Vətən müharibəsi iştirakçısı Masallı icra hakimiyyətində şöbə müdiri təyin edilib
Vətən müharibəsi iştirakçısı Masallı icra hakimiyyətində şöbə müdiri təyin edilib
Masallı rayonunun İcra Hakimiyyətində şöbə müdiri vəzifəsinə Vətən müharibəsi iştirakçısı təyinat alıb.
Qəşəm Hamil oğlu Hadıyev Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Qəşəm Hadıyev 1979-cu ildə Masallı rayonunun Şərəfə kəndində anadan olub. 1985-1996-cı illərdə Şərəfə kənd tam orta məktəbində orta təhsil alıb, 1997-2001-ci illərdə Azərbaycan Texniki Universitetinin Yerüstü nəqliyyat vasitələri və nəqliyyatın istismarı fakültəsini bakalavr dərəcəsi üzrə bitirib.
27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda başlanan Vətən müharibəsi zamanı cəbhənin Ağdərə-Suqovuşan istiqamələrtində gedən döyüşlərdə yaxından iştirak edib. Azərbaycan Respublikası Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı ilə leytenant Qəşəm Hamil oğlu Hadıyev "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olunub və baş leytenant hərbi rütbəsi verilib.
Ailəlidir, 3 övladı var. /oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR