"Xərçəng olduğumu biləndə Allaha şükür etdim, buna həkimlərim də təəccübləndilər
"Adətən doğum günümü qeyd etmirəm. Çünki doğum günüm əvvəl Kəlbəcərin işğal gününə təsadüf etdiyi üçün indi də bir növ adətkar olmuşam, qəribə gəlir ad günü keçirmək. Amma bu gün hiss edirəm ki, mənə nəsə sürpriz hazırlayırlar. Çünki məni evdən çıxarıblar, hərəsi bir işlə məşğul olur və hiss edirəm ki, nəsə hazırlayırlar, amma nə olduğunu bilmirəm".
azxeber.com moderator.az-a istinadən bildirir ki, bunu hüquqşunas, aparıcı Zülfiyyə Bayramova deyib. Z.Bayramova xərçənglə mübarizəsindən də danışıb:
"Kəlbəcər işğaldan azad ediləndən sonra ən böyük hədiyyəni oğlum etdi, ordan məni təbrik elədi. Bu mənim üçün dünyanın ən böyük hədiyyəsi idi. Amma bu il hələ bilmirəm nə baş verir".
Z.Bayramova son zamanlar keçirdiyi əməliyyatların səbəbini də izah edib:
"Xərçəngə qalib gəlmişəm, amma bu əməliyyatlarla qalan fəsadları aradan qaldırmaq istəyirik. Çünki vaxtında ximiya qəbul etmişəm və o da müəyyən orqanları zədələyib. Yəni qorxulu bir şey yoxdur".
Z.Bayramova xərçəng olduğunu ona deyəndə Allaha şükür etdiyini bildirib:
"Xərçəng olduğumu biləndə Allaha şükür etdim. Həkimlərim də, ətrafımdakı insanlar da buna təəccübləndilər. Hətta həkim səbəbini soruşanda dedim ki, hər gün yuxudan oyananda əllərimi göyə açıb Allaha dua edirəm ki, İlahi, məni balalarımla imtahana çəkmə. Allah da bu gün məni balalarımla yox, özümlə imtahana çəkdi və dualarımı eşitdi. Biz o şəhid analarının yerində olsaq, nə olardı? Onlara bu dəqiqə desən ki, sən sağalmayan xəstəliyə düçar olacaqsan, amma əvəzində balan sağalıb gələcək, onda buna razı olarlar. Bu şeyləri eşidib Allaha şükür edirəm".

Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA
Su bidonuna düşən 7 yaşlı uşaq öldü