Vətən müharibəsində iki gözünü itirən qazimiz: "Mənə kömək göstərilsin, ailəmin üzünə baxa bilim

Vətən müharibəsində iki gözünü itirən qazimiz: "Mənə kömək göstərilsin, ailəmin üzünə baxa bilimVətən müharibəsində iki gözünü itirən qazimiz: "Mənə kömək göstərilsin, ailəmin üzünə baxa bilim"
Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə 3 minə yaxın hərbçimiz şəhidlik zirvəsinə yüksəlib, 1200-dən çox əsgər və zabitimiz isə qazi olub.
Modern.az xəbər verir ki, onlardan biri də Kamil Səfərlidir.
Qazimiz 1999-cu ildə Tərtər rayonu Cəmilli kəndində anadan olub. 2018-ci ildə Naxçıvan Muxtar Respublikasında hərbi xidmətə başlayıb. Hərbi xidmətini başa vuran ərəfədə Vətən müharibəsi başlayıb və o, döyüşlərə qatılıb:
"27 sentyabrda xüsusi texnikalarla döyüşə başladıq. Oktyabrın 4-ü Talış kəndi uğrunda döyüşlər başladı. 2-3 gün müddətində Talış kəndini düşməndən azad etdik.
Döyüşdə dostlarım gözümün qarşısında şəhid oldu. Ən güclü döyüş isə Suqovuşan istiqamətində oldu. Hava yağıntılı olduğuna görə yer palçıq idi və hərəkətimiz çətinləşmişdi. Əsgər yoldaşım və mən silahlar götürmək üçün geri qayıdırdıq, hava çox qaranlıq idi, qəfildən yanımızda mina partladı, mən gözlərimi, dostum isə ayağını itirdi.
Partlayış zamanı diz üstə çökdüm üzüm sanki yanırdı, ayaqlarımı da hiss etmirdim, düşündüm ki, artıq ayaqlarımı itirdim. Yaralandıqdan sonra məni Naftalana gətirdilər, həkimlər hər şeyin yaxşı olacağını dedilər.
Oktyabrın 20-si mən artıq Bakıda xəstəxanada idim, danışa da bilmirdim. Ağzım bütöv yanmışdı, xüsusi vasitələrlə boğazıma su ötürürdülər, günlərlə yemək yeyə bilmədim.
Mənim hər iki gözüm görmür. Sol gözüm zil qaranlıqdır. Həkimlərin də dediyinə görə ümid yoxdur. Bunu özüm də bilirəm. Lakin sağ gözüm ilə günəş işığını, yanımda olan insanların kölgəsini duya bilirəm, havanı hiss edirəm. Qohumlarımın araşdırmasına əsasən öyrənmişik ki, mənim sağ gözümə "çip göz" taxılarsa, görmə şansım olacaq. "Çip göz" ABŞ-da, Yeni Zelandiyada və Almaniyada taxılır. İsrail həkimləri isə ümidin olmadığını bildirib. Mən yalnız öz dövlətimə inanıram və güvənirəm.
Azərbaycan həkimləri də ümidin olduğunu dedilər. Əgər həqiqətən sağ gözümün görməsinə ümid varsa, mənə kömək göstərilsin. Anamın göz yaşlarına dözə bilmirəm. Gözüm 10 faiz də olsa, görsün, ailəmin üzünə baxa bilim. Gözümə işıq verilsə, özümü dünyanın ən xoşbəxt insanı sanaram". /oxu.az

Sosial       Tarix: 01 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

İlham Mirzəyev danışdı: 'Gücüm yoxdur

Bu gün Mərkəzi Klinikadan evə buraxılan teleaparıcı İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verib. bildirir ki, bu barədə -a danışan teleaparıcı onunla maraqlanan hər kəsə təşəkkürünü bildirib. "İnanın ki, danışa bilmirəm

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar


yeni xeberler azerbaycan xeberleri son xeberler valyuta mezennesi banklar xeberlər ən son xeberler iqtisadiyyat xeberleri bugun