"WhatsApp"dan qısqanc insanlar üçün "hədiyyə" - FOTO
"WhatsApp"dan qısqanc insanlar üçün "hədiyyə" - FOTO
"WhatsApp" bir neçə cihazda istifadəni çətinləşdirən əsas çatışmazlıqlardan birini həll edib. Belə ki, artıq populyar mesenceri bir hesabdan eyni anda bir neçə smartfonda istifadə etmək mümkündür.
Bunun üçün ikinci cihazda nömrənin qeydiyyatı səhifəsində ekranın yuxarı sağ küncündə yerləşən üç nöqtənin üzərinə vurub "Mövcud hesabla bağlamağ"ı seçməlisiniz. Sonra əsas smartfonu götürməli, "WhatsApp"ın əsas səhifəsində üç nöqtəni vurmalı və "Əlaqəli cihazlar" bölməsini seçməli, sonra isə ikinci smartfonda görünən QR kodunu skan etməlisiniz.
Beləliklə, istifadəçilər eyni anda birdən çox cihazdan, o cümlədən fərdi kompüterdən, planşetdən və ikinci "Android" smartfonundan mövcud hesablarına daxil ola bilərlər.
Yeni "Companion" rejimi artıq "Android" cihazlarında mesencerin beta versiyasının istifadəçiləri üçün əlçatandır.
Sabit quruluşda və "Apple" cihazlarında yeni funksiyanın görünmə tarixi hələ bildirilməyib.
Yenilik istifadəçilər tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, bəziləri bu funksiyanın onların işini asanlaşdıracağını desələr də, digərləri təhlükəsizlik baxımından narahatlıqlarını dilə gətiriblər. Funksiyanı zarafatla qarşılayanlar da olub: onların fikrincə, yenilik sevgililərini qısqanan insanlar üçün "hədiyyə"dir.
Mənbə: Gazeta.ru / oxu.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR