"Vardanyanın rəhbərlik etdiyi bankı "camaşırxana" adlandırıblar" - Deputat

Türk-amerikalı kimyaçı və polimerlər üzrə mütəxəssis Ergün Kırlıkovalı amerikalı risk tədqiqatçısı Nassim Nikolas Talebə açıq məktub ünvanlayaraq, onun Ruben Vardanyanı dəstəkləməsini və Vardanyan həbsdə olduğu müddətdə Bakıda mühazirə oxumaqdan imtina etməsini sərt tənqid edib. Kırlıkovalı Talebi Vardanyanın fəaliyyətini yanlış qiymətləndirməkdə ittiham edib, onun xeyriyyəçi imicinin arxasında qanunsuz maliyyə fəaliyyəti və geosiyasi məqsədlərin dayandığını iddia edərək mövqeyini yenidən nəzərdən keçirməyə çağırıb.
Məktub müəllifi həmçinin iddia edib ki, Vardanyanın 2022-ci ilin sonunda Qarabağa gəlməsi regionda sabitliyin pozulmasına səbəb olub. O, Bakı Hərbi Məhkəməsinin 2026-cı ilin fevralında Vardanyanı terrorçuluğun maliyyələşdirilməsi və qanunsuz silahlı birləşmələrin yaradılması da daxil olmaqla müxtəlif ittihamlarla 20 il azadlıqdan məhrum etdiyini xatırladıb. 
Milli Məclisin deputatı Elçin Mirzəbəyli azxeber.com-a açıqlamasında deyib ki, Ergün Kırlıkovalının Nassim Nikolas Talebə ünvanladığı məktub obyektiv həqiqətləri əks etdirir:
"Ergün Kırlıkovalının Nassim Nikolas Talebə ünvanladığı məktub obyektiv həqiqətləri əks etdirir. Amma bu, Nassim Talebin mövqeyində əsaslı bir dəyişikliyə səbəb olmayacaq. Çünki Livanda doğulan Nassim Taleb nəticə etibarilə bütün ömrü boyu erməni diasporu və erməni kilsəsi ilə sıx bağlı olub.
Onun Ruben Vardanyanla əlaqələrinin kökündə də məhz bu faktorlar dayanır. Livanın paytaxtı Beyrutda erməni Kilsəsini maliyyələşdirən və həmçinin bu kilsə vasitəsilə vaxtilə Azərbaycan ərazilərində qanunsuz məskunlaşmasına faktiki olaraq dəstəkləyən şəxslərdən biri də Ruben Vardanyan idi. Bu prosesdə Ermənistanda həbsdə olan Samvel Karapetyan və Azərbaycanda cinayət əməllərinə görə həbsdə olan Ruben Vardanyan paralel şəkildə hərəkət ediblər. Bu şəbəkənin içərisində Nassim Talebin də olması qətiyyən təsadüfi deyil"
O bildirib ki, çirkli pulların yuyulması ilə məşğul olan bir şəxsin iqtisadi kataklizmlərə səbəb olan hadisələr haqqında nəzəriyyənin müəllifi ilə bir araya gəlməsi paradoksal haldır:
"Maraqlıdır ki, Taleb "Qara qu quşu" iqtisadi nəzəriyyəsini irəli sürən şəxslərdən biridir. Əslində, bu nəzəriyyənin mahiyyətində yer alan faktorlardan biri də Ruben Vardanyan kimi şəxslərin fəaliyyətidir. Nəticə etibarilə, Ruben Vardanyan uzun illər boyu çirkli pulların yuyulması ilə məşğul olub. Hətta onun rəhbərlik etdiyi bankı "camaşırxana" adlandırıblar.
Nəticə etibarilə, Ruben Vardanyan haqqında bir neçə cinayət işi var. O cümlədən, Baltikyanı ölkələrdə fəaliyyəti ilə bağlı da cinayət işləri açılıb. Onun adı dəfələrlə çirkli pulların yuyulması ilə bağlı hallanıb. 
Əslində, çirkli pulların yuyulması ilə məşğul olan bir şəxsin məhz bu cür iqtisadi kataklizmlərə səbəb olan hadisələr haqqında nəzəriyyənin müəllifi ilə bir araya gəlməsi paradoksal haldır. Amma biz erməni diasporu və erməni lobbisi ilə bağlı olan şəxslərin fəaliyyətində bu cür paradoksal hallarla tez-tez rastlaşırıq".
Şahanə Ziyad

Siyasi       Tarix: 05 avqust 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Trampı qəzəbləndirən ADDIM: Kanada Aİ-yə qoşulur?

Kanadanın Baş naziri Mark Karni Avropa Parlamentində çıxışı zamanı bildirib ki, ölkəsi Avropa İttifaqının (Aİ) Kanadaya "assosiativ üzv" statusu verilməsi ilə bağlı ambisiyalarını "alqışlayır". KONKRET.azxəbə

Ceyhun Bayramov Nyu Yorka getdi 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-ın Nyu York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, b

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

Azərbaycan tarixində elə günlər var ki, onların əhəmiyyəti yalnız təqvimlə ölçülmür. Bu tarixlər dövlətin keçdiyi yolun, xalqın iradəsinin və gələcəyə baxışının ifadəsinə çevrilir. 20 Sentyabr da məhz belə günlərdəndir. 2023-c

Ukrayna səfirliyi Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycanı təbrik edib

Ukraynanın Azərbaycandakı səfirliyi 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə təbrik ünvanlayıb. xəbər verir ki, bu barədə diplomatik missiyanın rəsmi "Facebook" səhifəsində müvafiq paylaşım edilib. "Azərbaycan

Daşlara həkk olunan tarix: Alban irsi üzərində mübarizə

Tarix bəzən kitab səhifələrində deyil, daşların yaddaşında yaşayır. Qarabağ və Şərqi Zəngəzur ərazisindəki xristian memarlığı nümunələri də məhz belə bir yaddaşın daşıyıcılarıdır. Xudavəng, Gəncəsər, Arzu Xatun kilsəsi v

Azərbaycan XİN Çilini təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Çilini Müstəqillik Günü münasibətilə təbrik edib. KONKRET.azxəbər verir ki, bu barədə XİN-in X hesabında paylaşım edilib. "Çilini və xalqını Müstəqillik Günü münasibətilə səmim

Ramiz Mehdiyev və köməkçisi Eldar Əmirovun məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Hakim Murad Aslanovun sədrliy

Putin Paşinyanı təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyanı Müstəqillik Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə Ermənistan hökumətinin saytında məlumat yayılıb. "Hörmətli Nikol Vovayeviç

Azərbaycan daha bir ölkə ilə vizanı ləğv etdi – Kimlər gedə biləcək?

Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Banqladeşin xarici işlər naziri Xəlilur Rəhman "Azərbaycan Respublikası Hökuməti ilə Banqladeş Xal


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son məlumatlar axsam az xeberler sou xeberler bugun xankendi