Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır14 avqustda Rumıniyada rəsmi səfərdə olan Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubovun rəhbərlik etdiyi nümayəndə heyətinin bu ölkənin Maramureş vilayətinin paytaxt şəhəri Baia Marenin meri İoan Doru Denkuş ilə görüşü keçirilib.
KONKRET.az xəbər verir ki, görüşdə Baia Mare və Xankəndi şəhərləri arasında əlaqələrin qurulması və inkişafı, birgə layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsi və digər qarşılıqlı fayda doğuran məsələlər müzakirə mövzusu olub.
Baia Marenin meri İoan Doru Dencuş Azərbaycan, o cümlədən Qarabağ bölgəsi ilə əlaqələrin inkişafı üçün konkret istiqamətlərin müəyyənləşdirməsini, Azərbaycan şirkətləri ilə tərəfdaşlıq əlaqələrinin qurulmasını və qarşılıqlı investisiya imkanlarının dəyərləndirməsini təklif edib. O, Qarabağ regionu ilə həmçinin mədəni, humanitar və idman sahələrində əməkdaşlığa maraqlı olduqlarını bildirib.
Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov qarşı tərəfə dəvətə görə təşəkkürünü bildirərək, Xankəndi şəhərinin coğrafi yerləşməsi, füsunkar təbiəti və zəngin irsi baxımından Baia Mare şəhərinə oxşarlıqlarından söz açıb. O, həmçinin Azərbaycanın Qarabağ regionunun paytaxtı olaraq aparıcı rolunu vurğulayaraq, Xankəndi şəhərinin 270 illik zəngin tarixə malik olduğunu, 30 ildən artıq Ermənistan tərəfindən işğalda saxlanıldığını və Azərbaycan Ordusunun lokal xarakterli antiterror tədbirləri nəticəsində 2023-cü ilin sentyabr ayında azad olunduğu qarşı tərəfə çatdırıb. Bunda əlavə, Elçin Yusubov Qarabağda həyata keçirilən iri miqyaslı tikinti, quruculuq və infrastruktur lahiyələri barədə söz açaraq, xarici investorlar üçün bölgədə yaradılan geniş imkanlardan danışıb. "Qarabağda həyata keçirilən miqyaslı layihələr uzunmüddətli strateji baxımından bütün region ölkələri, o cümlədən Avropa ölkələri üçün fayda daşıyır"- deyə, o qeyd edib.
Bundan əlavə, E.Yusubov Rumıniya tərəfini Azərbaycana, xüsusən Qarabağa rəsmi səfərə dəvət edib.
Görüşdə tərəflər Baia Mare və Xankəndi şəhərləri arasında qardaşlaşma haqqında sazişin imzalanması barədə razılığa gəliblər.
14 avqustda Rumıniyada rəsmi səfərdə olan Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubovun rəhbərlik etdiyi nümayəndə heyətinin Rumıniyanın Maramureş regionunun rəhbəri Qabriel-Valer Zatea ilə görüşü keçirilib.
Görüşdə Azərbaycan ilə Rumıniya arasında əlaqələrin inkişafı, xüsusən Qarabağ və Maramureş regionları arasında müxtəlif sahələri əhatə edən geniş əməkdaşlığın qurulması müzakirə mövzusu olub.
Görüş zamanı Azərbaycan tərəfi Rumıniyanın Maramureş regionu ilə əməkdaşlığa açıq olduğunu bildirərək, iqtisadi və investisiya sahələrini dəyərləndirmək məqsədilə, əlaqələrin inkişafı məqsədilə Maramureş regionunun rəhbəri Qabriel-Valer Zateanı Qarabağa rəsmi səfərə dəvət edib. Səfər çərçivəsində Qarabağda və Maramureşdə qarşılıqlı regionların günlərinin keçirilməsi, iki regionun iş adamlarının iştirakı ilə biznes forumun təşkili müzakirə olunub.
Rumıniyanın Maramureş regionunun rəhbəri Qabriel-Valer Zatea dəvəti qəbul edərək, regional səviyyədə əməkdaşlığın inkişafının iki ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsinə töhfə verəcəyini bildirib. O, rəhbərlik etdiyi regionda həyata keçirilən layihələrdə Azərbaycan sərmayəçilərinin iştirakına böyük maraq göstərdiyini qeyd edib.
E.Yusubov öz növbəsində Azərbaycanın Avropa ölkələri ilə əməkdaşlığın, xüsusən strateji tərəfdaşlıq ələqələri olan Rumıniya ilə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinin önəmini vurğulayıb. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Qarabağın 30 ildən artıq davam edən işğaldan azad olunmasını və regionda dayanıqlı sülh və sabitlik mühitinin bərqərar olmasını tarixi nailiyyət kimi qiymətləndirib.



Siyasi       Tarix: 15 avqust 2026
f Paylaş

Oxşar xəbərlər

Türkiyənin ana müxalifət partiyası parçalanır? - İstefalar dayanmır

Türkiyənin Cümhuriyyət Xalq Partiyasında (CHP) parlamentdə qəbul edilən "Çərçivə qanunu"na verilən dəstəkdən sonra ilk istefa baş verib. Belə ki, CHP Çorum İl Qadın Qollarının rəhbəri Özlem Özşahin vəzifəyə təyi

Boris Conson ittihamları rədd etdi

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson onun 2022-ci ilin aprelində Kiyevə etdiyi səfərin Rusiya ilə Ukrayna arasında sülh danışıqlarını pozması iddialarını qəti şəkildə rədd edib və bunları "tam və mütlə

Naxçıvanda təmir ediləcək yolların - Siyahısı

Xəbər verdiyimiz kimi, Prezidentin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası ərazisindəki bir sıra yolların əsaslı təmir olunmasına vəsait ayrılıb. Naxçıvanda təmir olunacaq kəndlərarası, şəhər və kəndlər ərazilərindək

XİN Kolumbiyaya başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Kolumbiyada baş verən zəlzələ ilə bağlı başsağlığı verib.  xəbər verir ki, bu barədə nazirliyin sosial media hesabında paylaşım edilib. Zəlzələ nəticəsində həlak olanların ailələrinə və yaxınların

Elçin Quliyevə müavin təyin edildi - FOTO

General-leytenant Araz Məmmədov Dövlət Sərhəd Xidməti rəisinin müavini, Sərhəd Qoşunları komandanı vəzifəsindən azad edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə müvafiq Sərəncam imzalanıb. Genera

İran: ABŞ blokadanı davam etdirsə, Hörmüz boğazı təhlükəsiz olmayacaq

İran ABŞ-nin dəniz blokadasını davam etdirməsi halında Hörmüz boğazının təhlükəsiz keçid marşrutu olmayacağını açıqlayıb. xarici mətbuata istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqay

Prezidentin Naxçıvan səfəri: Zəngəzur dəhlizinə strateji baxış

2026-cı il avqustun 11-də Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına 17-ci səfəri çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibə təkcə səfərin yekunlarının təqdimatı deyil, həm də Azərbaycanın orta v

Putin qəti tapşırıq verib: NATO daxildən məhv edilməlidir

Vladimir Putin Rusiya xüsusi xidmət orqanlarına 2026-cı ilə qədər NATO və AB-ni daxildən məhv etməyi tapşırıb. KONKRET.azxəbər verir ki, bu barədə "Nyu York Tayms" məlumat yayıb. "Qərbin Vladimir Putinin onlar

Türkiyədən son dərəcə maraqlı ANONS – Azərbaycan və Ermənistan orduları…

Türkiyənin xarici işlər naziri Hakan Fidanın Qafqaz ölkələri ilə "Məkkə sazişi" tipli sənədin imzalanmasının mümkünlüyü ilə bağlı açıqlaması ətrafında müzakirələr davam edir. Sitat:. "Məsələn, Azərbaycanla Ermənistan yeku


son xeberler yeni xeberler azerbaycan xeberleri hava proqnozu xabarlar son xeberler bugun dunya xeberleri