Üzənləri videoya çəkən yeniyetmə onları köpək balığından xilas etdi - VİDEO
Üzənləri videoya çəkən yeniyetmə onları köpək balığından xilas etdi - VİDEO
Avstraliyanın Forster şəhərində yeniyetmə oğlan dronu sayəsində üzən şəxslərə yaxınlaşan ağ köpək balığını görüb və onları xilas edib.
Bu barədə "The Sun" nəşri xəbər yayıb.
17 yaşlı Kemeron Qreys ailəsi ilə birlikdə Forsterdə dincəlirmiş. Həmin gün o Meyn biç çimərliyində kvadrokopterini havaya qaldırıbmış.
Çəkiliş zamanı gənc üzgüçülərin cəmi bir neçə metrliyində böyük ağ köpək balığı görüb. Gənclər isə bundan xəbərsiz halda üzüblər.
Qreys gördüklərini xalası Reyçel Uolterə danışır. O da öz növbəsində dərhal suya tərəf qaçaraq, üzgüçüləri təhlükə barədə xəbərdar edir.
"Mən suya tərəf qaçıb, əllərimi havada yelləməyə və onları sahilə çıxmağa çağırdım. Onlar nə baş verdiyini anlamırdılar", - deyə R.Uolter baş verənləri şərh edib.
Qeyd edilir ki, adamyeyən-köpək balığı kimi də tanınan yırtıcı balıq 2,5 metr uzunluqda olub.
/oxu.az
f Paylaş
Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb