Xarici İşlər Nazirliyi Şərq Tərəfdaşlığı ilə bağlı yeni sənədin təfərrüatını açıqlandı
Xarici İşlər Nazirliyi Şərq Tərəfdaşlığı ilə bağlı yeni sənədin təfərrüatını açıqlandı
Bu ilin martın 10-da Avropa İttifaqının siyasətinə dair Avropa Regionlar Komitəsinin (ARK) tövsiyələrini əks etdirən "Avropa Regionlar Komitəsinin - yerli və regional qurumların Şərq Tərəfdaşlığının gələcəyinin formalaşdırılmasına dair rəyi" adlı sənəd dərc edilib.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, sənəddə Şərq Tərəfdaşlığının gələcək çərçivəsini müəyyən edə biləcək bir sıra vacib məqamlara toxunulur.
Belə ki, sənədin 13-cü bəndində vurğulanır ki, "Avropa İttifaqı bütün tərəfdaşlarının (Şərq Tərəfdaşlığı ölkələrinin) ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə verdiyi dəstəyə sadiq qalır.
BMT Nizamnaməsində, 1975-ci il Helsinki Yekun Aktında və 1990-cı ildə ATƏT-in Paris Xartiyasında təsbit edilmiş məqsəd və prinsiplərdən irəli gələn öhdəliklərin tam icrası, onlara hörmət və onların riayət olunması dinc və bölünməmiş Avropa üçün ortaq baxışımız üçün əsasdır".
14-cü bənddə isə qeyd olunur ki, "Komitə regionda həll olunmamış münaqişələrin beynəlxalq hüquq prinsipləri və normaları əsasında sülh yolu ilə həllinə yönəlmiş səyləri dəstəkləyir. Münaqişələrin həlli, etimad və mehriban qonşuluq münasibətləri iqtisadi və sosial inkişaf və əməkdaşlıq üçün vacibdir".
Sənəddə Avropa Regionlar Komitəsi Aİ ilə assosiasiya sazişini imzalamamış tərəfdaş ölkələri ilə mövcud "Tərəfdaşlıq prioritetləri" sənədləri əsasında və yeni çərçivə Sazişlərinin imzalanması vasitəsilə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Sənəddə Komitə Xorvatiya Prezidentliyi zamanı 2020-ci ilin 18 iyun tarixində keçirilməsi planlaşdırılan Şərq Tərəfdaşlığı Zirvə görüşü zamanı Avropa Regionlar Komitəsi tərəfindən Şərq Tərəfdaşlığının gələcəyi ilə əlaqədar irəli sürülmüş tövsiyələrin Avropa Komissiyası və Aİ üzv dövlətləri tərəfindən nəzərə alınacağına inandığını ifadə edib.
Qeyd etmək istərdik ki, Aİ-nin 27 üzv dövlətini təmsil edən və yerli və regional səviyyədə seçilmiş nümayəndələrdən ibarət Avropa Regionlar Komitəsi Aİ çərçivəsində yerli və regional özünüidarəetmə orqanlarının maraqlarını qorumaq üçün yaradılmış institutdur. Aİ-nin bütün əsas institutları, Avropa Komissiyası, Aİ Şurası və Parlament yerli və regional məsələlərlə bağlı qərar (hüquqi sənəd) qəbul etdikdə bu Komitə ilə məsləhətləşməyə məcburdur. /oxu.az

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə
Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Motosikletlə skuter toqquşdu - Xəsarət alanlar var