Xarici investorlar növbəti dəfə "Bank Respublika"nı seçir

Xarici investorlar növbəti dəfə Ölkənin ən böyük kommersiya banklarından biri olan Bank Respublika və Hollandiya Sahibkarlığın İnkişafı Bankı (FMO) arasında yeni kredit müqaviləsi imzalanıb.
Azxeber.com xəbər verir ki, müqaviləyə əsasən Banka 10 milyon ABŞ dolları məbləğində kredit ayrılacaq və vəsaitlər milli valyutada təqdim ediləcək.
3 il müddətinə ayrılacaq kredit ölkədə aqro, mikro, kiçik və orta sahibkarlıq fəaliyyətinin, həmçinin, gənc biznesmenlərin və qadın sahibkarların daha sərfəli şərtlərlə maliyyələşdirilməsinə yönəldiləcək. Cəlb olunmuş vəsait "Bank Respublika"nın geniş filial şəbəkəsi sayəsində Azərbaycanın bütün regionlarda fəaliyyət göstərən sahibkarlara dəstək göstərilməsinə şərait yaradacaqdır.
"Hollandiya Sahibkarlığın İnkişafı Bankının Azərbaycanda əsas tərəfdaş kimi "Bank Respublika"nı seçməsi bankımızın dayanaqlığına və etibarlılığına verilən yüksək qiymət olaraq dəyərləndiririk. Cəlb olunan vəsait, bizim üçün prioritet sahə olan real sektora, xüsusən də kiçik və orta sahibkarlığa kredit dəstəyini gücləndirməyə, bununla da ölkənin qeyri-neft sektorunun inkişafına töhfə verməyə imkan verəcəkdir", deyə Bank Respublikanın İdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd edib.
"Daimi tərəfdaşımız olan Bank Respublika ilə olan yeni kredit sazişi sayəsində, biz Azərbaycanda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən kiçik və orta biznesi, eləcə də gənc iş adamlarını və qadın sahibkarları dəstəkləməkdən məmnunluq hissi duyuruq. Davamlı iqtisadi böyüməni təmin etmək və dəstəyə ehtiyac duyan sahibkarlara və bizneslərə inkişaf etmək üçün lazımi maliyyə vəsaitlərini təqdim etmək FMO-nun hədəfləri ilə tamamilə uyğun gəlir." deyə FMO-nun İnvestisiyalar üzrə direktoru Huib-Jan de Ruijter qeyd edib.
Bank Respublika - 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı beş bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə qurumları - DEG İnvestisiya Korporasiyası (KfW və SIDT bank qrupunun üzvü) və Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var.
Hollandiya Sahibkarlığın İnkişafı Bankı (FMO) - aparıcı impakt-investor olaraq, iddialı layihələrə və sahibkarlara investisiya qoyaraq inkişaf etməkdə olan ölkələrdə və inkişaf etməkdə olan bazarlarda özəl sektorun davamlı böyüməsini dəstəkləyir. FMO, güclü bir özəl sektorun iqtisadi və sosial inkişafa yol açdığına inanır və insanlara bacarıqlarını istifadə etmək və həyat keyfiyyətlərini yüksəltmək üçün 50 illik təcrübəsi var. Təşkilat inkişafa böyük təsir göstərən üç sektorda ixtisaslaşır: maliyyə qurumları, enerji və aqrobiznes, qida və su. FMO, 85 ölkəni əhatə edən 9.7 milyard avro öhdəlik portfelinə sahib özəl sektorun inkişafı üzrə dünyanın ən böyük ikitərəfli banklarından biridir.

İqtisadiyyat       Tarix: 03 iyun 2021
f Paylaş

Oxşar xəbərlər

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən görüntülər hava durumu bu gune olan xeberler sou biznes