Vaksinasiya, yoxsa xəstəliyə yoluxmaq? Həkim nəticələri açıqladı
Vaksinasiya, yoxsa xəstəliyə yoluxmaq? Həkim nəticələri açıqladı
Peyvənddən sonrakı yan reaksiyalar koronavirusa yoluxmadan sonrakı nəticələrlə müqayisə olunmaz dərəcədə azdır, vaksinasiyadan sonrakı fəsadlar və autizmlə əlaqəsi barədə arumentlər isə sadəcə mifdir.
"RİA Novosti"nin məlumatına görə, bu barədə "Rusiya Dəmir Yolları - Tibb" Mərkəzi Klinik Xəstəxanasının direktoru Andrey Yavisya vaksinasiya və xəstəlik keçirməyin nəticələrini müqayisə edərkən deyib.
Onun sözlərinə görə, peyvənddən sonra yan təsirlər olduqca nadir haldır və bir neçə gün ərzində yox olur.
"İnsan zəiflik hiss edə, tempraturu yüksələ, iynə vurulan yerdə ağrı hiss edə bilər. Ancaq şübhəsiz ki, bu narahatlıqları xəstəliyin özü və onun nəticələri ilə müqayisə etmək olmaz", - deyə o, bildirib.
Həkim vurğulayıb ki, peyvənd vurdurduqdan əvvəl və sonra 5-7 gün ərzində ağır fiziki işlərdən, stress, hipotermiyadan (bədənin həddindən artıq soyuması) və hipertermiyadan (bədənin həddindən artıq isinməsi) çəkinmək bu cür fəsadların riskini azaltmağa kömək edər.
"Bununla belə peyvənddən yoluxmaq mümkündür. Ancaq bu canlı peyvəndlərlə vaksinasiyada baş verə bilər və xəstəlik yüngül keçir", - Yavisya açıqlayıb. /oxu.az

Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR