Vyaçeslav Trubnikov: "Pandemiyadan sonra dünya çoxqütblü olacaq" - MÜSAHİBƏ

Vyaçeslav Trubnikov: "Pandemiyadan sonra dünya çoxqütblü olacaq" - MÜSAHİBƏVyaçeslav Trubnikov: "Pandemiyadan sonra dünya çoxqütblü olacaq" - MÜSAHİBƏ
Dünyada koronavirus pandemiyasının başladığı Çin böhrandan birinci çıxdı. Bu da "Pax Sinica"nın (Çin əsri, Çin siyasi və iqtisadi təsirinin böyümə dövrünü göstərən bir neologizmdir) gəldiyini söyləməyə əsas verir. Çinşünas araşdırmaçı Temur Umarov Karneqi Moskva Mərkəzinin saytındakı məqaləsində Çin təsirinin, məsələn, Orta Asiya ölkələrində artmasının narahatlıq hissi yaratdığını qeyd edib.
Çinin həqiqətən ticarət, investisiya və infrastruktur layihələrində böyüməsi nəzərə çarpır.
Rusiyanın tanınmış dövlət xadimi, ordu generalı, Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin keçmiş direktoru (1996-2000-ci illər), Rusiya Federasiyası Xarici İşlər nazirinin birinci müavini (2000-2004-cü illər), Rusiya Federasiyasının Hindistandakı fövqəladə və səlahiyyətli səfiri (2004- 2009-cu illər), Yevgeni Primakov adına Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun baş elmi işçisi, Rusiya Qəhrəmanı Vyaçeslav Trubnikov Media.Az-a bununla bağlı müsahibə verib.
- "Koronavirusdan sonrakı dövr"də Çin erasının - "Pax Sinica"nın gələcəyinə dair bir çox məqalələr nəşr edilir. Eyni zamanda, Çinin təsirinin Cənubi Qafqaz da daxil olmaqla bir çox ölkələrə və bölgələrə yayılacağı deyilir.
- Hələ ki dünyada güc tarazlığının dəyişməsinin vacib əlamətlərini görmürəm. Hər bir ölkə öz problemləri ilə, ilk növbədə təhlükəsizliyi ilə maraqlanır. Geosiyasi ambisiyalara gəlincə, inanmıram ki, bunun üçün əlverişli zamandır. Birbaşa "Pax Sinica"ya gəldikdə, düşünürəm ki, uydurma bir problemdir. Hər halda, bu hələ mövcud deyil.
- Bəs COVID-19 pandemiyası başa çatdıqdan sonra dünyada vəziyyət necə olacaq? Qərb artıq birliyin olmamasını nümayiş etdirir.
- Dünyanın çoxqütblü olacağına şübhə etmirəm.
- Hansı qütb Azərbaycana yaxın olacaq, bu barədə nə düşünürsünüz?
- Bu barədə danışmaq hələ tezdir. Yarana biləcək qütblərin, güc mərkəzlərinin konfiqurasiyası hələ məlum deyil. Pandemiya bitdikdə hər bir ölkənin böhrandan necə çıxdığı müəyyənləşdikdən, xüsusilə iqtisadi vəziyyətindən sonra bu barədə düşünə bilərik. Siyasət isə iqtisadi gücün kimdə olmasından və kimin onu qoruya biləcəyindən asılıdır. Mənə elə gəlir ki, indi gələcəyin görünüşünü yaratmağa dəyməz. Bunlar heç bir əsası olmayan süni cəhdlərdir. Bu gün dünyanı narahat edən məsələ bu deyil.
Ümumiyyətlə, hər hansı bir yeni siyasi konfiqurasiya yaratmaq üçün heç bir səbəb görmürəm. Azərbaycan öz milli, praqmatik maraqlarını rəhbər tutmalıdır. Bəzi məsələlərdə digər ölkələrlə ortaq əlaqə nöqtələrini tapmaq olar. Bir daha deyirəm, bütün bunlar dünya ölkələrinin pandemiyadan necə çıxacağından asılıdır. /oxu.az

Siyasi       Tarix: 18 aprel 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

"Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərl

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Rusiya sentyabrın 29-dan fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul çıxarmasını qadağan edib. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğdən asılı olmayara

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Britaniya səfiri İran XİN-ə çağırılıb

Britaniyanın İrandakı səfiri Hüqo Şorter İran Xarici İşlər Nazirliyinə çağırılıb. -ın  APA-ya istinadən məlumatına görə, diplomat Britaniya hökumətinin İrana qarşı davamlı destruktiv siyasəti ilə bağlı İranın kəskin etiraz

Hörmüz boğazında neft tankerlərinə hücum edilib

Sentyabrın 29-da Hörmüz boğazından Liberiya bayrağı altında keçən üç neft tankerinə naməlum qüvvələr tərəfindən mərmilərlə zərbə endirilib. xəbər verir ki, bu barədə "Marisks" gəmiçilik analitikası xidmətinə istinadl


son xeberler azerbaycan xeberleri yeni xeberler idman xeberleri maliyye xeberler bugun novruz bayramı sou biznes