ÜST rəhbərindən Yeni il şənlikləri ilə bağlı ÇAĞIRIŞ
"Son vaxtlar koronavirusun "Omikron" ştamının sürətlə yayılması qarşıdan gələn Milad və Yeni il bayramları ilə bağlı bəzi şənliklərin ləğv edilməsi zəruriliyini ortaya çıxarır".
KONKRET.az BBC-yə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus bildirib.
"Həyatın yarımçıq qalmasındansa bayram tədbiri ləğv edilsə yaxşıdır",- deyən təşkilat rəhbəri "Omikron" variantının "Delta"dan daha sürətlə yayıldığının birmənalı olduğunu söyləyib.
Onun sözlərinə görə, hamımız bu pandemiyadan cana doymuşuq: "Hamımız dostlarla, ailəmizlə vaxt keçirmək istəyir, işlərin normaya qayıtmasını arzulayırıq. Bunun ən qısa yolu hamımız üçün, liderlərdən tutmuş fərdi şəxslər üçün özümüzü və ətrafdakılarımızı qoruyacaq çətin qərar verməkdən keçir. Bəzi hallarda, bu, tədbirləri ləğv etmək, yaxud təxirə salmaq deməkdir. İndi şənlənib sonra kədərlənməkdənsə indi şənliyi təxirə salıb başqa vaxt keçirmək daha yaxşıdır".
O, gələn ilin ortalarınadək hər ölkədə əhalinin 70 faizinin peyvənd olunacağı halda pandemiyanın 2022-ci ildə qurtaracağını vurğulayıb.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Xankəndi Ultramarafonuna yekun vuruldu
Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Azərbaycanın MDB-də mövqeyi güclənir: 2027–2028-ci illər üçün mühüm qərar
Şahbaz Şərif İlham Əliyevə zəng etdi
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır
Bu maşınlar kəskin bahalaşdı - FOTO
Kamboca baş naziri Azərbaycana gəldi
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
İlham Əliyev və Ramzan Kıdırov "Bakı Ağ Şəhər"də olublar
"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
52 yaşlı piyadanı maşın vurub öldürdü