Vahid məktəbli formalarının, general və nazirlərin geyimlərinin tikildiyi fabrikdə - REPORTAJ + FOTO

Vahid məktəbli formalarının, general və nazirlərin geyimlərinin tikildiyi fabrikdə - REPORTAJ + FOTOVahid məktəbli formalarının, general və nazirlərin geyimlərinin tikildiyi fabrikdə - REPORTAJ + FOTO
Müxtəlif sahələrin özünəməxsus geyimləri var. Həmin geyimlər müxtəlif yerlərdə hazırlanır. Bakı Tikiş Evində (BTE) də müxtəlif sahələrin formaları ərsəyə gətirilir. Hər kəs zənn edir ki, BTE-də yalnız məktəbli formaları hazırlanır. Lakin bu belə deyil. BTE-də, həmçinin polis və hərbçilərimizin geyimləri də istehsal olunur. Əslində fabrikin əsas istiqaməti hərbi geyimlərin hazırlanması olub. 2010-cu ildən məktəbli formalarının istehsalına başlanılıb.
Oxu.Az-ın əməkdaşları proseslə yaxından tanış olmaq üçün Bakı Tikiş Evini ziyarət ediblər.
Bakı Tikiş Evi 1937-ci ildən Volodarski adına Tikiş Fabriki olaraq fəaliyyətə başlayıb. Köhnənin adamları xatırlayar, əvvəllər ona "Volodarka" deyərdilər. 1999-cu ildə özəlləşdirilərək "Bakı Tikiş Evi" Açıq Səhmdar Cəmiyyətinə çevrilib.
Müəssisədə 1988-1989-cu illərdə əsaslı surətdə yenidənqurma işləri aparılıb. Müəssisədə 1, 2, 3, 4 və 5 saylı tikiş sahələri, hazırlıq, sınaq, biçim sahələri və bunlardan başqa laboratoriya, buxarxana, ütü və presləmə sahələri fəaliyyət göstərir. Müəssisə 1991-ci ildə Azərbaycan Respublikasının ordu quruculuğunda fəal iştirak edərək əsgər və zabitləri müxtəlif çeşidlərdə geyimlərlə təmin etməyə başlayıb. Və bu sahədə böyük təcrübə qazanaraq ixtisaslaşıb.
Vahid məktəbli formalarının, general və nazirlərin geyimlərinin tikildiyi fabrikdə - REPORTAJ + FOTOBakı Tikiş Evinə gəldikdə bizi müəssisənin işçiləri qarşıladılar. İşçilərdən birinin müşayiəti ilə sexlərə baş çəkdik. Burada gərgin iş gedir. Əsgərlərimizin geyimləri hazırlanır. Bu geyimi daşıyanlar hər birimizin qürur mənbəyi və canını Vətən uğrunda fəda etməyə hazır olan əsgərlərimizdir. Onları yayın istisindən, qışın şaxtasından qoruyan bu formanın harada tikildiyi də ayrı bir qəhrəmanlıqdır.
Bunların hamısı Bakı Tikiş Evində tikilir. Burada işləyənlər də arxa cəbhədədirlər. Günlərinin çox hissəsini burada keçirirlər. Gərgin iş rejimində çalışırlar. İş gününün sonu olduğu üçün hər birinin gözlərindən yorğunluq sezilsə də, hamı həvəslə çalışır.
BTE-nin xüsusi geyim sahəsi üzrə ustası Rüxsarə Muradova bu sahədə general və nazirlərə geyim hazırladıqlarından bəhs edir:
Vahid məktəbli formalarının, general və nazirlərin geyimlərinin tikildiyi fabrikdə - REPORTAJ + FOTO"25 ildir ki, Bakı Tikiş Evində çalışıram. Burada Müdafiə nazirliyinin geyimləri tikilir. Mövsümdən mövsümə məktəbli geyimləri də tikilir. İllərdir ki, bu sahədə çalışırıq. Vətənimizin xidmətindəyik. Biz generallara, polkovniklərə, nazirlərə geyimlər tikirik. Fabrikə ümumilikdə çoxlu sifarişlər olur. Hər geyiminin özünün müqavilə üzərində sayı olur. Xüsusi geyim sahəsində ancaq köynək tikilir. Gün ərzində 500 ədəd məktəbli köynəyi tikilir. Digər sexlərdə isə köynək və şalvarlar hazırlanır. Biz burada geyimləri tam hazır formaya salıb, anbara göndəririk. Anbardan mağazalara gedir".
R.Muradova parçaların Türkiyədən gətirildiyini qeyd edir:
"Parçalar Türkiyədən gətirilir. Pambıqdandır. Uşaqların həssas dərisi nəzərə alınır.
Hərbi geyimləri generallara, nazirlərə və polkovniklərə tikdiyimizdən az sayda olur. Burada iki ustadır. Hər aqreqatda 15 işçi var".
Xüsusi geyim sahəsindən sexlərə yol alırıq. Bizi 4 nömrəli sexin rəisi Nigar Əlibəyova qarşılayır. Burada keçirdiyi illərdən bəhs edir:
Vahid məktəbli formalarının, general və nazirlərin geyimlərinin tikildiyi fabrikdə - REPORTAJ + FOTO"50 ildir ki, burada fəaliyyət göstərirəm. Sevməsəm, işləyə bilmərəm. Ümumiyyətlə, işi sevməyən işləyə bilmir. Bu sexdə 80 nəfər işləyir. 5 sex var. Bura 4-cü sexdir.
Biz güc strukturları üçün geyimlər hazırlayırıq. Müdafiə nazirliyinin geyimlərini istehsal edirik. Zabit, general və əsgərlərə tikirik. Qış və yay formaları hər biri burada istehsal olunur.
Bununla yanaşı məktəbli formalarını da tikirik. Parçlar Türkiyədən gətirilir. Məktəblini tam geyindirib yola salmaq olar. İşi sevirəmsə, deməli, səliqəli tikirəm".
Hərbi geyimlərdən sonra digər sexə keçirik. Bu sexdə polislərin formaları istehsal olunur. Hazırda yaz geyim formaları hazırlanır. Qızğın iş prosesi gedir. İşçiləri məşğul etməmək üçün sexdə gəzintini sonlandırıb, məktəbli geyimləri satılan hissəyə keçirik.
"Bakı Tikiş Evi" Açıq Səhmdar Cəmiyyətinin satış şöbəsinin müdiri Etibar Əzimov məktəbli formalarının tam hazır vəziyyətdə olduğunu deyir:
Vahid məktəbli formalarının, general və nazirlərin geyimlərinin tikildiyi fabrikdə - REPORTAJ + FOTO"Biz bütün ili işləyirik. Məktəbli formalarının hazırlanmasına çoxdan başlamışıq. Lakin şəhər sakinləri məktəbin açılmasına son gün qalmış müraciət edirlər. Vaxtında almırlar və bu zaman sıxlıq yaranır. Əhali bundan şikayət edir. Yaxşı olar ki, onlar istirahətə getməmişdən qabaq formanı alsınlar.
Yeni tədris ilinə qış aylarından hazırlaşmışıq. Ötən il problem oldu. Qərar gec çıxdı. Ona görə material sifarişində çətinlik çəkdik. Maşınlarımız sərhəddə qaldı. İnsanlar istədikləri ölçünü tapa bilmədilər. Qıtlıq oldu. Bu il davam etməsin deyə, bütün qışı işlədik. Anbarlarda saxladıq. Bütün ölçü və rənglərdə var".
E.Əzimov tədris ilinə tam hazır olduqlarını vurğulayır:
Vahid məktəbli formalarının, general və nazirlərin geyimlərinin tikildiyi fabrikdə - REPORTAJ + FOTO"Doqquz satış mərkəzimiz var. Təsadüfi yerlərdən alanlar formanı bir il geyinə bilmədilər. Çox gülməli qiymətlərə məktəb formaları çıxarmışdılar. 3-9 manata deyən var idi. Bir dəfə yuyulandan sonra yaramır. Deyirlər ki, "şükür ki, sizin mağaza var. Təsadüfi yerdən aldıq, bir il geyinməyə yaramadı". Tövsiyəmiz odur ki, təsadüfi yerdən almayın. Bizdə satılan məhsula zəmanət var. Ən azı bir il geyinəcək.
Vahid məktəbli formalarının, general və nazirlərin geyimlərinin tikildiyi fabrikdə - REPORTAJ + FOTO100 mindən çox forma tikmişik. İstehsal davam edir. Özümüz istehsal etdiyimiz üçün çatışmamaq söhbəti yoxdur".
Etibar Əzimov məktəb formalarının qiymətində bu il dəyişiklik olmayacağını bildirir:
"Qiymətlərdə dəyişiklik olmayacaq. Uzunqol və ya qısaqol köynək 15, şalvar və ya ətək 15, jaket 30 manatadır".
Vahid məktəbli formalarının, general və nazirlərin geyimlərinin tikildiyi fabrikdə - REPORTAJ + FOTOBTE-nin hazırladığı məktəbli geyimləri həmin müəssisənin daxilində fəaliyyət göstərən "Məktəbli geyimləri satış mağazaları"nda satılır. 
Daha çox foto burada: PhotoStock.az
Nəzrin Vahid

Maraqlı     Baxılıb: 456   Tarix: 14 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

Azad Ajans – Azərbaycanda Yeganə Rəsmi TikTok Canlı Yayım Ajansı

Son illərdə sosial media platformalarında, xüsusilə TikTok üzərindən canlı yayım trendləri sürətlə artmaqdadır. Minlərlə istifadəçi öz istedadını nümayiş etdirmək, izləyici kütləsini artırmaq və gəlir əldə etmək məqsədil

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - FOTO

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - FOTO. Rusiyanın Saxalin vilayətinin Xolmoqor şəhər dairəsində, Leninin abidəsinin təmiri və bərpası işləri zamanı 1970-ci ildə gələcək nəsillərə mesaj kimi qoyulmuş zama

Britaniyada timsahı "döyən" qadın qəhrəmanlar siyahısına daxil edildi: Mükafat aldı - FOTO

Britaniyada timsahı "döyən" qadın qəhrəmanlar siyahısına daxil edildi: Mükafat aldı - FOTO. Böyük Britaniyada timsaha zərbə vuran qadının adı Britaniyanın ilk mülki qəhrəmanlarının kral siyahısına daxil edilib

Planetimizdə 22 kalibrli atışa tab gətirə bilən canlı tapıldı - FOTO

Planetimizdə 22 kalibrli atışa tab gətirə bilən canlı tapıldı - FOTO. Tədqiqatçılar qəddar təcrübə aparıblar və dənizin dərinliklərində yaşayan canlılardan birinin yaxın məsafədən 22 kalibrli atış zamanı sağ qala bildiyin

İki sifariş edin, bir çatdırılma haqqı ödəyin!

Wolt-un İkili Sifariş yeniliyini sizə təqdim edirik! Artıq sifariş etmək daha asan və daha sərfəlidir. İkili Sifariş ilə iki fərqli məkandan lazım olan hər şeyi bir saat və ya daha az müddətdə qapınıza çatdırırıq. Axşam yeməy

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz. Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu il

Gündə hansı miqdarda spirtli içkinin xərçəng riskini artırdığı açıqlandı

Gündə hansı miqdarda spirtli içkinin xərçəng riskini artırdığı açıqlandı. "Gündə 45 qram etil spirti istehlakı mədə xərçəngi ehtimalını artırır". Bu barədə rusiyalı həkim-onkoloq Vladislav Yevseyev xəbərdarlıq edib

Nebahat Çehredən pərəstişkarlarını qorxudan xəbər - FOTO

Nebahat Çehredən pərəstişkarlarını qorxudan xəbər - FOTO. Türkiyənin məşhur aktrisası Nebahat Çehredən pərəstişkarlarını kədərləndirən xəbər gəlib. Belə ki, aktrisa təcili xəstəxanaya yerləşdirilib. Məlumata görə, N.Çehreni

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz


azerbaycan xeberleri son xeberler yeni xeberler sonxeber.az maraqlı xəbərlər cəbhədən son xəbərlər 2026 xeber.az bu gun