"Veysəloğlu"nun sponsorluğu ilə ərsəyə gələn "Naxçıvan Maarifi" sənədli-bədii filminin təqdimatı keçirildi

Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında "Veysəloğlu"nun sponsorluğu ilə ərsəyə gələn "Naxçıvan Maarifi" sənədli-bədii filminin təqdimatı keçirilib.
Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ardınca Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov bildirib ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan tariximizə, elmimizə, ədəbiyyatımıza və ictimai fikrimizə çoxsaylı görkəmli şəxsiyyətlər bəxş edib. O qeyd edib ki, bu şəxsiyyətlərin mühüm tarixi xidmətləri nəticəsində qədim diyarda elmi, ədəbi və mədəni fikrin inkişafı bir çox dövrlərdə nümunəvi xarakter daşıyıb.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov çıxışında regionda maarifçi hərəkatın öyrənilməsinin, onun nəticələrinin üzə çıxarılmasının, xalq maarifinin və məktəbin vəziyyətinin, eləcə də mütərəqqi əsasda inkişafına təsir göstərən amillərin araşdırılmasının xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Bildirilib ki, bu istiqamətdə aparılan tədqiqatlar ölkənin pedaqoji fikir tarixinin zənginləşməsinə xidmət edir və müsbət təcrübə ilə mütərəqqi ənənələrdən bu gün də istifadə olunmasına imkan yaradır.
Təqdimatda çıxış edən fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikasının mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov vurğulayıb ki, bəhs olunan dövrdə Naxçıvanda maarifçi hərəkat yüksək səviyyəyə yüksəlib, elm və təhsil sahəsində ciddi nailiyyətlər əldə olunub. Qeyd edilib ki, Naxçıvan maarifçiləri təkcə müəyyən bir təbəqənin deyil, bütövlükdə millətin adından çıxış edərək cəmiyyət həyatının yaxşılaşdırılmasına çalışıblar.
Tədbir çərçivəsində Veysəloğlu Şirkətlər Qrupunun fəaliyyəti barədə qısa videoçarx nümayiş etdirilib.
Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və Baş icraçı direktoru Aydın Talıbov çıxışında "Naxçıvan Maarifi" filminin şirkət üçün yalnız mədəni layihə deyil, eyni zamanda strateji baxışın, təhsilə və milli-mənəvi dəyərlərə sadiqliyin ifadəsi olduğunu bildirib. O qeyd edib ki, film gənc nəslin öz köklərinə bağlı, savadlı və məsuliyyətli vətəndaş kimi formalaşmasına töhfə vermək məqsədi daşıyır. Eyni zamanda vurğulanıb ki, Azərbaycanın silinmiş və unudulmuş tarixinin bərpası istiqamətində birgə səylərin göstərilməsi mühüm əhəmiyyət kəsb edir.
Sonda "Naxçıvan Maarifi" sənədli-bədii filmi nümayiş olunub.
/ azxeber.com

İqtisadiyyat       Tarix: 20 fevral 2026
f Paylaş

Oxşar xəbərlər

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib

PAŞA Bank-ın dəstəyi və Regional İnkişaf İctimai Birliyi (RİİB) ilə əməkdaşlıq çərçivəsində bu ilin oktyabr ayında Xocalı rayonunun Əsgəran qəsəbəsində 400 pavloniya ağacı əkilib. Təşəbbüs beynəlxalq Enactus proqramı çərçivəsind

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Azercell-dən "MiFi" və "Wi-Fi" cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan

Azercell "MiFi" və "Wi-Fi" cihazlarını əldə edən abunəçilər üçün xüsusi təklif təqdim edir. Kampaniya çərçivəsində bu cihazları alan abunəçilərə 60 GB internet paketi hədiyyə olunur. Eyni zamanda, müştərilər

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi


azerbaycan xeberleri yeni xeberler son xeberler bugunun xeberleri krimnal bugun son xeberler 2026 ən son xəbərlər