Viktor Litovkin: "ABŞ Ukraynada "B-61"nüvə silahını yerləşdirsə onlar məhv ediləcək"
"ABŞ çətin ki, Ukraynaya "B-61"nüvə silahı göndərsin, çünki ölkədə onlardan istifadə etmək üçün müvafiq təyyarə yoxdur".
KONKRET.az aif.ru-ya istinadən xəbər verir ki, bunu hərbi ekspert, ehtiyatda olan polkovnik Viktor Litovkin deyib.O, vurğulayıb ki, "B-61"-lər hava bombalarıdır və onların Ukraynada yerləşdirilməsinin mənası yoxdur. Litovkin həmçinin xatırladıb ki, oxşar bombalar artıq ABŞ-nin müttəfiqlərinin, o cümlədən İtaliya, Almaniya, Hollandiya, Belçika və Türkiyənin ərazilərində saxlanılır.
Bundan əlavə, o qeyd edib ki, bu cür silahlar Ukraynaya gətirilsə onların yerləşəcəyi anbarlara zərbələr endiriləcək. Analitikin fikrincə, bu cür bombaları Ukraynanın müqavimət göstərə bilməyəcəyi "Oreşnik" hipersəs kompleksindən qoruya bilməz. Litovkin vurğulayıb ki, "Oreşnik" nüvə silahı və ya kütləvi qırğın vasitəsi deyil.
Bundan əvvəl "The National Interest" ABŞ-nin "B-61" nüvə bombalarını Ukrayna və ya Polşada yerləşdirə biləcəyini yazmışdı.
Vəli Həsənoğlu,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı
9 ay hamilə olduğunu bilmədi, 5-ci uşağı dünyaya gətirdi