Uşaqpulu yalnız bu ailələrə verilə bilər - YENİ AÇIQLAMA

Uşaqpulu yalnız bu ailələrə verilə bilər - YENİ AÇIQLAMA"Azərbaycanda uşaqpulu məsələsi zaman-zaman gündəmə gəlir. Son günlərdə də bu məsələ həm ictimaiyyət, həm də deputatlar və ekspertlər tərəfindən müzakirə olunmaqdadır. Azərbaycanda uşaq pulu sovet dövründən etibarən 2006-cı ilədək verilib. 2006-cı ildən sonra məbləğ çox az olduğundan uşaq pulunun verilməsi dayandırılıb. Həmin dövrdə bu qərar uşaqlar üçün verilən pulun məbləğinin az olması ilə əsaslandırılıb və dövlətin ünvanlı sosial yardıma üstünlük verdiyi açıqlanıb".
azxeber.com-un məlumatına görə, bu fikirləri "bakupost.az"-a açıqlamasında millət vəkili Tamam Cəfərova deyib.
Deputat bildirib ki, Azərbaycanda uşaq pulu ləğv olunsa da, uşaqlarla bağlı olan müxtəlif təyinatlı müavinətlər hələ də verilməkdədir:
"Dövlət sosial proqramlar vasitəsilə uşaqların sosial müdafiəsini təmin edir. Bu gün vətəndaşlara 20-ə yaxın sosial müavinət verilir. Bunlardan 9-u uşaqların sosial müdafiəsi ilə bağlıdır. Hazırda sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar, ölkənin suverenliyi, ərazi bütövlüyü uğrunda həlak olanların və müharibə əlillərinin uşaqları aylıq sosial müavinətlə təmin edilirlər. Bura habelə, çoxuşaqlı anaların (beşdən çox), müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları və valideyn himayəsindən məhrum olmuş uşaqlar daxildir. Üstəlik, aztəminatlı (ünvanlı dövlət sosial yardımı alan) ailələrin 1 yaşadək uşaqlarına aylıq sosial müavinət, yeni doğulan uşaqlara görə isə birdəfəlik müavinət ödənilir".
Bu gün ancaq ən həssas kateqoriyadan olan 600 minə qədər uşağa müxtəlif müavinətlərin ödənildiyini deyən Tamam Cəfərova qeyd edib ki, Azərbaycan hökuməti çoxuşaqlı ailələri diqqətdən kənarda saxlamır:
"Uşaq pulu ləğv olunandan sonra hökumət ünvanlı sosial yardım sisteminə keçib. Azərbaycanda xeyli ailə ünvanlı sosial yardım alır. Bu yardımdan faydalanan ailələrin əksəriyyəti çoxuşaqlıdır. Ünvanlı sosial yardım həm də çoxuşaqlı ailələr üçün nəzərdə tutulub. Çoxuşaqlı ailələr həm də aztəminatlı ailə hesab olunur. Uşaq pulu müavinətinə yalnız ünvanlılıq prinsipi əsasında qayıda bilərik, yəni yalnız ehtiyacı olan ailələrin uşaqlarına uşaq pulu verilə bilər.
Hesablamalara görə, il ərzində uşaq pulunu ödəməyə təqribən 2,5 milyard manat vəsait tələb olunur. Bu, az vəsait deyil. Hesab edirəm ki, uşaq pulu ucdan tutma bütün ailələrdəki uşaqlara şamil olunmalı deyil. Uşaq pullarının hesablanmasına gəlincə, bu istiqamətdə Azərbaycanda tətbiq ediləcək model ailənin gəlirlərinə və uşaqların sayına bağlı olmalıdır, təbii ki, uşaqların sayı ilə əlaqələndirilməlidir.
Gəlirləri az olan ailələrdə adətən uşaqların sayı çox olur. Odur ki, Azərbaycanda adambaşına verilən ödənişlər uşaqların sayı ilə əlaqələndirilməklə yanaşı, yaşına uyğun olaraq hesablanmalıdır. Hesab edirəm ki, bu, ailənin gəlirlərinə və onun təminatına, ehtiyaclarına bağlı olan bir məsələdir. Uşaqlara ödənilmiş məbləğə gəldikdə isə bu məbləğ ailədə uşaqların yaşı ilə əlaqəli ola bilər.
Bir çox ölkələrdə 0-6, 6-10, 10-15 yaşlı uşaqlara verilən məbləğlər fərqli olur. Bu yaş qrupları fərqli də ola bilər. Məsələn, 0-3, 4-6, 6-12 və ya 7-17 və s. Yəni 0-6 yaşlı uşaqlara daha az məbləğ verilir, 6-10 yaşlı uşaqlara nisbətən çox – orta məbləğ, 10 yaşından yuxarı olan uşaqlara isə daha çox məbləğ ödənilir.
Hesab edirəm ki, Azərbaycanda uşaq pullarının məbləğinin müəyyən edilməsində bu praktikadan istifadə etmək olar. Uşaq pulunun bərpası yeni mexanizmlərin hazırlanması və qanunlarda dəyişikliklər edilməsi şəraitində mümkün ola bilər. Təkliflər hazırlanmalı və müzakirə olunarkən ailələrin sosial müdafiəsində hansı proqramların daha çox faydalı ola biləcəyi təhlil olunmalı və təbii ki, maliyyə yükü mütləq nəzərə alınmalıdır, ən əsası, məsələyə dövlət büdcəsi səviyyəsində baxılmalıdır".

İqtisadiyyat       Tarix: 24 iyun 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR

Bu ilin 22–24 oktyabr tarixlərində Quba Palace Hotel-in nəzdində fəaliyyət göstərən Azərbaycan Milli Qolf Klubunda TURAN CUP silsiləsindən olan növbəti beynəlxalq qolf turniri keçirilib. xəbər verir ki, TURAN CUP 2026 Beynəlxal

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Qızıl ucuzlaşdı - Yeni qiymətlər

Qızıl bazarında qiymət dəyişikliyi müşahidə edilib. . Bir sıra əyarlı qızılların qiymətində kəskin ucuzlaşma baş verib. Ucuzlaşmanın qeydə alındığı qızıl növlərinin yeni qiymətlərini təqdim edirik:. 583 əyar: 125 AZN-də

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl


son xeberler azerbaycan xeberleri yeni xeberler sou xeberler xankendi son xeberler bugun cəbhədən son görüntülər