Xarici işlər nazirinin müavini Mərakeşdə səfərdə olub

Xarici işlər nazirinin müavini Mərakeşdə səfərdə olub27-29 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayev Mərakeş Krallığında səfərdə olub.
azxeber.com-un xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, 27 noyabr tarixində nazir müavini Rabat şəhərində yerləşən Mərakeş Diplomatik Araşdırmalar Akademiyasında yerli və Afrikanın bir sıra digər ölkələrindən olan gənc diplomatların qatıldığı dəyirmi masada iştirak edib. "Azərbaycanın xarici siyasəti" mövzusunda çıxış edən F.Rzayev ölkəmizin ikitərəfli və çoxtərəfli müstəvidə yürütdüyü xarici siyasət kursu, regionda baş verən cari proseslər, Azərbaycanla Mərakeş arasında ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, Azərbaycanın BMT-nin İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurlu sədrliyi və COP29 çərçivəsində qəbul edilmiş qərarlara dair ünvanlanmış sualları cavablandırıb.
Nazir müavini səfər çərçivəsində Tanjer şəhərində Mərakeş Kralının himayəsi altında keçirilən "Suverenlik və dayanıqlıq imkanları: yeni qlobal tarazlığa doğru" mövzusunda 16-cı Beynəlxalq MEDays Forumunda iştirak edib.
Foruma 100-dən çox ölkədən 6 minə yaxın nümayəndə qatılıb. Forumun enerji keçidləri mövzusuna həsr olunmuş panel sessiyasında çıxış etmiş F.Rzayev ölkəmizin yaşıl enerjiyə keçid və alternativ enerji mənbələrindən istifadə sahəsindəki siyasəti, habelə COP29 çərçivəsində Azərbaycanın sədrliyi tərəfindən görülmüş işlərdən danışıb.
29 noyabr tarixində "qlobal idarəçilik böhranı və multilateralizm" mövzusunda panel sessiyasında çıxışında nazir müavini Azərbaycanın xarici və təhlükəsizlik siyasətinə dair Forum iştirakçılarını məlumatlandırıb.
Azərbaycanın müstəqilliyini bərpa etdiyi ilk günlərdən başlayaraq, beynəlxalq hüququn aliliyi və multilateralizmə xüsusi önəm verdiyini bildirən F.Rzayev ölkəmizin üzləşdiyi təhdidlər, erməni işğalının fəsadlarına toxunub. Azərbaycanın mühüm enerji və nəqliyyat layihələri ilə daha geniş bölgədə inteqrasiya proseslərinə vacib töhfə verdiyinə vurğu edilib. Azərbaycanın Qoşulmama Hərəkatına 4 il müddətində uğurla sədrlik etdiyinə diqqət yönəldilib.

Siyasi       Tarix: 01 dekabr 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

İham Əliyev İliyana Yotovanı təbrik etdi

Prezident lham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstan Respublikasının Prezident

İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütü

Pakistan prezidenti İlham Əliyevi təbrik etdi

Pakistan Prezidenti Asif Əli Zərdari Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. məktubun mətnini təqdim edir:. "Zati-aliləri. Zəfər Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına Pakista

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. KONKRET.azxəbər verir ki, təbrik məktubunda deyilir:

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını


son xeberler yeni xeberler azerbaycan xeberleri en yeni xeberler enson xeberler sonxeber.az son xeberler bugun 2026 canli