Virus əleyhinə dərmanlar bütün xəstələrə niyə verilmir? - TƏBİB-dən AÇIQLAMA
Son vaxtlar koronavirusa yoluxanların sayında yenidən artım müşahidə olunur. Buna rəğmən karantin müddətinin vaxtı 14 gündən 7 günə qədər azaldılıb. Üstəlik, virusa yoluxan xəstələrə dövlət tərəfindən verilən bəzi dərman paketlərində virus əleyhinə preparatların olmaması xəstəliyin profilaktikası ilə bağlı təzadlı fikirlər yaradır.
Əsəd Beydullayev, pulmonoloq-həkim
KONKRET.az mövzunun aktuallığını nəzərə alaraq, TƏBİB-in mətbuat katibi Elnarə Baxışla əlaqə saxlayıb. O bildirib ki, "koronavirus xəstələrinə verilən dərman paketləri iki cürdür. Hər iki paketdə vitamin kompleksləri mövcuddur. Birində isə virus əleyhinə favipiravir var. Həmin paketlər də xəstəliyin ağırlıq dərəcəsinə görə təyin edilir. Belə ki, sahə həkimi əvvəlcə xəstənin vəziyyətini dəyərləndirir, daha sonra buna uyğun dərman paketi təyin olunur və xəstəyə təhvil verilir".
Pulmonoloq-həkim Əsəd Beydullayev isə KONKRET.az-a açıqlamasında bildirib ki, iki ildir davam edən koronavirus xəstəliyi özü haqqında yetərincə təsəvvür yaradıb: "Bütün sahələrdə bu virus haqqında bilgi toplanıldı. Məlum oldu ki, bəzi tədbirlər həqiqətən artıq idi. Məsələn, qripin 14 gün müddətində ortaya çıxması koronada da eyni müddətin tətbiqinə ehtiyac yaratmışdı. Lakin aparılan araşdırmalardan məlum olub ki, virus özünü 7 gün ərzində göstərir. Karantin müddətinin 7 günə qədər azaldılmasının səbəbi də bu ola bilər. Paketlərin içərisinə qoyulan dərmanların sayının azaldılmasını isə alqışlayıram. Çünki virusun müalicəsində ağır dərmanlardan istifadə etməyə ehtiyac yoxdur. Burada əsasən bədənin immunitetini qüvvətləndirən dərmanlar tətbiq edilməlidir. Bəzi ağır xəstələrə isə antiviral dərmanlar təyin olunur. Əgər iki paket təyin ediblərsə, bu doğru qərardır. Analizi pozitiv çıxan bütün xəstələrə şablon olaraq yüklü dərmanların verilməsi məntiqli deyil. Odur ki, xəstələrə individual yanaşılması doğrudur".
Həkim əlavə edib ki, 14 günlük karantin müddəti işləyən insanlara problem yaradırdı: "Araşdırmalar göstərdi ki, korona özü haqda daha tez məlumat verir. Ona görə də müddətin qısaldılması təqdirəlayiqdir. Omikron və digər ştamlar isə elə koronavirus deməkdir. Düşünürəm ki, yanaşma tərzində ciddi fərq olmayacaq. Yenə də ağır xəstələrə antiviral, virusu yüngül keçirən insanlara isə vitaminlər təyin olunmaqla müalicə aparılacaq. Xəstə sayının artması da əvvəlki kimi qorxulu olmayacaq. Çünki indi bütün həkimlər xəstəliyin müalicə yollarını öyrəniblər. Yəni əvvəllər tutaq ki, 2 min xəstəyə yüz həkim nəzarət edirdisə, indi bu işi bilən tibb işçilərinin sayı artıb. Ona görə də xəstə sayının çoxalması ajiotaj yaratmır. Sadəcə xəstəliyi normal qarşılayıb, bütün karantin qaydalarına əməl etməklə xəstəlikdən sığortalana bilərik".

Müşviq Tofiqoğlu,
Sevinc Paşayeva,
KONKRET.az

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Azərbaycanı Qarabağ məsələsinin həlli ilə bağlı təbrik edirəm... - Kadırov
Xankəndi Ultramarafonuna yekun vuruldu
Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Azərbaycanın MDB-də mövqeyi güclənir: 2027–2028-ci illər üçün mühüm qərar
Şahbaz Şərif İlham Əliyevə zəng etdi
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır
Bu maşınlar kəskin bahalaşdı - FOTO
Kamboca baş naziri Azərbaycana gəldi
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
İlham Əliyev və Ramzan Kıdırov "Bakı Ağ Şəhər"də olublar
"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto