Üz kremi seçərkən nələrə diqqət etməliyik? - Mütəxəssis həyəcan təbili çaldı

Üz kremi seçərkən nələrə diqqət etməliyik? - Mütəxəssis həyəcan təbili çaldıÜz kremi alarkən diqqət etməli olduğunuz bir neçə əsas amil var. Bunlar cildinizin tipinə və ehtiyaclarına uyğun krem seçməyinizə kömək edəcək.
Bəs üz kremi alarkən nəzərə almalı olduğunuz əsas faktorlar hansılardır?
Bu suala cavab tapmaq üçün bu sahənin mütəxəssislərindən biri olan, "Tenor" və "Lacinia" brendinin sahibi Nihad Yusifovla həmsöhbət olduq.
Mütəxəsiss Milli.Az-a açıqlamasında bildirib ki, bir neçə amili nəzərə alıb cildimizin ehtiyaclarına uyğun doğru üz kremi seçə bilərik.
Onun sözlərinə görə, üz cildinin tipini öncədən müəyyən etmək mütləqdir:
Üz kremi seçərkən nələrə diqqət etməliyik? - Mütəxəssis həyəcan təbili çaldı"Əgər cildiniz qurudursa nəm saxlamasına kömək edəcək, zəngin və hidratlaşdırıcı xüsusiyyətlərə malik krem seçin. Qliserin, hyaluron turşusu və yağlı maddələr kimi nəm saxlayan tərkibə malik məhsullar yaxşı olar. Uox əgər yağlı cildə sahibsinizsə yüngül, su bazlı və yağsız məhsullar seçin. Cildin yağ istehsalını balanslaşdıran krem və toniklər seçmək daha uyğun olacaq. Qarışıq üz cildi olanlar isə həm yağlı, həm də quru bölgələr üçün balanslı məhsullar seçə bilər. Yəni həm nəmləndirici, həm də məsamələri tıxamayan formullar ideal olacaq. Həssas cildli xanımlar isə dermatoloji olaraq test edilmiş, parfümsüz və hipoalerjenik məhsullar seçərlərsə allergiya olmaqdan tam sığrtalanmış olacaqlar".
O, eyni zamanda iqlim şəraitinə də diqqət etməli olduğumuzu vurğulayıb.
Üz kremi seçərkən nələrə diqqət etməliyik? - Mütəxəssis həyəcan təbili çaldı"Quru iqlimdə şəraitində yaşayırsınızsa cildinizi güclü şəkildə nəmləndirən və quru havadan qoruyan kremlər seçməlisiniz. Qışda daha intensiv nəmləndirici krem istifadə etmək daha məsləhətlidir. İsti və rütubətli iqlimdə isə yüngül və həssas formullar seçin ki, cildinizdə ağırlıq yaratmasın. SPF (günəş qoruma faktoru) olan məhsullar da əhəmiyyətlidir. Yaş və ehtiyaclara gəldikdə isə gənc yaşda yəni 20-30 yaş arası xanımlar cildin təbii elastikliyini qorumağa kömək edən, çox ağır olmayan nəm artırıcı kremlər seçilməlidir. SPF (günəş qoruma) əlavə etmək də mütləqdir. Orta yaşda, yəni 30-50 yaş aralığında olan xanımlar anti-aging xüsusiyyətləri olan kremlərə üstünlük verməlidir. Kollagen istehsalını stimullaşdıran, qırışları azaldan və cildin elastikliyini artıran məhsullar daha faydalıdır. Yaşlı cild, yəni 50 yaşdan yuxarı xanımlar cildini daha çox nəmləndirməyə ehtiyacı olacaq. Daha qidalandırıcı, kollagen və elastin istehsalını dəstəkləyən krem və serumlar seçə bilərsiniz", – deyə mütəxəssis əlavə edib.
Bəs xanımlar cildini Günəşdən necə qorusun sualımıza isə belə Nihad bəy belə cavab verdi:
Üz kremi seçərkən nələrə diqqət etməliyik? - Mütəxəssis həyəcan təbili çaldı"Hər gün günəşə məruz qalmaqdan qorunmaq üçün SPF 30 və ya daha yüksək olan bir üz kremi seçməlisiniz. Bu, həm qırışların qarşısını alır, həm də cildin ağarmasına mane olur. Amma burada diqqət etməli olduğumuz məqam isə onun tərkibidir. Çalışsınlar təbii tərkiblərə üstünlük versinlər. Dərinizə uyğun təbii maddələrdən ibarət krem seçin. Məsələn aloe vera, yaşıl çay, e vitamini və narıncı ekstraktı kimi maddələr dərini qidalandırır. Kimyəvi maddələrdən qaçınmaq lazımdır. Parabenlər, sulfatlar və ftalatlar kimi zərərli kimyəvi maddələrdən qaçınmaq yaxşı olar, xüsusilə həssas ciltlər üçün. Hipoalerjenik və dermatoloji test edilmiş məhsullar həssas dərilərə sahib olanlar üçün bu tip məhsullar daha uyğun ola bilər. Məhsulun uyğunluğu da diqqət etməli məqamlardan biridir. Bunun üçün testlər edin. Yeni kremi istifadə etmədən əvvəl, kiçik bir sahədə test edin ki, allergik reaksiya və ya dəridə qızartı kimi problemlərin qarşısını alın. Bir də son olaraq deyim ki, məhsulun istifadə tarixinə fikir vermək lazımdır. Alacağınız kremin son istifadə tarixinə və saxlanma şəraitinə diqqət edin. Bu amilləri nəzərə alaraq, öz cildinizin ehtiyaclarına uyğun doğru üz kremi seçə bilərsiniz". / konkret.az

Sağlamlıq       Tarix: 05 dekabr 2024
f Paylaş

Oxşar xəbərlər

Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test

Yaş artdıqca bədənimiz bir çox hərəkəti əvvəlkindən bir qədər yavaş yerinə yetirir: gündəlik gəzintilərimiz qısalır, dözümlülük azalır, beynimiz isə əvvəlki kimi iti olmur. Bu, insanların əksəriyyətinin yaşadığı ümumi prosesdir

Məşhur içki sağlamlıq üçün təhlükəli hesab edilib

Son dövrlər məşhurlaşmış köpüklü çay ("bubble tea") sağlamlıq üçün təhlükəli hesab edilib. Məlum olub ki, bu içkinin tərkibinə əlavə edilən tapioka dənələri bəzi hallarda bağırsaq keçməzliyinə və boğulmaya səbə

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın

Yaponiyada 2028-ci ildən insanlara donuz böyrəyi köçürüləcək

Yapon startapı PorMedTec 2028-ci ildə genetik modifikasiya edilmiş donuz böyrəklərinin insanlara transplantasiyası üzrə ilk klinik sınaqlara başlamağı, 2029-cu ildə isə bu texnologiyanın şərti təsdiqi üçün müraciət etməy

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri

Ebola virusu yenidən alovlandı və sürətlə yayılır - XƏBƏRDARLIQ

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayılması nəticəsində 131 nəfər həyatını itirib, 513-dən çox şübhəli yoluxma halı qeydə alınıb. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. KDR hökumətinin sözçüsü bildiri

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa


azerbaycan xeberleri son xeberler yeni xeberler futbol xeberleri xəbər.az hava haqqinda xeberler