V-VI əsrlərə aid "Çıraqqala" abidəsində bərpa işləri davam etdirilir - FOTO
V-VI əsrlərə aid "Çıraqqala" abidəsində bərpa işləri davam etdirilir - FOTO
Şabran rayonu ərazisində yerləşən və ötən ildən bərpa işlərinə başlanılan V-VI əsrlərə aid "Çıraqqala" abidəsində görülən tədbirlər davam etdirilir. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini, rəisin vəzifə səlahiyyətlərini icra edən Azad Cəfərli Çıraqqalada aparılan bərpa işləri ilə tanış olub.
Bu barədə Oxu.Az-a xidmətdən məlumat verilib.
Bildirilib ki, Şabran rayonu ərazisində yerləşən, V-VI əsrlərə aid "Çıraqqala" abidəsində bərpa işlərinə ötən il başlanılıb. Çıraqqala mərkəzi qala da daxil olmaqla 17 bürcdən ibarət düzbucaqlı formadadır. Qalanın 5 bürcündə bərpa-konservasiya işləri artıq başa çatdırılıb. Həmçinin bürclərarası qala divarları bərpa-konservasiya olunub, ərazidə arxeoloji tədqiqatlar aparıldıqdan sonra aşkar olunmuş tikililərdə əlavə konservasiya işləri həyata keçirilib. Tarixi abidəni ziyarət edənlərin rahatlığını təmin etmək məqsədi ilə ərazidə yerləşən meşənin içindən piyadalar üçün yol salınıb.
Bərpa-konservasiya işləri ilə tanış olan xidmət rəisi görüləcək işlərlə bağlı tapşırıq və tövsiyələrini verib.
O, həmçinin Çıraqqala-Şabran Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları ilə görüşüb, qoruğun fəaliyyəti ilə maraqlanıb. Qoruğun fəaliyyətinin gücləndirilməsi və ziyarətçilər üçün xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində atılacaq addımları diqqətə çatdırıb.
Qeyd edək ki, ölkəmizin ən qədim tarixi abidələrindən biri olan Çıraqqalada möhkəmləndirmə və bərpa-konservasiya işləri Azərbaycan Respublikası Prezidentinin keçən ilin mart ayında imzaladığı sərəncama əsasən həyata keçirilməkdədir. Ötən müddət ərzində bərpa-konservasiya işlərinə start verilib və bərpa üzrə zəruri tədbirlər görülüb.




Xidmetler [newsid: 0-123300]

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb