Vüqar Bayramov: "Azərbaycan dövləti ölkənin və əhalinin zərər çəkməməsi üçün bütün resursları səfərbər edir"

Vüqar Bayramov: "Azərbaycan dövləti ölkənin və əhalinin zərər çəkməməsi üçün bütün resursları səfərbər edir"Azərbaycan dövləti ölkənin və əhalinin zərər çəkməməsi üçün bütün resursları səfərbər edir. Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması ondan xəbər verir ki, koronavirusun iqtisadiyyatımıza təsirlərinin minimumlaşdırılması Azərbaycan hökuməti üçün növbəti mərhələlərdə də prioritet olacaq.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması və bu fondun hesabına dövlət büdcəsindən 1 milyard manat vəsaitin köçürülməsi birmənalı şəkildə Azərbaycan Prezidentinin vətəndaşlara qayğısını nümayiş etdirir:
"Bu, eyni zamanda Azərbaycan Prezidentinin koronavirusun həm sahibkarlara, həm də ölkə vətəndaşlarının fəaliyyətinə göstərdiyi təsirlərin minimumlaşdırılması ilə bağlı siyasi iradəsini bir daha ortaya qoyur. Bu, ondan xəbər verir ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən siyasətin ana xəttini məhz vətəndaşlarımızın təhlükəsizliyi və onların sosial təminatının gücləndirilməsi təşkil edir".
V.Bayramov deyib ki, koronavirusun təsirlərinin minimumlaşdırılması ilə bağlı həyata keçirilən məhdudlaşdırıcı tədbirlər fərqli sektorlarda, o cümlədən turizm, xidmət, ictimai iaşə, nəqliyyat və loqistika sektorlarında çalışan sahibkarların fəaliyyətinə mənfi təsir göstərir:
"Koronavirusun təsiri nəticəsində xidmət, ictimai iaşə və turizm sektorunda çalışanların gəlirlərində azalmalar müşahidə olunur. Bu baxımdan yeni fondun formalaşmasında məqsəd sahibkarlara və vətəndaşlara dəyən ziyanın minimumlaşdırılması, onlara dövlət dəstəyinin daha da gücləndirilməsidir. Sahibkarlara dəyən ziyanın qiymətləndirilməsi ilə bağlı yaradılan işçi qrup fərqli sahələrdə çalışan sahibkarların fəaliyyətinə mənfi təsirlərin minimumlaşdırılması ilə bağlı fəaliyyət göstərir".
V.Bayramov əlavə edib ki, yalnız sahibkarlara deyil, məşğul əhaliyə dəyən ziyanın aradan qaldırılması da əsas prioritet məsələlərdəndir:
"Bu baxımdan işçi qruplardan birinin məhz məşğulluğa ünvanlanması, məşğulluq sahəsində koronavirusun təsirlərinin yaratdığı mövcud çətinliklərin müəyyən edilməsi və onların aradan qaldırılması ilə bağlı fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulur".
Deputat qeyd edib ki, yeni iş yerlərinin yaradılması üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin həcminin artırılması, sosial iş yerlərinin yaradılması da hədəf olaraq qalır.
V.Bayramov Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahın proseslərə çevik reaksiya verməsini təqdirəlayiq hesab edir:
"Bu, ondan xəbər verir ki, bütövlükdə bu siyasətin məqsədi koronavirusun ölkəmizə, vətəndaşlarımıza təsirlərinin minimumlaşdırılmasına nail olmaqdır. Nazirlər Kabineti sahibkarlar üçün yeni dəstək paketi hazırlayır. Dəstəyin gücləndirilməsi ilə bağlı təkliflərdə də məhz fərqli sektorlarda fəaliyyət göstərən sahibkarlar üçün yeni dəstək mexanizminin tətbiqi nəzərdə tutulur. Koronavirusun Azərbaycan sahibkarlarına, eləcə də vətəndaşlarımıza təsirlərinin minimumlaşdırılması əsas hədəfdir".
Milli.Az  /news.milli.az

İqtisadiyyat       Tarix: 23 mart 2020
f Paylaş

Oxşar xəbərlər

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

"Crystal Group of Companies" ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi

Son günlər bəzi media resurslarında "Crystal Group of Companies" ASC-nin külli miqdarda vergi borcunun olması ilə bağlı həqiqətə uyğun olmayan məlumatların yayılması şirkətin etirazına səbəb olub. "Crysta

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi


son xeberler azerbaycan xeberleri yeni xeberler valyuta mezennesi 2026 son xeber 2026 xəbərlər.com hava haqqinda