Xalq artisti gəlininin vəziyyətindən danışdı - AÇIQLAMA + FOTO

Xalq artisti gəlininin vəziyyətindən danışdı - AÇIQLAMA + FOTOXalq artisti gəlininin vəziyyətindən danışdı - AÇIQLAMA + FOTO
Xalq artist Mələkxanım Eyubova gəlininin səhhəti ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Məsələ ilə bağlı məlumat almaq üçün Oxu.Az-ın əməkdaşı Xalq artist Mələkxanım Eyubova ilə danışıb.
Xatırladaq ki, ötən günlərdə Mələkxanım Eyubovanın oğlu Cəfər Nəcəfov "Instagram" hesabında yoldaşının səhhəti ilə bağlı paylaşım edib. O, həyat yoldaşında böyrək çatışmazlığı yarandığını, həyati təhlükəsi olduğunu deyib. Heç bir təcili yardım qəbul etmədiyini vurğulayıb.
Xalq artisti ailə problemləri ilə gündəmdə olmağı sevmədiyini dilə gətirib:
"Ümumiyyətlə, bir neçə gündür ki, bizi sevən dostlarımız, sənətimə hörmət edən insanlar çox narahat olublar. Əslində bu, hər bir kəsin evində yaşana biləcək problemdir. Lakin sənət adamı olduğumuz üçün bu problemlər də işıqlanır. Hətta bəzən insanlar buna qıcıqlanırlar. Dilə gətirirlər ki, "niyə müğənnilərin ailələrini işıqlanıdırırsınız?" Demək lazımdır ki, bu insanlar ömürlərini sənətə fəda ediblər. Hər birinin ailəsində olan problemlər insanları narahat edir. Bu işlər baş verir.
Mən 40 ildir ki, sənətdəyəm. Hər zaman gündəmdə olmuşam. Lakin heç bir problemimi bölüşməmişəm. Yazmamışam, bildirməmişəm. Yalnız sevincimi bölüşə bilərəm".
Xanəndə oğlunun şok vəziyyətdə paylaşım etdiyini söyləyib:
"Sadəcə oğlum şok vəziyyətində idi. Gəlinimin iki böyrəyinin birdən-birə sıradan çıxması onu bu vəziyyətə saldı. Gecə bizi heç bir xəstəxana qəbul etmədi. Çox ağır olduqlarını bildirdilər. Siz həkimsiniz, borcunuzdur ki, hər bir kəsə o yardımı edəsiniz. Onlar xəstəyə yaxın durmadılar. Bu nə dərəcədə düzgündür? Oğlum o vəziyyətdə paylaşım edib. Tanınmış bloqerdir. Tanınmış insan olduğu üçün sürətli şəkildə yayıldı. Hər kəs bildi. Mən kimisə narahat etmək istəməzdim. Şükürlər olsun ki, kritik vəziyyətdən çıxıb. Artıq 70 faiz öz sağlamlığına qovuşub.
Yardım istəyən şəxs deyiləm. Bütün sənət dostlarım sağ olsunlar. Hər kəs mənəvi dəstəyini, doğmalığını nümayiş etdirdi. 4 gündür ki, stresdəyik. Heç kəs ilə kəlmə belə kəsməmişəm".
M.Eyubova gəlininin hələ də reanimasiyada olduğunu əlavə edib:
"Hələ də reanimasiyadadır. Bir-iki günə, inşallah, palataya köçürüləcək. Sonrakı prosesləri açıqlamaq istəmirəm. Allahın izni ilə yaxşı olacaq. Allah heç bir insanı darda qoymasın. Allah heç kəsə vaxtsız qıymasın. Hər kəsin balası salamat olsun. Həkim gələcəyi üçün heç bir qorxusu olmayacağını bildirdi. Heç bir övlad anasız, atasız qalmasın.
Onu dualar saxladı. Allah izn verərsə, olar. Allahım izn verdi ki, o, bu gün öz sağlığına qovuşdu. Yalnız zəng edənlərə deyirdim ki, dua edin. Göydə Allah, yerdə dualar onu qorudu".
Qeyd edək ki, Mələkxanım Eyubovanın Cəfər və Nicat adlarında iki oğlu, Nəzrin və Nərmin adlarında iki qızı var. Cəfər Nəcəfov ailəlidir, bir qız atasıdır.
Xalq artisti gəlininin vəziyyətindən danışdı - AÇIQLAMA + FOTONəzrin Vahid

Maraqlı       Tarix: 02 may 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Yerə oxşayan yeni planet aşkarlandı - FOTO

Yerə oxşayan yeni planet aşkarlandı - FOTO. Alimlər bizdən nisbətən yaxın məsafədə - 55 işıq ili məsafəsində yerləşən "SPECULOOS-3b" adlı, ölçülərinə görə Yerə oxşayan daş planet aşkar ediblər. Araşdırma "Natur

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO. "Mən 23 yaşıma qədər evdən çıxmırdım. Ev şəraitinə öyrəşmişdim. Rahatlığımı pozmurdum. Ancaq keçmişdə ilişib qalma

Ucuz generator almağın hansı riskləri var?

Ucuz generator dedikdə bazarda eyni güc kateqoriyasında olan digər modellərlə müqayisədə daha aşağı qiymətə təklif edilən generatorlar nəzərdə tutulur. Bəzi hallarda sadə funksiyalara malik modellər daha münasib qiymətl

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb. Tədqiqatçılar karbon qazı və digər istixana qazlarını udan yeni növ məsaməli material hazırlayıblar. Bu barədə "Science Alert" nəşrində dərc olunan məqaləd

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO. Rusiyada ayağına mismar batan uşaq faciə yaşayıb - onda yaddaşsızlıq yaranıb və saçları ağarmağa başlayıb. Dəhşətli hadisə orenburql

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR. Son elmi araşdırmalara görə, tərkibində yüksək şəkər olan şirniyyatlar müvəqqəti olaraq enerjini artırsa da, yekun nəticədə konsentrasiyanı azalda bilər. Yaddaş və konsentrasiyan

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi. İspaniyada dünyada ilk dəfə olaraq insanlarda onlarla siçovul hepatiti E-yə yoluxma halı müəyyən edilib. Bu barədə "El Pais" qəzetində yazı dər


yeni xeberler son xeberler azerbaycan xeberleri bu gunun xeberleri en son xeberler bu gun bugunun xeberleri son xeberler az