Uşaqlarda anemiya - Səbəbləri, müalicəsi

Uşaqlarda anemiya - Səbəbləri, müalicəsiUşaqlarda anemiya (qan azlığı) - uşağın qanında eritrositlərin və hemoqlobulinin azalması ilə müşayiət olunan patoloji vəziyyətdir. Bu, pediatriyada çox geniş yayılmış xəstəlikdir. Anemiya diaqnozu qoyulmuş uşaqların təxminən 40%-i 3 yaşa qədər, 30%-i pubertat dövründə olan; qalanları isə müxtəlif yaş dövrünə mənsub uşaqlardır.
Milli.Az medicina.az-a istinadən bildirir ki, uşaqlarda anemiya müxtəlif formalarda ümumi zəiflik, tez yorulma, dəri və selikli qişaların solğunluğu, başgicəllənmə, ürəkdöyünmə qeyd olunur.
Uşaqlarda anemiyanın inkişafı, adətən, onların orqanizminin intensiv böyüməsi, eritropoez prosesinin aktivliyi, formalı elementlərin və sirkulyasiya edən ümumi qanın miqdarının proqressiv artması ilə əlaqəlidir. Bununla yanaşı, uşaqlarda qanyaranma aparatı tam formalaşmamışdır və müxtəlif təsirlər qarşısında acizdir. Qanyaranmanın normal gedişatı üçün külli miqdarda dəmir, zülal, vitaminlər və mikroelementlər tələb olunur.
Buna görə də qidalanmada olan istənilən xətalar, infeksiyalar, sümük iliyinə toksiki təsirlər uşaqlarda anemiyanın yaranmasına gətirib çıxara bilər. Bu baxımdan 2 yaşında olan və neonatal dəmirləri tükənmiş uşaqlar daha həssasdır. Uşaqlarda uzun müddət mövcud olan anemiya hipoksiya, dərin toxuma və orqan pozulmaları ilə müşayiət olunur. Anemiyalı uşaqlar həmyaşıdları ilə müqayisədə fiziki və zehni inkişafdan geri qalır, tez-tez interkurrent xəstəliklərdən əziyyət çəkir, xroniki patoloji proseslərin və müxtəlif ağırlaşmaların inkişafına meyilli olur.
Səbəbləri
Uşaqlarda anemiyanın inkişafına səbəb olan faktorlar antenatal, intranatal və postnatal olmaqla 3 qrupa bölünür.
Аntenatal faktorlar bətndaxili inkişaf dövründə təsir göstərir. Uşağın qanyaranma prosesinin normal keçə bilməsi üçün orqanizm hamiləlik dövründə anadan kifayət qədər (təxminən 300 mq) dəmir alıb toplamalıdır. Dəmirin hamilədən dölə daha intensiv   ötürülməsi və depolanması hestasiyanın 28-32-ci həftələrində baş verir.
Əgər qadın hamiləlik dövründə anemiyadan əziyyət çəkibsə, uşaqda da anemiya inkişaf edir. Vaxtından əvvəl doğuşlar uşaqlarda doğuşdan və ya həyatının təxminən 3-cü ayından etibarən anemiyanın meydana çıxamasına gətirib çıxarır. Yenidoğulmuşun anemiyası çoxdöllü hamiləlik nəticəsində də inkişaf edə bilər.
Uşaqlarda anemiyanın yaranmasına səbəb olan intranatal faktorlar başlıca olaraq doğuş zamanı qanitirmə ilə bağlıdır. Qanitirməyə plasentanın vaxtından əvvəl soyulması, göbək ciyəsinin erkən və ya gec bağlanması, göbək ciyəsi qalığının qeyri-düzgün işlənməsi nəticəsində qansızma, akuşer travmaları səbəb olur.
Uşaqlarda anemiyanın postnatal faktorları doğumdan sonrakı faktorlar olub ekzogen və endogen olmaqla ayrılır. Endogen anemiyanın səbəbi yenidoğulmuşun hemolitik xəstəliyi nəticəsində eritrositlərin zədələnməsi, hemoqlobulin sintezinin anomaliyaları, sümük iliyinin birincili konstitusional çatışmazlığı ola bilər.
Müalicəsi
Anemiya zamanı gün rejiminin və uşağın balanslaşdırılmış qidalanmasının düzgün təşkili, dərman terapiyası və ümumi gücləndirici tədbirlərin aparılması tələb olunur. Uşaqlara kiyayət qədər təmiz havada olmaq, tam yuxu tövsiyə olunur. Gimnastika, massaj, UBŞ (ultrabənövşəyi şüalanma) təyin olunur.
Ana südü ilə qidalanan anemiyalı uşaqlar vaxtında əlavə qidalanmaya (şirələr, yumurta sarısı, tərəvəzlər, ət püresi) keçirilməlidir. Eyni zamanda uşağı qidalandıran qadının da qida rasionu korreksiya olunmalı, qadın polivitaminlər və dəmir preparatları qəbul etməlidir. Süni qidada olan uşaqlara adaptəolunmuş, dəmirlə zəngin, südlü süni qidalar təyin olunmalıdır. Böyük yaşlı uşaqların pəhrizi qaraciyər, mal əti, paxlalı bitkilər, göyərtilər, dəniz məhsulları, meyvə və tərəvəz şirələrindən ibarət olmalıdır.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 07 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Kondisionerdən istifadə edənlərə diqqət: Həkim riskləri AÇIQLADI

Peyvənd mövsümü olmasa da, son günlər havaların qeyri-sabit keçməsi fonunda qrip və digər respirator infeksiyalara yoluxma halları yenidən müzakirə mövzusuna çevrilib. Temperaturun kəskin dəyişməsi, kondisionerlərdən intensi

Yüksək hərarət, qusma, bağırsaq pozğunluğu: Dünyadakı dəhşətli virus Azərbaycana da çatır?

İtaliyada Ebola virusuna yoluxma ilə bağlı iki ehtimal olunan hal qeydə alınıb. KONKRET.azxəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, humanitar təşkilatlarda çalışan bir kişi və bi

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula


yeni xeberler azerbaycan xeberleri son xeberler hava durumu son xeberler bu gun xeberler bugun 2026 cəbhədən son xeber