Vüqar Səfərlinin məhkəməsində mübahisə oldu

Vüqar Səfərlinin məhkəməsində mübahisə olduBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə məhkəmə iclası davam etdirilir.
Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə ilk olaraq Səbail rayonu Bibiheybət qəsəbəsində sahə rəisi işləyən təqsirləndirilən şəxs Namiq Hacıyev ifadə verib.
N.Hacıyev ifadəsində özünü verilən ittihamla günahkar hesab etmədiyini bildirərək layihə əsasında ona verilən göstərişləri yerinə yetirdiyini deyib:
"Layihə sənədlərinə uyğun olaraq öz işimi icra etmişəm. Tikinti zamanı bir dəfə belə bir hal oldu ki, iki blok üçün beton verilməmişdi. Bununla bağlı sifarişçiyə məktub yazdıq. Ordan bizə dedilər ki, onu əvəzləmək üçün parket əvəzinə laminatdan istifadə ediləcək. Bununla da beton və armatur çatışmazlığı həll olunacaq.
Bundan başqa, bir dəfə də binada pəncərə altlarına mərmər vurulmalı idi. Ustalar dedi ki, mərmər orada sınıb-töküləcək. Sonra pəncərəaltlarına plastik vuruldu. Həmin mərmər isə liftlərin yanına vurduq. Yəni yeyinti olmadı".
İfadə verən təqsirləndirilən şəxs Ədalət Vəliyev bildirib ki, o "Portos" MMC-nin direktoru işləyib: "Mənim heç nədən xəbərim olmayıb. Mən şirkətə direktor təyin edilmişəm. Ayda 501 manat əmək haqqı almışam. Binanın tikintisindən və yeyintidən xəbərim yoxdur. Mən latın qrafikasında yazıb oxuya bilmirəm, heç nədən xəbərim yoxdur".
Daha sonra hakim sual vermək üçün barəsində həbs-qətimkan tədbiri seçilən Nadir Məmmədova söz verib. Nadir Məmmədovla Ədalət Vəliyevin üzləşməsi zamanı məhkəmədə mübahisəli anlar yaşanıb.
N.Məmmədovun isə düzələn zaman səni "Asan Xidmət"ə kim aparıb sualına Ədalət Vəliyev "siz aparmısız" deyə cavab verib.
Bu cavabdan sonra Nadir Vəliyevin əsəblərini cilovlaya bilməyib:
"Yalan deyirsən, sən mənimlə gedə bilməzdin. Vicdanın olsun! Sənə göstəriş verən adam mənimlə danışmamağı tapşırmışdı. Sən 32 milyonu hardan alıb ödəmisən?"
Ədalət Vəliyev isə ziyan əvəzinə 1 milyon manat və 35 milyonluq əmlak verdiyini deyib.
Vəkillərin həmin əmlak səndə hardan idi, əmlak harda yerləşir suallarına isə Ə.Vəliyev cavab verə bilməyib.
Proses noyabrın 12-si davam etdiriləcək.
Qeyd edək ki, cinayət işi üzrə Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.
Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2020-ci il aprelin 4-də imzaladığı sərəncamla Vüqar Səfərli KİVDF-nin İcraçı direktoru vəzifəsindən azad edilib.
O, 2021-ci il yanvarın 14-də həbs olunub və barəsində cinayət işi açılıb.
 ///Report

Sosial       Tarix: 11 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

Azərbaycanda bu məhsullar bahalaşdı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzr


son xeberler azerbaycan xeberleri yeni xeberler cebheden xeber cəbhədən son durum hava son xəbərlər