Vüsal Qasımlı: "İqtisadiyyatın "kölgə"dən çıxarılması büdcə gəlirlərinin əsas artım mənbəyidir"

Vüsal Qasımlı: "İqtisadiyyatın "kölgə"dən çıxarılması büdcə gəlirlərinin əsas artım mənbəyidir"2020-ci ilin altı ayında dövlət büdcəsinin icrasına (operativ) dair məlumat Maliyyə Nazirliyi tərəfindən təqdim edilib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı operativ məlumatı şərh edərkən, əsas diqqəti "kölgə iqtisadiyyatı" ilə mübarizəyə yönəldib.
Onun sözlərinə görə, Azərbaycanda iqtisadiyyatın leqallaşması prosesi gedir: "Bu ilin ilk yarısında iqtisadiyyatın 2,7 faiz geriləməsinə baxmayaraq, dövlət büdcəsinin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 15,5 faiz artıb. ÜDM deflyatorunu da nəzərə alsaq, büdcə gəlirlərinin artımı daha çox iqtisadiyyatın "ağardılması" ilə bağlıdır. Bu ilin ilk yarısında vergi orqanları proqnoza 326,6 milyon manat və ya 8,9 faiz çox əməl ediblər. Özü də qeyri-neft sektorundan vergi daxilolmaları 367,7 milyon manat və ya ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz çox olub. Pərakəndə ticarət dövriyyəsi 1,8 faiz və əhaliyə göstərilən ödənişli xidmətlər 19,2 faiz azaldığı halda, bu sahələrdən vergi daxilolmaları artır. İqtisadiyyatın kölgədən çıxarılması tikinti və ictimai iaşə sahələrində də davam edir. Elektron qaimə dövriyyəsinin, ƏDV depoziti hesabına mədaxilin, özəl sektorun banklardakı manatla cari hesablaşma hesabının qalığının, qeyri-neft sektorunun özəl bölməsində əməkhaqqı fondunun və elektron ticarətin həcminin artması da "kölgə iqtisadiyyatı"nın həcminin azalmasına dəlalət edir."
Vüsal Qasımlı bildirib ki, bu ilin altı ayında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 2019,3 milyon manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 98,1 milyon manat və ya 5,1 faiz çoxdur: "Hansı ki, bu müddətdə xarici ticarət dövriyyəmiz də azalıb. Ötən ilki monetar qızıl idxalını nəzərə almasaq, bu ilin ilk altı ayında idxalımız 5,2 faiz azalıb, qeyri-neft üzrə ixracımız isə 911 milyon dollar olumaqla 67,5 milyon dollar az olub. Azalan xarici ticarət dövriyyəsi fonunda gömrük orqanlarının xəttilə büdcə daxilolmalarının artması bilavasitə bu sahədəki şəffaflaşma və leqallaşma ilə bağlıdır."
V.Qasımlı qeyd edib ki, pandemiya şəraitində büdcə daxilolmalarının artması Prezident İlham Əliyevin rəhbərliyilə aparılan vergi-gömrük islahatları ilə bağlıdır və bu ilki vergi islahatlarında əsas məqsəd hamıya bərabər şəraitin yaradılması, vergi inzibatçılığının təkmilləşdirilməsi və vergi yükünün yüngülləşdirilməsidir: "2020-ci ildə vergi islahatlarının bəzilərini qeyd edək: sabit qəbz almaqla vergi ödəyən fiziki şəxslərin sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğinin azaldılması, yem və yem əlavələrinin satışı üzrə dövriyyələrin ƏDV-dən azad edilməsi, dövlət büdcəsindən ödənilən ixrac təşviqinin vergidən azad edilməsi, yeni nəsil nəzarət-kassa aparatına çəkilən xərclərin vergi öhdəlikləri ilə əvəzləşdirilməsi, yeni tikilən binalardan dövlətə ayrılan hissəyə güzəştin verilməsi, sənaye və texnologiyalar parklarının rezidentlərinə verilən vergi güzəştlərinin müddətinin 7 ildən 10 ilədək artırılması və s. Pandemiya şəraitində müvəqqəti vergi rejiminin qəbulunda məqsəd vergi yükü azaldılmaqla, həmçinin inzibati prosedurlarda güzəştlər və tətillər verilməklə vergi sisteminin və inzibatçılığının çevikliyinin qorunması, sahibkarlıq subyektləriinə stabil fəaliyyətinin təmin edilməsi və şəffaflığın artırılmasıdır. Məcburetmə prinsipindən könüllü riayətə keçid baş verir, heç kimə "imtiyaz" tanınmaması rəqabət mühitini yaxşılaşdırır və iqtisadiyyatı gücləndirir. Beləliklə, ədalətli vergi rejimi həm də rəqabəti və iqtisadi artımı stimullaşdırır və yenidən bu yolla vergi bazasını genişləndirir. Vergi-gömrük siyasəti və iqtisadi artım arasında "müdrik çevrə" yaranır. Ödəyici verginin ədalətliliyinə nə qədər çox inansa, bir o qədər də intizamlı olacaq. Vergi ədalətə bağlıdır."
Vüsal Qasımlı iqtisadiyyatın leqallaşması nəticəsində əldə olunan gəlirlərin Prezident İlham Əliyevin tapşırığı əsasında ilk növbədə əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəldiyini bildirib: "Bu ilin ilk altı ayında dövlət büdcəsi xərclərinin 42,5 faizi və ya 4984,4 milyon manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26,1 faiz və ya 1030,7 milyon manat çoxdur."
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 23 iyul 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Alimentin artırılması boşanmaların sayına necə təsir edəcək?

2027-ci il yanvarın 1-dən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması təklif olunur. Bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsind

Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR

Bu ilin 22–24 oktyabr tarixlərində Quba Palace Hotel-in nəzdində fəaliyyət göstərən Azərbaycan Milli Qolf Klubunda TURAN CUP silsiləsindən olan növbəti beynəlxalq qolf turniri keçirilib. xəbər verir ki, TURAN CUP 2026 Beynəlxal

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

İpoteka krediti qaydaları dəyişdi

Azərbaycanda ipoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edilib. xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondu məlumat yayıb. Dəyişikliyə əsasən, Fondun satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsind

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi


azerbaycan xeberleri son xeberler yeni xeberler en son xeber sonxeber az şou biznes xəbərləri metbuat