Valideynlərdən məktəb direktoruna qarşı ağır ittihamlar: "Şagirdləri ilə qumar oynayır

Valideynlərdən məktəb direktoruna qarşı ağır ittihamlar: "Şagirdləri ilə qumar oynayırValideynlərdən məktəb direktoruna qarşı ağır ittihamlar: "Şagirdləri ilə qumar oynayır"
İmişli rayonu, Vətən Novruzov adına 1 saylı Sarıxanlı kənd orta məktəbinin direktoru Elşən Baxşəliyev qanunsuz əməllər törədir, rüşvət alır, müəllim adına yaraşmayan hərəkətlər edir. 
Bu iddia ilə bağlı "Qafqazinfo"ya bir qrup şikayətçi kənd sakini müraciət edib.
Məktəbin qarşısına toplaşaraq etiraz edən sakinlər artıq direktorun əməlləri ucbatından uşaqlarını məktəbə göndərmək istəmədiklərini bildiriblər. 
Vüqar Muradov adlı valideynin ittihamına görə, işçilərdən rüşvət tələb edən E.Baxşəliyev heç vurma cədvəlini də bilmir:
"Bu müəllimin savadı yoxdur, gəlib attestasiya keçirsinlər. Şəhidin adını daşıyan məktəbdə necə bu cür savadsız adam işləyə bilər? O öz şagirdinə, müəlliminə sataşır, işçilərdən hər ay 30 manat rüşvət tələb edir. Biz onun direktorluqdan yox, ümumiyyətlə, məktəbdən uzaqlaşdırılmasını istəyirik".
Digər valideyn Anar Əhmədzadə iddia edib ki, direktor oğluna spirtli içki aldırmağı tapşırıb:
"Oturub şagirdləri ilə qumar oynayır, şagirdlərdən birinə tapşırır ki, "atana de, araq alsın". Uşaq da atası araq almadığına görə məktəbə getməkdən qorxur. Bu müəllim savadsız olmaqla yanaşı, həm də əxlaqsızdır". 
Şikayətçilərin sözlərinə görə, direktor bir müddət işdən uzaqlaşsa da, sonradan yenə işinə bərpa olunub:
"O, 18 min manat rüşvət verərək işə bərpa olunduğunu və həmin pulu çıxarmaq üçün işçilərdən pul tələb etdiyini deyir". 
63 nəfərlik siyahı tərtib edərək aidiyyəti qurumlara müraciət etdiklərini deyən valideynlər bildirirlər ki, dəfələrlə direktorun qanunsuz əməlləri ilə bağlı rayon Təhsil Şöbəsində qəbulda olublar. Bu haqda Baş Prokurorluğa, İmişli Rayon Prokuroruna şikayətlər ediblər.  
Digər bir şikayətçi Asif Allahverdiyev isə iddia edib ki, E.Başxəliyev məktəbə məxsus əşyaları vaxtilə ona satıb:
"Mən doqquz ildir bu məktəbdə işləyirəm. Elşən Baxşəliyev məktəb direktoru olduğu müddətdə öz otağındakı şkafı, televizoru və məktəbin əşya şkafını mənə 200 manata satıb. İndi də Niyaməddin Gözəlovun şikayətinə görə onları geri istəyir. Mən deyirəm ki, pulumu ver, gəl, həmin əşyaları apar. Amma direktor pulu qaytarmaq istəmir. Deyir ayın 10-dək əşyaları geri qaytarmasan, səni tutduracağam".
Şikayəti araşdırmaq üçün Təhsil Nazirliyinə müraciət olunub.
Nazirlikdən "Qafqazinfo"ya bildirilib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır. Nəticəsi ilə bağlı ictimaiyyətə məlumat veriləcək.  /oxu.az

Sosial       Tarix: 16 sentyabr 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir

Diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir. xəbər verir ki, diplomatlar səfər çərçivəsində bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar. Qeyd edək ki, sentyabrın 11-də Azərbaycanda akkredit

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Azərbaycanda bu məhsullar bahalaşdı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzr

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri


azerbaycan xeberleri son xeberler yeni xeberler sonxabar en son xeberleri apa.az xeberler bugünkü son xəbərlər