"Vitamin çoxluğu xərçəng hüceyrələrinin yaranmasında böyük rol oynayır" - RƏY + FOTO

"Vitamin çoxluğu xərçəng hüceyrələrinin yaranmasında böyük rol oynayır" - RƏY + FOTO
"Vitamin azlığı bədən üçün nə qədər zərərli hesab olunursa, normadan çoxluğunun da ziyanlı tərəfləri var".
Bunu bir neçə gün öncə həkim-terapevt Zakir Quliyev Səhiyyə Nazirliyinin rəsmi "Instagram" səhifəsində canlı yayım zamanı bildirib.
Onun sözlərinə görə, vitaminlərdən ehtiyac oldu-olmadı qəbul etmək tövsiyə olunmur.
Vitaminlər sağlamlığımız üçün çox faydalı, əhəmiyyətlidir. Lakin hər şeyin çoxu zərərli olduğu kimi, vitaminlərin də çoxu zərərlidir. Bu baxımdan A, D, E və K vitaminlərini çox qəbul etdikdə bədəndə yığılır və "hipervitaminoz" deyilən vitamin çoxluğuna səbəb olur. 
Bəs görəsən, bu hansı xəstəliyin yaranmasına səbəb ola bilər? Ziyanlı tərəfləri hansılardır?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən terapevt Sübhan Hacıyevin sözlərinə görə, vitaminlərin əskikliyi necə xəstəlik yaradırsa, çoxluğu da fəsadlar yaradır:
"Vitaminlər insan orqanizminin özfəaliyyətini sürdürməsi üçün müəyyən miqdarda lazım olan üzvü maddələrdir. Vitaminlər yağda və suda həll olunanlar qrupuna bölünür. Yağda həll olunanlar A, D, E, K, suda həll olunanlar B və C qrup vitaminləridir. Əskiklik necə xəstəlik yaradırsa, çoxluğu da fəsadlara səbəb olur".
Həkim qeyd edib ki, B və C vitamin çoxluğu xərçəng hüceyrəsinin yaranmasında böyük rol oynayır:
"B və C vitaminləri ciddi allergik xəstəliklərə yol açır. Bununla yanaşı hüceyrələrin vaxtından tez bölünməsi və böyüməsinə yol açaraq xərçəng hüceyrəsinin yaranmasında böyük rolu var. Onkoloji xəstəliyi olan insanlara bu vitaminin köçürülməsi tövsiyə olunmur.
K vitamininin çox qəbulu damarlarda trombların çoxalmasına gətirib çıxarır. Beyin infarktına səbəb olur. D vitamini kalsium və fosfor mübadiləsini orqanizmdə tənzimləyir. Hüceyrə daxili kalsiumun çox olması əzələ spazması, qəbizlik, ürək döyüntülərinin artmasına yol açır. A vitaminin çox olması gözlərdə problem yaradır. Gözlərdə əzələ zəifliyi və görmə problemi yaradır. Kəskin baş ağrılarına səbəb olur. Vitamin çoxluğu həkimlər tərəfindən təyin edilib, müalicə olunmalıdır".
Terapevt həkim Abbas Bağırov qeyd edib ki, vitaminləri reseptsiz qəbul etmək olmaz:
"Orqanizmdə vitamin çoxluğu mübadilə pozulması ilə nəticələnir. Vitaminlərin nəzarətsiz qəbulu fəsadlara yol açır. Orqanizmdə ən çox A və D vitaminlərinin çoxluğuna rast gəlirik. Bəzən E və C-nin də artıq miqdarını müəyyən edə bilərik. Hər hansı bir infeksion xəstəlik zamanı insanlar özbaşına vitamin alırlar. Dozasına da baxmırlar. Preparatları qeyri-düzgün şəkildə qəbul edirlər. Sırf vitamin olduğu üçün fəsadlarını düşünmürlər".
A.Bağırov orqanizmdə vitamin çoxluğu yaradan qida məhsullarından danışıb:
"Qaraciyər, balıq yağı, xərçəng, krevetka məhsullarının içərisində həddən çox fosfor birləşmələri var. Fosfor və kalsium birləşmələrinin çoxluğu toksiki cərrahi proseslərə səbəb olur. Nevroloji proseslər yaradır.
Dərman vitaminlər uzun müddət qəbul olunsa, zəiflik və yorğunluq baş verəcək. Qaraciyər və dalağın böyüməsinə səbəb olur. Vitamin çoxluğu yaddaşın itməsinə də gətirib çıxara bilər".  
Həkim əlavə edib ki, E vitamininin həddən çox qəbulu prostat vəzi xərçəngi xəstəliyini yaradır:
 "Vitaminlərin normadan artıqlığı sümüyün mineral sıxlığını pozur. Sümüklər kövrəkləşir, sınmağa meyilli olur. B vitamini əsasən mədə-bağırsaq xəstəliklərinə yol açır. Hər birinin özünəməxsus əlamətləri var. Həkim müalicəsi almaq mütləqdir".
Qeyd edək ki, orqanizmdə C vitamini çatışmazlığı dəri və diş əti, A vitamini çatışmazlığı görmə, D vitamini çatışmazlığı sümük xəstəlikləri, B vitamini çatışmazlığı isə dəri və sinir sistemi pozğunluğuna gətirib çıxarır. D vitamini çoxluğu isə qanda kalsium səviyyəsinin artmasına və əzələ spazmaları, ürək döyünmələri, qəbizlik kimi problemlərə səbəb olur. Eyni şəkildə A vitamini çoxluğu da beyin təzyiqinin artması, əzələ zəifliyi, başağrısı, görmə problemləri ilə nəticələnir. Son vaxtlar aparılan araşdırmalara görə, yüksək miqdarda istifadə edilən E və C vitaminləri ağciyər xərçənginə yol açır.
Nəzrin Vahid

Maraqlı     Baxılıb: 418   Tarix: 13 mart 2023
f Paylaş

Oxşar xəbərlər

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO. ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, dişəbənzər kənarları olan qorxunc, nəhəng kəllə sümüyünün bir hissəsi aşkar edilib

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT. Avropada hər gün 10 min insanın ürək-damar xəstəliklərindən ölümünün əsas səbəbi həddindən artıq duz istehlakıdır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatını

Chevrolet Ehtiyyat Hissələri seçərkən baxmalı olduğunuz 5 Məqam

Chevrolet ehtiyyat hissələri avtomobilin texniki sağlamlığını qorumaq, təhlükəsiz hərəkətini təmin etmək və uzunmüddətli istifadəsini mümkün etmək baxımından əsas rol oynayır. Bu hissələrin keyfiyyətsiz və ya uyğun olmaya

Planetimizdə 22 kalibrli atışa tab gətirə bilən canlı tapıldı - FOTO

Planetimizdə 22 kalibrli atışa tab gətirə bilən canlı tapıldı - FOTO. Tədqiqatçılar qəddar təcrübə aparıblar və dənizin dərinliklərində yaşayan canlılardan birinin yaxın məsafədən 22 kalibrli atış zamanı sağ qala bildiyin

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO. Məşhur rusiyalı aktyor və yumorist Maksim Qalkinin arvadı Alla Puqaçovadan əvvəl kiminlə sevgili olduğ

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu. BMT Baş Assambleyası 25 may tarixinin Ümumdünya Futbol Günü elan olunması barədə qətnamə qəbul edib. Bu barədə beynəlxalq təşkilatın Mətbuat Xidməti məlumat yayıb. Qey

Yerə oxşayan yeni planet aşkarlandı - FOTO

Yerə oxşayan yeni planet aşkarlandı - FOTO. Alimlər bizdən nisbətən yaxın məsafədə - 55 işıq ili məsafəsində yerləşən "SPECULOOS-3b" adlı, ölçülərinə görə Yerə oxşayan daş planet aşkar ediblər. Araşdırma "Natur

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir. ABŞ-nin Stenford Universitetinin eksperti Ceyms Hallenbek bir insanın vəfat etməzdən əvvəl hisslərinin son mərhələsi haqqında danışıb. O qeyd edi

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO. "WhatsApp" daha bir yeniliklə istifadəçiləri sevindirir. Belə ki, mesencerin "iOS" əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratma


azerbaycan xeberleri son xeberler yeni xeberler maraqlı xəbərlər oxu.az xeberler cəbhədən son dəqiqə son xeberler bugun 2026 muharibe