq qoyub, yola saldım, getdi (gülür)".

Sosial       Tarix: 31 dekabr 2021
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir


yeni xeberler son xeberler azerbaycan xeberleri sou xeberler bugun xəbər.az sonxeber ən son xəbər